Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Mingəçevirdə şəhid Fuad Xankişiyevin döyüş yoludan bəhs edən “Mən Gedirəm” kitabının təqdimatı keçirildi

Dekabr 1, 2024
A A

REDAKTORUN SEÇİMİ

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00

Mingəçevirdə şəhid Fuad Xankişiyevin döyüş yoludan bəhs  edən “Mən Gedirəm” kitabının təqdimatı  keçirildi

 

“Mən Gedirəm” kitabının təqdimatı Mingəçevir şəhər Heydər  Əliyev mərkəzində baş tutmalı idi. 30 noyabrda tezdən dostum Zərdabi Abbasovun maşınıyla müəllif Mənsurə Qaçayqızı, şairə Könül Vuqarlı, Fəridə Abdullayeva və mən yola rəvan olduq. Qeyd edək ki, “Mən Gedirəm” kitabının müəllifi Mənsurə Qaçayqızıdır…

Mingəçevir şəhərinin girişində bizi qarşılayıb şəhidimizin yaşadığı ünvana apardılar. Evin qarşısında Şəhid Fuad Xankişiyevin adına inşa olunmuş bulaq diqqətimizi cəlb elədi. Abidənin sol hissəsində Fuad Xankişiyevlə döyüşdə şəhid olan şəhidlərin şəkilləri vurulmuş stent, digər tərəfdə isə 44 Günlük vətən müharibəsində Mingəçevirdən olan şəhidlərin şəkilləri olan lövhə bu mənzərəyə başqa bir rəng qatırdı. Bura bir cəng meydanına bənzəyirdi. Heç şübhəsiz ki, bu mənzərə yetişməkdə olan Azərbaycan gəncliyinə vətənpərvərlik, vətəni necə sevmək və uğrunda qəhrəmancasına şəhid olmaq kimi böyük duyğular aşılayır. 

Şəhidimizin anası Xankişiyeva Saqibət bizi evin girişində qarşıladı. Nur üzlü şəhid anası qonaqpərvər xanım  ailə üzvləri ilə bizi gözləyirdi. Şəhidimizin bibisi də bizi qarşılayanların arasında idi. Çox səmimi qadın idi. İlk olaraq biz evdə yaradılmış şəhidin ev muzeyini ziyarət etdik. Evin hər bir qarışında şəhidin əl izləri görünürdü. Məlumat üçün qeyd edim ki, şəhid Fuad Xankişiyevin güclü idmançı kimi müxtəlif yarışlarda iştirak edib qələbə qazanması divara asılmış medallrından, dekor-dizayner kimi sənət sahibi olduğu da onun divarları bəzəmiş əl işlərindən görünürdü. Divrarlarda əşyalardan düzəldilmiş və  özündə böyük məna daşıyan rəsmlər böyük bir muzeyi xatırladırdı. Şəhid Fuad Xankişiyevin ötən illərdə nələri öyrəndiyi bütövlükdə onun əl işlərində əks olunmuşdu.  Saqibət xanım şəhid oğlu haqqında onun necə bir qorxmaz, cəsarətli, düşüncəli və vətənpərvər olduğu barədə bizə məlumat verib, yaratdığı hər bir rəsm barədə xatirələrini bizimlə bölüşürdü…

Sonda muzeydə xatirə şəkilləri çəkdiririk.

 

Şəhidlər Xiyabanını ziyarət etdik

İlk olaraq yaxınlaşırıq Mingəçevir şəhidlər xiyabanına. Qeyd edək ki, şəhidlər xiyabanı şəhərin mərkəzində yerləşir. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlar bu xiyabanda dəfn olunub. Şəhidlərin məzarını bir-bir ziyarət edirik. Saqibət xanım tanıdığı şəhidlər barədə bizə geniş məlumatlar verirdi. Xiyabanın digər tərəfində isə itkin düşən şəhidlərin stenti yerləşdirilib. Oranı da ziyarət etdik. Birdən Milli Qəhrəman Natiq Qasımovun stentdə şəkilini görüb  ayaq saxlayırıq. Səngər tv-nin efirindən Aqil Alışovun  Natiq Qasımov barədə məlumatları davamlı olaraq səsləndirməsini bir anlıq xatırlayıram. Onun düşmən mühasirəsində necə mətn və cəsarətlə döyüşdüyü və sonda üçrəngli bayrağı heç kimə vermədən əsir götürüldüyü anlardan danışıb, xatirə şəkili çəkdiririk.

 

Heydər Əliyev Mərkəzində tədbir başladı

 

30 noyabr 2024-cü il tarixdə Mngəçevir şəhəri, Heydər Əliyev Mərkəzində Mənsurə Qaçayqızının şəhid Fuad Xankişiyev haqqında yazdığı kitabın təqdimatı başladı. Tədbirin aparıcısı ilk olaraq tədbir barədə məlumat verib sözü mənə verir. Mən də dərhal çıxışıma başlayıram.  Müəllifin  “Mən Gedirəm” kitabına niyə bu adı verməsi barədə düşüncələrimi bölüşüb, kitabdakı ayrı-ayrı yazılar barədə məlumat verirəm. Müəllif bu kitabda əsas olaraq şəhidin necə qorxmaz vətənpərvər, idmançı, dekor-dizayner olması barədə ayrıca məlumat verdiyni bildirirəm. Kitabın adınnın məs “Mən Gedirəm” olması isə ayrıca səbəbləri özündə ehtiva edir. Müəllif digər bir epizodda isə qəhrəman şəhidin döyüş yolundan yazır. Onun döyüş yoldaşlarının söylədiklərini kitabda qeyd edib. Kitabda həmçinin şəhidin yaxınları, dostları, müəllimləri və onu tanıyanların xatirələri qeyd olunub. Belə kitabların cəmiyyətdə gənclərə vətənpərvərlik hisslərinin necə aşılanmasında hansı rol oynadığını hər kəs bilir. Bura daxildir qəhrəmanlar haqqında yazılan kitablar, məqalələr, çəkilən filmlər. Əlbəttə ki, bu isə hər kəsdə böyük ruh yüksəkliyi yaradır…

Növbəti söz Şairə Könül Vuqarlıya verildi. O, da kitab haqqında danışıb, özünün yazdığı şeiri səsləndirdi.

