Hökumətin güzgüsü – TeleDebilizasiyalar

03.01.2014 - 00:04

Yerli kanalları BOYKOT edək

Efir “Şeyx Nəsrullah” dövrünə
qayıdıb,kütlə televizorda sirkə baxır…

 

Azərbaycan
efiri “Şeyx Nəsrullah” dövrünü bərpa edir. Çexovun “6-cı palata”sı və Mirzə Cəlilin
“Dəli yığıncağı”na çevrilən ölkə TeleDebilizasiyalar xurafatı və cəhaləti rəsmən
təbliğ edir. Cin çıxıran, şıllaq atan, meymunluq edən, klounluq və təlxəylik
göstərən bütün mütriflər efirdən düşmürlər. Mövcud hökumətin güzgüsü ya da bir
medalın iki üzü olan efirlər heç də sahiblərindən geri qalmırlar. Onlar necə
düşünürsə, hansı səviyyəyə və təfəkkürə malikdirlərsə, ekranı o şəkildə bəzəyirlər.
Özünə hörmət edən hökumət, MTRŞ və telerəhbəri cılız, bayağı “verilişlər”
hazırlamaz.

Açığı
evdə televizoru açmaq olmur. Yaxşı ki, əlimizdə düymə var və kanalı dəyişə
bilirik. Qonşu ölkələrin kanalları olmasa televizoru düşünmədən həyətə tullamaq
lazım gələcək. Çünki Azərbaycan efirini açanda “Tfu” eləməkdən başqa əlimizdən
biri iş gəlmir.

Məgər
tamaşaçı doğurdanmı o səviyyəyə enib? Lap enibsə, televiziya kanalının borcu
tamaşaçını maarifləndirmək, özü onun arxasınca yox kütləni öz dalına gətirməyi
bacarmaqdır. Efirdə hər cür şarlatanlıq, xurafatçılıq edənlər qəhrəmana,
ziyalıya çevriliblər. Küçədə görsəm üzünə tüpürəcəyim şəxslərə “bəy” və “müəllim”
deyə müraciət edirlər.

Azərbaycan
efiri heç bir vaxt bu günkü qədər rəzil və iyrənc hala düşməyib. Efiri mağara,
“palatka” toyuna çevirənlər, fala baxanlar, cin çıxaranlar, arvadını-qızını
efirdə axtaranlar, namusunu-qeyrətini bayırda qoyanlar, ərinin dostuna ya da
qardaşına qoşulub intim həyatı yaşadığını efirdə utanmadan deyənlər, gəlininə
göz dikənlər, qızını pula görə zorla başqasına ərə verənlər və ən rüsvayçı, əxlaqsız
hadisələr ictimailəşdirilir, təbliğ olunur, müzakirəyə çevrilir.

Fəlakət
isə həmin verilişlərin mətbuata “ayaq açması”ndadır. Təlxəklər “meydan
sulayır”, kütlə sirkə baxır, mənəvi aşınma, dibsiz deqradasiya hüdud tanımır. Hətta
cəmiyyətdə az-çox tanınan söz, qələm adamları da bəzən bu şou-meymunluqların
iştirakçısına çevrilirlər. O zaman tamaşaçı nə etməlidir? Onun yeganə çıxış
yolu boykotdur, yerli tekekanalizaiyalardan imtina etməkdir.

Çünki
tənqid və ictimai qınaq da səmərəsidir, “balıq başda iylənər” deyiminə inansaq,
efirin bu kökə düşməsinin səbəbkarı məhz ölkəni idarə edənlərdir. Əslində
tamaşaçı üç qetbə ayrılr: Baxanlar, baxmayanlar və başqa ölkələrin efirinə
baxanlar. Biz ikincilərin sayının artırmağa nail olmalıyıq. Onlar ölkənin
intellektual və boykotçu zümrəsidir.

Vaqif Baxış

Short URL: http://cumhuriyyet.az/?p=3106

Leave a Reply

Twitter-də bizi izləyin

XƏBƏR LENTİ

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2015
Be Ça Ç Ca C Şb B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Bizi Sosial Şəbəkələrdə izləyin

CUMHURİYYET.AZ