Son vaxtlar tənqidçi yazarlara qarçı müxtılif təzyiq və təqib üsullarından istifadə olunur. Belə şəxslərdən biri də əməkdaşımız Okan Nizamettinoğludur. O, yazılarında ölkənin ciddi problemləri, məmur özbaşınalıqları, qanunsuzluqlar, insan haqlarının pozulması, korrupsiya faktlarına toxunmuş, ciddi rezonans yaradan ifşaedici materiallarla çıxış etmişdir.
Jurnalist fəaliyyəti dövründə araşdırmalarına və məqalələrinə görə Okan Nizamettinoğlu təzyiq və təqiblərə məruz qalmış, sərt mövqeyinə görə çətinliklərlə üzləşmişdir. Okan Nizamettinoğlu müxalif siyasi görüşlərinə uyğun olaraq kütləvi aksiyalarda fəal iştirak etmiş və seçki öncəsi əhali arasında təbliğat-təşviqat işləri apardığı zaman təzyiq və hücumlara məruz qalmışdır. Son vaxtlar jurnalist fəaliyyətinə görə Okan Nizamettinoğluna qarşı təzyiqlər daha da sərtləşmişdir və o ölkəni tərk etmək məcburiyyətində olduğunu bildirir.