Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İcra başçısı bu gün kəndlərdə arx və kanallarda aparılan təmizlik işləri ilə tanış olub

Fevral 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrlə yanaşı, qeyri-neft sektoru da dövlət siyasətinin prioritet sahəsi kimi uğurla inkişaf etdirilir. Bunu ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək sayəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatının böyük pay sahibi olmasından aydın şəkildə görmək olur. Xüsusən də kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə kimi həm işsizliyin aradan qaldırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı sahə olması hər zaman əsas götürülür.

Qazaxda demək olar ki, son illər bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir. 2016-cı ildə rayonda əkin sahəsi 16520,6 hektar idisə, bu gün bu rəqəm diqqətəçarpacaq dərəcədə artıb. 2025-ci ilin məhsulu üçün 20433,3 hektar sahədə əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Cari ildə 11450 hektarda taxıl əkini nəzərdə tutulmuşdur ki, bunun 6750 hekarı payızlıq, 70 hektarı yazlıq arpadır. 4600 hektarı payızlıq, 30 hektarı yazlıq buğdadır. Artıq 6750 hektar arpa, 4600 hektar buğda (payızlıq) səpilmişdir.

Rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və kənd sakinləri tərəfindən hər il həyata keçirilən ümumrayon işi bu il də davam etdirilir. Belə ki, 2024-2025-ci illərdə 220,40 km-i texnika, 107,10 km-i əl əməyi ilə olmaqla, 327,50 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, bütün kəndlərdə təmizlik işlərinə start verilib. Əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və kənd sakinləri bu işi ötən illərdə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmağı qarşıya məqsəd qoyublar.

Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Alı Hüseynov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov və digər aidiyyəti şəxslərlə birlikdə rayonun Canalı, Hüseynbəyli, Ağköynək kəndlərində arx və kanallarda aparılan təmizlik işləri ilə yerində tanış olub.

Rayon rəhbərinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, nəzərdə tutulandan artıq olmaqla, bu günə kimi 244,58 km-i texnika, 123,75 km-i əl əməyi ilə olmaqla, 368,33 km məsafədə təmizlik işləri həyata keçirilib və işlər bu gün də davam etdirilir.

Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin, mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyindən söz açıb. Qeyd edilən məsələlərlə bağlı bəzi tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hər il arx və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Ötən illlərdə aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilir. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücü artır, həm də su itkisinin qarşısı alınır.

Kəndlilər və təsərrüfatla məşğul olan insanlar tərəfindən əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ifadə olunur. Sakinlər icra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də kəndlilərə olan diqqət və qayğı kimi qiymətləndirirlər.

Məlumat üçün qeyd edək ki, 2016-2017-ci illərdə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci illərdə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu illərdə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla, 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci illərdə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla, 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci illərdə işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla, 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci illərdə 347,60 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 163,30 km-i texnika, 184,30 km-i əl əməyi ilə həyata keçirilib. 2022-2023-cü illərdə 358,09 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 198,80 km-i texnika, 159,29 km-i əl əməyi ilə həyata keçirilib. 2023-2024-cü illərdə 387,47 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 229,70 km-i texnika, 157,77 km-i əl əməyi ilə icra edilib. Ümumilikdə, son 8 ildə 1281,40 km-i texnika, 1319,23 km-i əl əməyi ilə olmaqla, 2600,63 km məsafədə təmizlik işləri aparılıb.(mediaxeberleri.az)

.

Əvvəlki Yazı

Muxtar Babayev vəzifəsindən azad edildi

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

Masajla yetişdirilən meyvə bazarı silkələdi: Bir ədədi 28 min TL-yə!

20 Aprel 2026 / 11:18
0

Bolqarıstanda seçici fəallığı dibə vurdu: Koalisiya açıq fərqlə lider oldu

20 Aprel 2026 / 11:17
0

Rusiyada Rekord Səviyyə: 9 Milyon Borclu Vətəndaşa Səyahət Qadağası Qoyuldu

20 Aprel 2026 / 11:16
0

İsrail Əsgərinin İsa Heykəlini Təhqir Etməsi Qlobal Qınağa Səbəb Oldu: Ordu Üzr İstədi

20 Aprel 2026 / 11:16
0

XƏBƏR LENTİ

Masajla yetişdirilən meyvə bazarı silkələdi: Bir ədədi 28 min TL-yə!

