Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda “Yaşıl Dünya naminə həmrəylik ili”: “Yaşıl Dünya-Bizim dünya” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib

Dekabr 6, 2024
A A

REDAKTORUN SEÇİMİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59
Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

11 Aprel 25 / 12:07

Qazaxda “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl Dünya-Bizim dünya” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib

Ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.  Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Dekabrın 5-də Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti, Hoca Ahmet Yasevi Uluslararası Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl Dünya-Bizim dünya” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib.

Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində keçirilən simpoziumun açılış tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Ərzincan Binəli Yıdırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və Ədəbiyyatı Bölümü Başkanı, professor, doktor Ali Kafkasyalı, Ərzincan Binəli Yıdırım Universitetinin “Sosial elmlər” İnstitutunun direktoru, professor, doktor Necdet Tozlu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun baş elmi işçisi, fil.e.dok. professor Qalib Sayılov, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent İlhamə Qəsəbova, Gəncə Dövlət Universitetindən dosent Cavid Bağırzadə, dosent Etibar Musayev, Elm və Təhsil Nazirliyi yanında Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşı Kənan Heydərli, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Nail Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, AYB üzvləri, BDU Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, məktəb direktorları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyev adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidə önünüə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Dahi liderin adını daşıyan Mərkəzi ziyarət edərək Ulu Öndərin həyat və fəaliyyətini özündə əks stendlərlə yaxından tanış olublar.

Tədbir iştirakçıları şəhərin mərkəzində Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanını da ziyarət edərək memorial önünə tər qərənfillər düzüblər. Torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətən oğullarını ehtiramla yad ediblər.

Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin moderatoru, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, Fil.ü.f.d., dosent İlhamə Qəsəbova tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumun keçirilməsi üçün ev sahibliyi edən, dəstəyini əsirgəməyən rayon rəhbərliyinə digər təşkilatçılar adından minnətdarlığını bildirib. İ.Qəsəbova “Yaşıl dünya naminə həmrəylik  ili”nə həsr olunmuş Beynəlxalq Elmi Simpoziuma iştirakçılar tərəfindən 180 məqalə təqdim edildiyini, həmçinin, iştirakçıların bu tədbirdə bölmələr üzrə həm onlayn, həm də üz-üzə öz işini davam etdirdiyini vurğulayıb. Simpoziumun 2 gün davam edəcəyini söyləyib. İ.Qəsəbova Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Prof. Dr. Akın Leventin və Hoca Ahmet Yasevi Uluslararası Türk-Qazax Universitetinin rektoru Dr. Janar Temirbekovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, Qərbin qapısı sayılan Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bizim dünya-Yaşıl dünya” adlı Beynəlxalq Elmi Simpoziumda salamlamaqdan məmnunluq duyduğunu vurğulayıb və iştiraklarına görə razılığını ifadə edib. İcra başçısı bildirib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmamışdır. Bu, özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və digər sahələrdə göstərmişdir. Hər bir sahədə olduğu kimi, Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına da xüsusi önəm verir. Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, ekologiya siyasətinin hərtərəfli inkişafı sahəsində atılan ilk addımlar məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı ekoloji islahatlar nəticəsində ölkəmizdə yeni institutlar yaradılmış, ekoloji problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Rayon rəhbəri qeyd edib ki, çıxışlarında insanın təbiətdən asılılığını vurğulayan Ulu Öndər ətraf mühitin mühafizəsində əsas məqsədlərin təbiəti gələcək nəsillər üçün qoruyub saxlamaq, insanların mədəni səviyyəsini və həyat tərzini yüksəltmək olduğunu bildirmişdir. İcra başçısı bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ulu Öndərin əsasını qoyduğu ekoloji planların hər birini böyük ardıcıllıqla həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair əsas məqsədlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir. Həmin məqsədə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır. Rayon rəhbəri iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, Sərəncamın icrası məqsədilə “Tədbirlər Planı”nın təsdiq olunduğunu söyləyib. İcra başçısı respublikamızın digər şəhər və rayonlarında olduğu kimi, Qazaxda da bugünədək 18 müxtəlif adda silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb. Eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 23400 ədəd ağac əkildiyini diqqətə çatdırıb. Rayon rəhbəri beynəlxalq ictimaiyyətin Azərbaycanın iqlim dəyişmələrinin mənfi nəticələrinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdiyini, məhz bu səbəbdən, iştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçı ölkələrin qərarı ilə bu il 11-23 noyabr 2024-cü il tarixlərdə Azərbaycanda keçirildiyini bildirib. 200-ə yaxın ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 76 min iştirakçının, onların sırasında 80 dövlət və hökumət başçısının, eyni zamanda, müxtəlif sahələri əhatə edən dünyamiqyaslı tanınmış şəxslərin Bakıda iştirakının tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisi olduğunu qeyd edib. İcra başçısı vurğulayıb ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi Respublika Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. İcra başçısı bildirib ki, COP29-un yekun plenar iclasında Paris İqlim Sazişinin 6.2 və 6.4-cü maddələri təsdiq edilib, Zərər və İtkilər Fondunun tam fəaliyyətə başlaması ilə bağlı tarixi qərar qəbul edildi. Fondun məqsədi: iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələrə maliyyə yardımı göstərməkdir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 731,15 milyon ABŞ dollarından artıqdır. O cümlədən “COP29-un gözəl təşkilinə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür” adlı qətnamə layihəsi qəbul edildi. Bundan başqa, Bakıda 30 illik ziddiyyətə son qoyuldu. Belə ki, konfrans tarixində ilk dəfə Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu. Bu tədbirlə ölkəmiz imicini daha çox coğrafiyada genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi. Azərbaycanı və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaraq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara, rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edən A.Rüstəmov bugünkü Beynəlxalq Elmi Simpoziumun keçirilməsinin həmin ilə növbəti töhfə olduğunu söyləyib. Filial tərəfindən silsilə tədbirlərin təşkil edildiyini və bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. A.Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə yüksək səviyyədə keçirilməsinə görə ölkə Prezidenti İlham Əliyevə ziyalılar adından minnətdarlığını bildirib. Eyni zamanda, ölkə rəhbərinə Beynəlxalq Elmi Simpoziumun iştirakçıları adından da təşəkkür məktubunun ünvanlanacağını diqqətə çatdırıb. Natiq çıxışı zamanı ölkəmizdə iqlim dəyişikliklərinə qarşı həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açaraq keçirilən bugünkü Beynəlxalq Elmi Simpoziumun həmin tədbirlərin davamı olaraq mühüm əhəmiyyət daşıdığını söyləyib.

