Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub – FOTO

Fevral 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Cumhuriyyet.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.

Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.

Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.

Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.

“Vətən” İdman Liseyində görülən işlər və yaradılan şərait də bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Paytaxtda və bölgələrdə yeni məktəblərin inşası, əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və idmanın inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil və idman sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub  - FOTO
Əvvəlki Yazı

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Növbəti Yazı

Ərdoğan Suriyaya nə vaxt gedəcək?

EKSKLUZİV

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

19 İyun 2025 / 16:16
0
Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

19 İyun 2025 / 16:00
0
Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

19 İyun 2025 / 15:47
2
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

19 İyun 2025 / 15:44
0

XƏBƏR LENTİ

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

İsrail rəsmən elan etdi: Xameneini öldürəcəyik!

İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək

Tramp “başdanxarab” dediyi Karlsonu təriflədi

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Araqçi Türkiyəyə gedir

Sabahın hava proqnozu açıqlanıb

Ermənistan 4,3 milyon avroya səfirlik binası aldı

Yeni Zelandiya İrana sanksiya tətbiq etdi

Putin dedi ki, İsrail Rusiyaya söz verib… – Peskov

Bu çimərliklərə getməyin!

İranda internet tamamilə kəsildi

İsrail xüsusi təyinatlıları İrana girəcək – Axios

Tehranda hökumət binalarını vuracağıq! – Katz

Pezeşkian xalqa müraciət etdi

Yeni komissiya yaradıldı – SƏRƏNCAM

Bəzi ərazilərdə qaz olmayacaq

Prezident İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul edib

Həsən Mirzəyev – Qərbi Azərbaycan həqiqətlərinin ən böyük ədəbi təbliğatçısı!

Rusiyada iki hava limanı bağlandı

İsrailə davamlı hücum edəcəyik – İran

Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Vaqif Abdullayevin “IDEA-dan başladı” adlı kitabı ÇAP OLUNDU

Adil Vəliyev neft borusu üzərində market tikdirdi

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

“15 iyun zəfərimizə aparan yol idi”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.