Cavid Qurbanovun şok gizlinləri

21.11.2014 - 01:34

Vəzirovdan İlham Əliyevədək bütün rəhbərlərlə dil tapan В«AzəryolservisВ» sədrinin adı eks-prezidentə sui-qəsddən tutmuş İran kəşfiyyatı ilə əlaqələrədək hallandırılır

В«AzəryolservisВ»in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı cumhuriyyet.az ünvanına ilginc faktlardan ibarət məlumat daxil olub. Məlumatı ötürən şəxs Cavid Qurbanovun fəaliyyətini, hətta
onun həyat tərzini qaranlıq və saxta adlandırır. Mənbə bildirir ki, Cavid
Qurbanov Kəlbəcərdə orta məktəbdə oxuyarkən bilik və bacarığı orta səviyyədən
aşağı olub.

 

Vəzirov faktoru

Millət vəkilinin atası Qəmbər
Qurbanov həmin illərdə Kəlbəcər rayonunun XDS-nin sədri olması Cavid Qurbanova
ali təhsil ocağını bitirməkdə yardım edib. Mənbə qeyd edir ki, millət vəkili o
vaxtkı Şamxor rayonunun Seyfəli kəndində xala və dayıları hesabına rüşvətlə
hərbi xidməti başa vurub. Sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin
birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohum olması
Cavid Qurbanovu ilk vəzifəyə gətirib. Bakının Maştağa qəsəbəsində qaraj müdiri
vəzifəsində çalışan Cavid Qurbanov indiki kimi dövlətin əmlakını talamaqla
məşğul olub.

 

Mütəllibovla yaxınlıq və çevriliş

Ayaz Mütəllibov dövründə isə onun
bayrağı altına keçən hörmətli millət vəkili Azərbaycanın birinci prezidentinin
xatirinə Maştağaya В«qaynanaВ» yolu çəkdirir. Bununla da münasibətlərini Ayaz
Mütəllibovla yaxşılaşdıran Cavid Qurbanov xal qazanır. Mənbə iddia edir ki,
Cavid Qurbanovun yaxın qohumları Azərbaycanda silahlı yolla dövlət çevrilişini
həyata keçirmək istəyən Sürət Hüseynovun silahlı dəstəsinə rəhbərlik edən Romik
və Pərvin adlı şəxslərlə əlbir olublar və mərhum prezident Heydər Əliyevin
həyatına sui-qəsd planlaşdıran bir qrup hərbiçilərlə birləşən və Qəmbər
Qurbanovla çiyin-çiyinə çalışan Rəfael Hüseynov, Maştağalı Tərlan və Ağa adlı hərbi
cinayətkarlardan ibarət dəstə ilə birgə planlar çözüblər.

 

Qaçaqlıq illəri

Mənbə daha sonra bildirir ki,
Cavid Qurbanov eks-prezident Heydər Əliyev
dönəmində də mühüm post tutub. Lakin az sonra o vaxtkı В«AzəravtoyolВ» Dövlət Şirkətinin prezidenti Cavid
Qurbanovu tutduğu postdan azad edilibb. Özü də
dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında belə yazılıb: В«Cavid Qəmbər
oğlu Qurbanov işdə yol verdiyi nöqsanlara və
vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası
В«AzəravtoyolВ» Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsinВ». Bu cür
fərman o zamankı hökumətdə indiki millət vəkilinin həbsi demək olub. Elə bu
baxımdan da Cavid Qurbanov canını qurtarmaq üçün Rusiyaya qaçıb. Bir müddət
Rusiyada gizlənən, beynəlxalq axtarışda olan Cavid Qurbanov Mahir Cavadovla sıx
əlaqələr quraraq dövlət çevrilişi və Heydər Əliyevə sui-qəsd planları
hazırlayırmışlar. Hətta Mahir Cavadovla Cavid Qurbanov xarici dövlətlərdə
peşəkar В«killerВ» axtarışına da çıxıblarmış.

Sonda bu planların baş tuta
bilməyəcəyini anlayan Cavid Qurbanov yenidən kanallarını işə salaraq Ziya
Məmmədovun köməkliyi ilə birinci şəxsdənəfv diləyib və bağışlanıb. Tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədə
oliqarx-məmurlar sırasına qatılıb.