Ərzincan Binəli Yıdırım Universitetinin “Sosial elmlər” İnstitutunun direktoru, professor, doktor Necdet Tozlu “Türkiyədə iqlim dəyişikliyi və orman yanğınları”, Ərzincan Binəli Yıdırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və Ədəbiyyatı Bölümü Başkanı, professor, doktor Ali Kafkasyalı “Türk dünyagörüşü və Türk mədəniyyətində Yaşıl dünya”, AMEA Folklor İnstitutunun baş elmi işçisi, fil.e.dok. professor Qalib Sayılov “Azərbaycan etnokultral sistemində ətraf mühitə baxış”, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə “Ekoloji tərəqqinin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzularında geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda tədbirin təşkilatçıları olan Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti, Hoca Ahmet Yasevi Uluslararası Türk-Qazax Universitetinə qlobal əhəmiyyətli mövzuya həsr olunmuş Beynəlxalq Elmi Simpoziumun keçirilməsinə görə sonsuz minnətdarlıq ifadə olunub. Bütün dünyada iqlim dəyişikliklərinin törətdiyi fəsadlardan, bu sahədə aparılan mübarizə tədbirlərindən, bu istiqamətdə həyata keçirilən məqsədyönlü layihələrdən söhbət açılıb.

Sonda qonaqlar tərəfindən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmova hədiyyələr təqdim edilib. Həmçinin, rayon rəhbərliyi qonaqlara hədiyyə, plaket və Təşəkkür bəlgəsi təqdim edib.

Qeyd edək ki, Beynəlxalq Elmi Simpozium fasilədən sonra bölmələr üzrə öz işini davam etdirib.

Əvvəlki Yazı

Bayramov Nurtleu ilə görüşdü

Növbəti Yazı

Güzəştli mənzillər 35 saniyəyə satıldı

EKSKLUZİV

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 2025 / 11:46
3
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

07 May 2025 / 19:18
1
İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

07 May 2025 / 16:45
0
To Lam Azərbaycana gəldi

To Lam Azərbaycana gəldi

07 May 2025 / 16:24
0

XƏBƏR LENTİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

To Lam Azərbaycana gəldi

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Azərbaycan və İraq Ərbildə Baş Konsulluq açılmasını müzakirə edib

Hakimin özü-özünə etirazı təmin olundu

Hökumə Əliyevanın ev-muzeyi tikilir

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

9 polis həbs olundu

Müharibədən bu cür qaça bilərik – Lukaşenko

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki…

Hindistanın baş naziri səfərlərini ləğv etdi

Sabah 29 dərəcə isti olacaq

Ceyhun Bayramov və İraq XİN rəhbəri arasında təkbətək görüş başlayıb

Hindistan-Pakistan gərginliyinə Bakıdan reaksiya

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Astarada yolda sürüşmə və çökmə baş verib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək

Ceyhun Bayramov İraqa səfər edib

Putin Pezeşkianla danışdı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Bu ölkə Rusiya ilə sərhədi minalayır

Sabah 28 dərəcə isti olacaq

MEDİA çap və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Yeddi mindən çox şagird imtahan verəcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.