Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik çökdü

Dekabr 9, 2024
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?  – VİDEO+FOTO FAKT

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy:  “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy: “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

07 İyul 25 / 13:01
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52

Dekabr ayının 7-də Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik çökdü. Səbəb həmin gün bu teatrın səhnəsində tamaşaçıları tamaşa sonrası bir saatdan çox saxlayan, qızğın müzakirəyə səbəb olan, Samuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında səhnələşdirilmiş “Səmirsiz” tamaşası oldu. Səhnə əsərinin müəllifi rejissor Abdulla Elşadlı, quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı; bu iki teatr arasında ilk əməkdaşlıqdır), bəstəkarı Azər Hacıəsgərli, butafor-rəssamı Səyad Məmmədovdur. Mono tamaşanın ifaçısı isə Qazax Dövlət Dram Teatrının aktyoru Rüfət Ömərdir.

Tamaşa Bekketin mətninə, onun dünyasına və fəlsəfəsinə bizim cəmiyyətdən müasir şüur axınıdır. Pyesi tərcümə edən, səhnələşdirən və quruluş verən Abdulla Elşadlı söyləyir ki, cəhənnəmin ən qorxulu yeri sözsüz deyil, səmirsiz yeridir. Səmirsiz olmaq – tək söz deməmək, sükut edib dinməmək deyil, həm də bunu əmələ daşımaqdır, fəaliyyətsiz, təslim olmaqdır… Səmirsizlik bir damğa, möhürdür ki, bu damğanın dəmiri cəmiyyət, onu qızdıran kömürü isə susqunluq və etiraz etməməkdir.

Afişadan da göründüyü kimi, tamaşanın qəhrəmanı olan “Kişi” “Səmirsiz”liklə möhürlənib. Bu möhürü ömürlük açmaq mümkün olmayacaq. Möhür ölümə, məhvə məhkumdur. Amma və lakin sonsuz ölümə… Yəni ölməyə belə qoymayan, amma eyni zamanda hər saniyə öldürüb dirildən, dirildib öldürən, axırda birdəfəlik məhv edən möhür – “SƏMİRSİZ”lik.

Sujet abstrakt və absurddur. Onu sözə çevirmək olmur. Cəhd etsək də, alınmayacaq. Öz daxili nizam-intizamı var. Burada isə səmirsizlik var. Səmirsiz cəmiyyətdə isə nizam-intizam yoxdur. Burada xaos hökm sürür, hər şey abstrakt şəkildə gülməlidir, gülməli olduğu qədər ağlamalıdır. Lap “Sizif haqqında mif” kimi… Əzab bitmir. Əzab daim davam edir və bu sonsuza qədər belə olacaq. Niyə? Vaxtında bu kişi susdu. Susdu və elə anda dindi ki, artıq onun danışmağının nəinki cəmiyyətə, heç özünə də xeyri olmadı. Artıq məhv olmuş şüura, cəmiyyətə söz demək özü bir lazımsız nəsnədir. Dedikcə daha da dərinliyə çəkir və yol göstərdiyin yerdə özün onların yolunu qazıb xəndəyə çevirirsən, çünki sözünü vaxtında demədin. Susdun və susmağınla səmirsiz cəmiyyət yaratdın. İndi çək əzabını. İndi heç ölə də bilməyəcəksən! Hayqır bu əzaba, bu isti, qızmar ilğımları adamı kömür edən səhraya. Hayqır, zatən səsin də çıxmır! Səmirsizsən!

Sondakı təzim zamanı Okaberin “Qara mamba” repində deyildiyi kimi:

“Bir də qara banda haqqını tapdalasa,

Susmasan başın evə gedər salafanda!

Burda belə yazılıb qanunları cəngəlliyin!

Onlar adam ətindən kabab çəkir, xəngəl yeyir,

Eşidən qulağı kəsir, görən gözü çəngəlləyir,

Dostları dar ağacından asıb sevgini əngəlləyir.

Hər kəsə “sən gəl” deyib

Biz də səngərdəyik…”

…sən də dinməkdən qorxdun ki, başın qara salafanda evinə gedər. Kaş elə olaydı, halbuki indi “Səmirsiz”liyə məhkum olmusan.

Tamaşanı izləmək istəyənlər Qazax Dövlət Dram Teatrının rəsmi Facebook və Instagram səhifələrində, eləcə də teatrın rəsmi saytında aylıq repertuarına nəzər salsınlar. Gəlib bu “Səmirsiz” absurd və mənasız etiraza baxsınlar.

Əvvəlki Yazı

Messinin dostu “Mingəçevir”i alır?

Növbəti Yazı

Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb

EKSKLUZİV

PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq

PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq

09 İyul 2025 / 16:40
0
Səbinə Əliyevadan bu cavabı gözləyirəm – Moskalkova

Səbinə Əliyevadan bu cavabı gözləyirəm – Moskalkova

09 İyul 2025 / 15:18
0
İlham Əliyev BƏƏ-də səfərdədir

İlham Əliyev BƏƏ-də səfərdədir

09 İyul 2025 / 15:00
0
Ərdoğan mühüm məlumatı elan etdi

Ərdoğan mühüm məlumatı elan etdi

09 İyul 2025 / 14:45
0

XƏBƏR LENTİ

PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq

Səbinə Əliyevadan bu cavabı gözləyirəm – Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir

Ərdoğan mühüm məlumatı elan etdi

Trampın qərarına Rusiyadan “yumşaq” cavab

Azərbaycan lideri BƏƏ Prezidenti ilə görüşəcək

Rubionun Bakı və İrəvanla bağlı son bəyanatı… – Bryus

Lavrov Şimali Koreyaya səfər edəcək

Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verib: Onun fikirləri riyakarlıqdır

Azərbaycanda boşanma ən çox bu rayonda qeydə alınır

SEPAH əməliyyat keçirdi: ölənlər var

DYP-dən bu sürücülərə xəbərdarlıq – Video

Əliyevlə Paşinyan sabah bu şəhərdə görüşəcək

Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq

Avropada 2300 adam istidən öldü

DYP-dən skuter, moped və velosiped sürücülərinə çağırış

Azərbaycanda xərçəng xəstələrinin sayı artdı

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

PKK silahları təhvil verir – Dəqiq tarix…

Pensiya alanların nəzərinə: 3 gündən sonra…

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Baş nazirdən yeni qərar: Uçuş qaydaları…

17 nəfəri ilan sancıb

Qırmızı attestat alanların sayı açıqlandı

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

Kəmaləddin Heydərovla Rusiya FHN-in rəhbəri arasında ikitərəfli görüş olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.