 

İbrahimovlarla qalmaqal

Hörmətli millət vəkili ilə bağlı
ilginc məlumatlar bununla tükənmir. Belə ki, Cavid Qurbanovla ATV kanalının
sədri arasında da qalmaqal yaşanıb. Buna səbəb isə Cavid Qurbanovun vaxtı ilə
Tağı İbrahimova hədiyyə etdiyi В«Texnika-AВ» şirkətini yenidən geri istəməsidir.
Bu şirkət iri dövlət layihələrinin icrası zamanı sahib olduğu texnikanı icarəyə
verməklə məşğuldur. Bəs, nədən Cavid Qurbanov ona milyonlarla qazandıran bu
şirkəti Tağı İbrahimova hədiyyə edib? Söhbət ondan gedir ki, vaxtı ilə Cavid
Qurbanov Tağı İbrahimovun münasibətləri çox yaxşı olub. Bu münasibətlər
get-gedə daha da sıcaqlaşıb və Cavid Qurbanovla Tağı İbrahimov arasından su
keçməyib. Amma В«Texnika-AВ»-nın Tağı İbrahimova hədiyyə edilməsinin səbəbi təkcə
bu deyil. Biz bunun gerçək səbəblərini bildiyimizdən sadəcə məişət məsələsi
olduğuna görə qəzetimizdə açıqlamırıq. В«Texnika-AВ» Tağı İbrahimova hədiyyə
edildikdən qısa müddət sonra o, şirkəti bacısı oğlunun adına rəsmiləşdirib.
Lakin indi Tağı İbrahimovla Cavid Qurbanovun arası dəyib və onların
münasibətlərində soyuqluq yaranıb. Bu baxımdan В«AzəryoservisВ»in rəhbəri В«Texnika-AВ»nı
geri qaytarmaq istəyir. Artıq bu barədə Tağı İbrahimova dəfələrlə xəbər
göndərilib. Ancaq ATV-nin prezidenti Cavid Qurbanova rədd cavabı verib. Cavid
Qurbanov isə В«Texnika-AВ»nı geri qaytarmaqda israrlıdır.

 

İlginc
İran əlaqələri

Cavid
Qurbanovun sürücüsü kimi təqdim olunan və İranın xüsusi xidmət orqanları ilə
əlaqələri tam olaraq təsbit olunmuş Mahir Lənkəranlı hüquq-mühafizə
orqanlarımız tərəfindən axtarışdadır. Və bu fakt da ASC prezidentinə qarşı
müəyyən hücumlara nədən olmuşdu. Yəni bildirilirdi ki, əslində Mahir Lənkəranlı
Cavid Qurbanovun İrandakı biznesinin əsas yönəticilərindən biridir.

İndi
isə Cavid Qurbanovun İranla əlaqələrini sübutlayan çox ciddi faktlar ötürülüb.
Mötəbər mənbənin redaksiyamıza verdiyi bilgilərdən belə aydın olur ki, bu gün
Cavid Qurbanov İran agenturasına aid Azərbaycandakı şübhəli iqtisadi çevrələrin
əsas ortaqlarından biri, bəlkə də birincisidir. Məhz bu əlaqələrin nəticəsidir
ki, nəqliyyat nazirliyi 8 magistral yol hissəsinin inşaat işlərini məhz İranın
xüsusi xidmət orqanları ilə əlaqəli fars şirkətlərinə verib.

Mənbəmiz
bildirir ki, Cavid Qurbanov eyni zamanda Bakıda mola rejiminin əsas iqtisadi
rıçaqlarından biri hesab olunan В«NABВ» Dış Ticaret şirkətinin də əsas
himaədarlarından biridir. Bildirək ki, bu şirkət В«Bank of BakuВ»da, В«Hyundai
Auto AzerbaijanВ»da və В«Bacu ElectronicsВ»də böyük paya malikdir.

Mənbəmizin
iddialarına görə, odur ki, Mahir Lənkəranlının bu gün qeybə çəkilməsi də
təsadüfi qəbul oluna bilməz: В«Mahir Lənkəranlının İranla əlaqələri şübhəli yox,
fakt idi. Və bu adam böyük işlər görüb. Hər halda, Cavid Qurbanovun yanında
dayanaraq bu işləri görməsi faktı da təsdiqləyir ki, ASC prezidentinin bütün
olanlardan nəinki xəbəri olub, hətta iştirakı da varВ».

 

Səfər
Balayev

 

P.S.
Məsələ ilə bağlı В«AzəryolservisВ»in rəhbəri, deputat Cavid
Qurbanovun mövqeyini dərc etməyə hazırıq

Short URL: http://cumhuriyyet.az/?p=13633

Leave a Reply

Twitter-də bizi izləyin

XƏBƏR LENTİ

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2015
Be Ça Ç Ca C Şb B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bizi Sosial Şəbəkələrdə izləyin

CUMHURİYYET.AZ