Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısı polkovnik-leytenant Elçin Məmmədovun anasının dəfn mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Noyabr 12, 2024
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.Polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu da Vətənin keşiyində dayanan, onu göz bəbəyi kimi qoruyan igid oğullarımızdan biridir.

Elçin Məmmədov 4 avqust 1984-cü ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2000-ci ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbi bitirib, 2002-ci ildə Azərbaycan Ali Təyyarəçilik məktəbini bitirib. 2002-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmətə başlayıb. 44 günlük Vətən müharibəsində iştirak edib. Vətən müharibəsində ən çox döyüş uçuşu həyata keçirən hərbi təyyarəçidir. Hazırda Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrində N saylı hərbi hissədə xidmətini davam etdirir. Müharibə veteranıdır. Ailəlidir 2 övladı var. 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan igid Vətən oğlu göstərdiyi şücaətə görə ölkə başçısının müvafiq Sərəncamları ilə “Qarabağ” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.

10 noyabr 2024-cü il tarixdə igid Vətən oğlunun anası Məmmədova Südabə Çaylı qızı dünyasını dəyişib. Mərhum bu gün Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib.

Noyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov Birinci Şıxlı kəndində olub, qəhrəman Vətən oğlunun anasının dəfn mərasimində iştirak edərək vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı veriblər.

İcra başçısı Rəcəb Babaşov mərhum Südabə Məmmədovanın vəfatından kədərləndiyini bildirib, Elçin Məmmədova və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Əvvəlki Yazı

Jurnalistə təzyiq olunur

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
2
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

16 Yanvar 2026 / 15:57
2
Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

16 Yanvar 2026 / 10:42
21

XƏBƏR LENTİ

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.