Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Əliyev təşəkkür etdi: Əsl dostluq belə olar!

Dekabr 29, 2024
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO

Nəsimi rayonunda özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO

12 May 25 / 13:52
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59

Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, onlar öz həyatlarını risk altına atmışdılar:

“Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissə də yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”.

Əvvəlki Yazı

Uçuşları dayandırmağa mən göstəriş vermişəm!

Növbəti Yazı

Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub

EKSKLUZİV

Gözəllik salonlarında gəzən ölüm

Gözəllik salonlarında gəzən ölüm

16 May 2025 / 15:38
2
Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

15 May 2025 / 16:00
2
Bu ölkədə koronavirus yenidən yayılmağa başladı

Bu ölkədə koronavirus yenidən yayılmağa başladı

15 May 2025 / 15:44
0
Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

15 May 2025 / 15:30
0

XƏBƏR LENTİ

Gözəllik salonlarında gəzən ölüm

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Bu ölkədə koronavirus yenidən yayılmağa başladı

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb

Ərdoğanla Zelenskinin görüşü başladı

Əhalinin gəlirləri artdı

Sabah hava necə olacaq?

Boşananların sayı azalıb

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Ölkədə doğum sayı azalıb

Azərbaycan əhalisinin sayı açıqlandı

BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb

Sərçə əvəzinə arvadını güllələdi

Bakıda bu yol tam bağlanır

“Qarabağ” Abubakarı alır? – Rəsmi

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi

Əfv Komissiyasının növbəti iclasının vaxtı…

Daha 5 şəhid dəfn olunacaq

FHN-in 20 illiyi yubiley medalı təsis edildi

Axşam Bakıya leysan yağacaq – Xəbərdarlıq

Pezeşkian: Biz müharibə yox, sülh axtarırıq

Paşinyan Albaniyaya getdi

Tramp: Sabah İstanbula gedə bilərəm

Azərbaycan nefti bahalaşıb

Tramp Səudiyyədən Qətərə getdi

İlhamə Elşadqızının məhkəməsi başladı

Bu qəsəbədə qaz təchizatı dayandırılıb

Hacı Vəliyevlə bağlı qərar verildi

“Microsoft” 6 min əməkdaşını ixttisar edir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.