Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Əli Əsədov Xəzər İqtisadi Forumunda regional təhlükəsizlik məsələlərindən danışıb

Fevral 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Fevralın 18-də İran İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumu keçirilib.

Nazirlər Kabinetindən Cumhuriyyet.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda Xəzərin dayazlaşması problemi, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb.

Forum iştirakçıları əvvəlcə Tehran Beynəlxalq Sərgisi çərçivəsində İnnovasiyalar və Texnologiyalar Evi ilə tanış olublar.

Sonra Xəzəryanı dövlətlərin hökumət başçıları məhdud tərkibdə danışıqlar aparıblar. Danışıqlarda Xəzərdə beştərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib.

Daha sonra III Xəzər İqtisadi Forumunun plenar iclası olub.

Sessiyada çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır.

Bildirilib ki, 2022-ci ildə Moskvada keçirilən İkinci Forumun Birgə Kommünikesində ticarət dövriyyəsinin artırılması, regionun investisiya cəlbediciliyinin və Xəzəryanı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsində tərəflərin maraqlı olduğu təsdiqlənib.

Ə. Əsədov Azərbaycan ilə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 2024-cü ilin sonunda 6 faizdən çox artıb”.

2018-ci ildə Aktauda imzalanmış Xəzəryanı dövlətlərin hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq haqqında Sazişin 2023-cü ildə qüvvəyə minməsinin vacibliyini qeyd edən Ə. Əsədov bu Sazişin həyata keçirilməsinin ticarət, sənaye, kənd təsərrüfatı, turizm sahələrində və digər sektorlarda praktik tədbirlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Vurğulanıb ki, bu gün Xəzəryanı dövlətlər arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin bir sıra formatları və mexanizmləri mövcuddur, sahəvi əməkdaşlıq üzrə möhkəm müqavilə-hüquqi baza yaradılır, ən yüksək səviyyədə qəbul edilmiş qərar və razılaşmaların həyata keçirilməsi istiqamətində ciddi iş aparılıb.

“Şübhəsiz ki, bununla bağlı 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzərdə hərtərəfli əməkdaşlıq üçün baza sənədidir”, – Baş nazir əlavə edib.

İkinci Forumdan sonra nəqliyyat sektorunda regionun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əlverişli şərait yaradan mühüm razılaşmalar əldə edilib.

Forum iştirakçılarına uğurlu fəaliyyəti regionun bütün ölkələrinin maraqlarını əhatə edən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu barədə məlumat verilib.

Vurğulanıb ki, Azərbaycan ərazisindən yükdaşımaların artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır.

“İnanırıq ki, Xəzəryanı dövlətlər Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi olaraq qalması üçün səylərini davam etdirməlidir. Bu, ilk növbədə, bizdən Xəzər dənizində təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli tədbirlər görməyi tələb edir”, – Baş nazir bildirib.

Yaşıl energetika və rəqəmsal texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi imkanları sayəsində açılan əlavə perspektivlərə toxunan Ə. Əsədov qeyd edib ki, bu mühüm sahələrdə əməkdaşlıq regiona sabit və ekoloji cəhətdən təhlükəsiz gələcək təmin edir.

“Bu baxımdan regionumuzda ilk dəfə keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd etmək istərdim. Belə əlamətdar beynəlxalq tədbirin keçirilməsi Xəzər regionunun qlobal iqlim gündəmindəki əhəmiyyətini təsdiqləyir və investisiyaların ekoloji cəhətdən təmiz texnologiyalara və davamlı inkişafa fəal cəlb edilməsinə kömək edir”, – hökumət başçısı əlavə edib.

Qeyd olunub ki, Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.

Ə. Əsədov deyib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”.

İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.

Plenar iclasın yekununa dair III Xəzər İqtisadi Forumunun Kommünikesi qəbul edilib.

Əvvəlki Yazı

Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub

Növbəti Yazı

Prezident Ağdama səfər edib, “Hilton Garden İnn” hotelində tikinti işləri ilə tanış olub – YENİLƏNİB

EKSKLUZİV

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

07 Noyabr 2025 / 11:17
0
Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

07 Noyabr 2025 / 11:13
0
Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

07 Noyabr 2025 / 11:11
0
Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

07 Noyabr 2025 / 10:47
0

XƏBƏR LENTİ

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi

Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? – VİDEO

“Eurohome”un arxasında da kim dayanıb? – Sahibkardan ilginc iddia

UEFA bizim mediaya bəzi qadağalar qoyub – Əcnəbi jurnalistlər də bizdən şikayətçidir

İmtahana gedənlərə “köməklik” göstərənlər ifşa edildi – Cinayət işi məhkəməyə göndərildi

AzTV-dəki 26 milyon məsələsi böyüyür – Baş prokurorluq araşdırmaya başlayacaq?

Bu işin də altından Ramiz Mehdiyev çıxdı: Kürəkəni vasitəsi ilə…

İcra başçıları xüsusi nəzarət altına alındı

Saakaşvili və bir neçə müxalifət lideri HƏDƏFDƏ

“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovla bağlı qərar verildi

ABŞ Paşinyandan üz döndərir? – Sensasion iddia

Evlərini kirayə verənlərdən vergi tutulması necə tənzimlənəcək?

Azərbaycanda bu yol pullu olacaq

Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR

Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.