Sonra tədbirdə çıxış üçün söz Mingəçevir şəhər icra hakimiyyətinin veteranlarla iş şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətova verildi.

Seymur bəy özü haqqında məlumat verərək bildirdi ki, biz rəhmətlik şəhid Fuad Xankişiyevlə birlikdə Füzuli cəbhəsində döyüşdə olmuşuq. “Onu qorxmaz, vətənpərvər və cəsarətli bir insan kimi tanıyırdım. Mən bu kitabı sona qədər oxumuşam. Müəllifə çox böyük təşəkkür edirəm. Belə kitabların davamlı olmasını arzulayıram. Bu kitablar gənclərimizə vətənpərvərlik ruhu aşılayır. Saqibət xanımla ara-sıra danışırıq. Son danışığımızda mənə dedi ki, kitab təqdimatı olacaq. Səni ora dəvət edirəm. Düzü, təcili iş üçün Bakıya getməliydim. Amma mən fikirimdən daşındım. Dedim ki, mən mütləq bu tədbirə qatılacam. Və bu gün buradayam. Burada oturan şəhid anaları bizim üçün çox əzizdir. Bizim borcumuz onların xidmətində durmaqdır. Allam bütün şəhidlərimizin məkanını cənnət eləsin.”-deyə çıxışçı sözünü yekunlaşdırdı.

Daha sonra Mədəniyyət həmkarlar idarəsinin Mingəçevir şöbəsinin müdiri Leyla Məmmədova, Aran Regional mədəniyyət idarəsinin əməkdaşı Zəfər Hacıyev, Zərdabi Abbasov çıxış edərək bu kitabın cəmiyyətə nə qədər faydalı olacağından danışıb, yekunda müəllifə uğurlar arzuladılar.

İlahiyyətçı Cavid Ələmdarov isə çıxışında çox maraqlı məqamlara toxunaraq bunları ifadə etdi. “Şəhidlərin məqamı cənnətdən də yuxarıdadır. Onlar Allahın yanındadır, Allah yolunda şəhid olublar. Allah rəhmət eləsin cəmi şəhidlərimizə”.

Sonra söz  “Mən Gedirəm”kitabının müəllifinə verildi. Müəllif tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə təşəkkür edib, kitab barədə tədbir iştirakçılarına geniş məlumat verdi. “Mən bu kitabı yazarkən sanki şəhidimizin döyüşdüyü əraziləri xəyalən gəzdiyimi və onlarla bərabər düşündüyümün duyğularımda canlandığını hiss edirdim”- deyə müəllif həyacanla çıxışına yekun vurur.

Daha sonra Fuad Nəbiyev Şəhid Fuad Xankişiyev haqqında çəkdiyi film barədə tədbir iştirakçılarına  məlumat verdikdən sonra, filmin nümayişinə başlandı.

Tədbirin sonunda şəhidin anası Saqibət Xankişiyeva tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə və digər tədbir iştirakçılarına minnətdarlıq edib, müəllifə təmənnasız kitab yazdığına görə xüsusi təşəkkürünü bildirdi. “24 illik ömrü 100 səhifəlik bir kitaba yerləşdirdik. Gələn ayaqlarınız var olsun, hər birinizə minnətdarlığımı bildirirəm”-deyə Saqibə Xankişiyeva göz yaşlarını silə-silə tədbirə yekun vurdu.

Sonda xatirə şəkili çəkildi.

 

Subut Mehdiyev, araşdırmaçı jurnalist

 

Əvvəlki Yazı

Xaçmaz Polis Şöbəsinin əməkdaşlarından Daxili İşlər Naziri Vilayət Eyvazova ŞİKAYƏT

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

06 İyul 2025 / 23:49
0
Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

06 İyul 2025 / 13:22
3
Suriya İsraillə razılığa gəlmək istəyir

Suriya İsraillə razılığa gəlmək istəyir

04 İyul 2025 / 17:00
0
Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

04 İyul 2025 / 16:55
0

XƏBƏR LENTİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Suriya İsraillə razılığa gəlmək istəyir

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Ərsin Tatardan Xankəndidə ÇAĞIRIŞ: Buna son qoyulmalıdır!

Ərdoğan və Pezeşkian Xankəndidə görüşüb

Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək

Ərdoğan Xankəndidə İsraili tənqid etdi

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır…

Şuşa İƏT-in turizm paytaxtı seçildi

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

Putin bunu istəmir və bu, pisdir – Tramp

Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib

Bakıda qadın aliment ödəməyən keçmiş ərini döydü

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

Xankəndidə İƏT-in 17-ci Zirvə görüşü başlayıb, Prezident çıxış edir – CANLI –

Sabahın hava proqnozu açıqlanıb

Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır

“Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir 

Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ittiham…

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Sarkisyana qarşı yeni ittiham irəli sürülüb

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü keçirildi

Prezidentlər mühüm iclasda iştirak edir

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz…

Lukaşenko 16 nəfəri əfv etdi

İran MAQATE ilə əməkdaşlığını dayandırdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.