Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İcra başçısı bu gün kəndlərdə arx və kanallarda aparılan təmizlik işləri ilə tanış olub

Fevral 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrlə yanaşı, qeyri-neft sektoru da dövlət siyasətinin prioritet sahəsi kimi uğurla inkişaf etdirilir. Bunu ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək sayəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatının böyük pay sahibi olmasından aydın şəkildə görmək olur. Xüsusən də kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə kimi həm işsizliyin aradan qaldırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı sahə olması hər zaman əsas götürülür.

Qazaxda demək olar ki, son illər bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir. 2016-cı ildə rayonda əkin sahəsi 16520,6 hektar idisə, bu gün bu rəqəm diqqətəçarpacaq dərəcədə artıb. 2025-ci ilin məhsulu üçün 20433,3 hektar sahədə əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Cari ildə 11450 hektarda taxıl əkini nəzərdə tutulmuşdur ki, bunun 6750 hekarı payızlıq, 70 hektarı yazlıq arpadır. 4600 hektarı payızlıq, 30 hektarı yazlıq buğdadır. Artıq 6750 hektar arpa, 4600 hektar buğda (payızlıq) səpilmişdir.

Rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və kənd sakinləri tərəfindən hər il həyata keçirilən ümumrayon işi bu il də davam etdirilir. Belə ki, 2024-2025-ci illərdə 220,40 km-i texnika, 107,10 km-i əl əməyi ilə olmaqla, 327,50 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, bütün kəndlərdə təmizlik işlərinə start verilib. Əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və kənd sakinləri bu işi ötən illərdə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmağı qarşıya məqsəd qoyublar.

Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Alı Hüseynov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov və digər aidiyyəti şəxslərlə birlikdə rayonun Canalı, Hüseynbəyli, Ağköynək kəndlərində arx və kanallarda aparılan təmizlik işləri ilə yerində tanış olub.

Rayon rəhbərinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, nəzərdə tutulandan artıq olmaqla, bu günə kimi 244,58 km-i texnika, 123,75 km-i əl əməyi ilə olmaqla, 368,33 km məsafədə təmizlik işləri həyata keçirilib və işlər bu gün də davam etdirilir.

Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin, mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyindən söz açıb. Qeyd edilən məsələlərlə bağlı bəzi tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hər il arx və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Ötən illlərdə aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilir. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücü artır, həm də su itkisinin qarşısı alınır.

Kəndlilər və təsərrüfatla məşğul olan insanlar tərəfindən əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ifadə olunur. Sakinlər icra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də kəndlilərə olan diqqət və qayğı kimi qiymətləndirirlər.

Məlumat üçün qeyd edək ki, 2016-2017-ci illərdə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci illərdə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu illərdə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla, 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci illərdə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla, 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci illərdə işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla, 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci illərdə 347,60 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 163,30 km-i texnika, 184,30 km-i əl əməyi ilə həyata keçirilib. 2022-2023-cü illərdə 358,09 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 198,80 km-i texnika, 159,29 km-i əl əməyi ilə həyata keçirilib. 2023-2024-cü illərdə 387,47 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 229,70 km-i texnika, 157,77 km-i əl əməyi ilə icra edilib. Ümumilikdə, son 8 ildə 1281,40 km-i texnika, 1319,23 km-i əl əməyi ilə olmaqla, 2600,63 km məsafədə təmizlik işləri aparılıb.(mediaxeberleri.az)

.

Əvvəlki Yazı

Muxtar Babayev vəzifəsindən azad edildi

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

06 İyul 2025 / 23:49
0
Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

06 İyul 2025 / 13:22
3
Suriya İsraillə razılığa gəlmək istəyir

Suriya İsraillə razılığa gəlmək istəyir

04 İyul 2025 / 17:00
0
Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

04 İyul 2025 / 16:55
0

XƏBƏR LENTİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Suriya İsraillə razılığa gəlmək istəyir

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Ərsin Tatardan Xankəndidə ÇAĞIRIŞ: Buna son qoyulmalıdır!

Ərdoğan və Pezeşkian Xankəndidə görüşüb

Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək

Ərdoğan Xankəndidə İsraili tənqid etdi

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır…

Şuşa İƏT-in turizm paytaxtı seçildi

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

Putin bunu istəmir və bu, pisdir – Tramp

Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib

Bakıda qadın aliment ödəməyən keçmiş ərini döydü

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

Xankəndidə İƏT-in 17-ci Zirvə görüşü başlayıb, Prezident çıxış edir – CANLI –

Sabahın hava proqnozu açıqlanıb

Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır

“Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir 

Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ittiham…

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Sarkisyana qarşı yeni ittiham irəli sürülüb

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü keçirildi

Prezidentlər mühüm iclasda iştirak edir

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz…

Lukaşenko 16 nəfəri əfv etdi

İran MAQATE ilə əməkdaşlığını dayandırdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.