Bolqarıstanda seçici fəallığı dibə vurdu: Koalisiya açıq fərqlə lider oldu

Rusiyada Rekord Səviyyə: 9 Milyon Borclu Vətəndaşa Səyahət Qadağası Qoyuldu

İsrail Əsgərinin İsa Heykəlini Təhqir Etməsi Qlobal Qınağa Səbəb Oldu: Ordu Üzr İstədi

Turan Tovuzda İkiqat Yubiley: Klub və Futbolçu Əlamətdar Günü Qeyd Edir

Avropa Çempionatı: Beş Azərbaycan Güləşçisi Medallar Uğrunda Mübarizəyə Başlayır

Prezident İlham Əliyev: Azərbaycanın əsas nəqliyyat qovşağı rolu güclənir

Goldman Sachs xəbərdarlıq edir: İran müharibəsi neft qiymətlərini 100-115 dollara çatdıracaq

Bağda Qazıntı Zamanı 17 Kukla Tapıldı: Torpağın Altından Dəhşətli Sirr Üzə Çıxdı

“İran blokadanı yarmaq istədi, alınmadı” – Tramp

Ukrayna Rusiyanın Qara Dəniz Donanmasına Ağır Zərbə Vurdu: 150 Milyon Dollarlıq İki Desant Gəmisi Məhv Edildi

Qızıl və gümüş qiymətlərində kəskin eniş: Bazarda son vəziyyət

Günübirlik Ziyarətçilərə Şok Xəbər: Bu Şəhərə Gec Gedənlər Cərimələnəcək!

Antarktida sularında sirrli kəşf: ‘Naməlum təhlükə’ qeyd olunan yerdə 130 metrlik yeni ada tapıldı

Ayxan Hacıyev ikinci dəfə Azərbaycan çempionu olub

Şirkət Zibilliyindən Sərvət Çıxdı: İşçi 897 Min Lirə Dəyərində RAM Modullarını Xilas Etdi

Hürmüzdə Gərginlik Zirvədə: ABŞ-ın Tanker Əməliyyatı Sülhü Təhdid Edir

Pep Qvardiola “Arsenal”ın oyununu yüksək qiymətləndirdi: Premyer Liqada gərginlik artır

Rüstəm Əhmədzadə: “Uğursuzluğun müvəqqəti olduğunu sübut edəcəyik!” – Komandanın Qətiyyəti

Futbol tribunalarında ‘Qurdlar Vadisi’ atmosferi: Şok görüntülər yayılıb

Niderland Parlamentinin Azərbaycana Qarşı Qətnaməsi: Bakıdan Sərt Cavab

BMT: Geosiyasi Gərginlik İnkişaf Nailiyyətlərini Təhdid Edir – Asiya-Sakit Okean Bölgəsi Hədəfdə

Bəzi Ölkələrdə Benzin Alışına QR Kod Məcburiyyəti Geri Qayıdır: Səbəb Nədir?

Kənd Təsərrüfatı Nazirliyinin Mühüm Tenderi LƏĞV EDİLDİ: Detallar Açıqlandı

Azərbaycan valyuta bazarında rubl bahalaşır: Mərkəzi Bankın yeni məzənnələri

Prezident İlham Əliyev: Azərbaycan Regional Nəqliyyat Qovşağı Rolunu Gücləndirir

Bakıda dəhşətli qəza: Avtomobil motosikletçini vurub öldürdü

İran “Mossad”la Əməkdaşlıqda İttiham Olunan İki Şəxsi Edam Etdi

Ədalətə Sadiq Prokuror: Hüquq Sistemində Dürüstlük Nümunəsi

iPhone 18 Pro-nun Sirləri Açılır: Gözlənilən Rəng və Dizayn Detalları

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.