Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Prezident fərman imzaladı

Oktyabr 29, 2024
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?  – VİDEO+FOTO FAKT

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy:  “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy: “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

07 İyul 25 / 13:01
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Cumhuriyyet.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.9. Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının məhkəmələri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, habelə bu Əsasnamənin 2.10-cu bəndi nəzərə alınmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatları “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil edirlər.

1.2. 2.10-cu bənddə “Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri “Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu” sözləri ilə əvəz edilsin.

2. “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, habelə bu Fərmanın 6-cı hissəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların altsistemə daxil olunmasını təmin etsinlər.”;

2.2. 6-cı hissədə “Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri “Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri ilə əvəz edilsin.

2.3. 5-ci hissəyə “Azərbaycan Respublikasının Baş Prokurorluğuna” sözlərindən sonra “(bu Fərmanın 5-1-ci hissəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2.4. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə olunsun ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanların dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etsin.”.

Əvvəlki Yazı

Deyirlər ki, bu başçı Qarabağın torpaqlarını satır…

Növbəti Yazı

Milli Qəhrəman Şamoy Çobanovun atası dəfn edilib: QAZAXDA

EKSKLUZİV

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

08 İyul 2025 / 17:09
0
PKK silahları təhvil verir – Dəqiq tarix…

PKK silahları təhvil verir – Dəqiq tarix…

08 İyul 2025 / 16:22
0
Pensiya alanların nəzərinə: 3 gündən sonra…

Pensiya alanların nəzərinə: 3 gündən sonra…

08 İyul 2025 / 16:00
0
Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

08 İyul 2025 / 15:44
0

XƏBƏR LENTİ

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

PKK silahları təhvil verir – Dəqiq tarix…

Pensiya alanların nəzərinə: 3 gündən sonra…

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Baş nazirdən yeni qərar: Uçuş qaydaları…

17 nəfəri ilan sancıb

Qırmızı attestat alanların sayı açıqlandı

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

Kəmaləddin Heydərovla Rusiya FHN-in rəhbəri arasında ikitərəfli görüş olub

Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi

“Qaz təchizatı haqqında” yeni qanun layihəsi qəbul edildi

Sabah bəzi yerlərdə yağış yağacaq

Qarabağa getmək istəyənlərə şad xəbər: Müddət artırıldı!

Naxçıvan Konstitusiyasına dəyişiklikləri qəbul edildi

Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq

Çin İrana raket kompleksləri göndərdi

DYP motosiklet və skuter sürücülərinə çağırış edib

“Polis haqqında” qanuna dəyişiklik qəbul edilib

Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilər

Bu tarixdən temperatur YÜKSƏLƏCƏK

Milli Məclisin iclası başladı

“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə genefondumuzun qorunması baxımından həyati əhəmiyyətə malikdir”

ADY qatarları yay qrafikinə keçir

Bu mübarizəyə şəxsən rəhbərlik edəcəyəm – Paşinyan

ÇL: I təsnifat mərhələsi başlayır

Azərbaycan nefti bahalaşıb

TKTA vaxtdan əvvəl sistemi bağladı: Tələbələr qismən tanınma müraciətindən məhrum oldu – FOTOFAKT

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.