Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

FHN Akademiyasına kursant qəbulu elan edilir

Fevral 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?  – VİDEO+FOTO FAKT

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy:  “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy: “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

07 İyul 25 / 13:01
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2025/2026-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Bu barədə Cumhuriyyet.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 3-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə əlavə təhsilin “Təkrar ali təhsili” növü üzrə sənəd qəbulu həyata keçiriləcək. Müraciətlər portal.edu.az elektron platforması üzərindən qəbul ediləcək.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.

Əvvəlki Yazı

Azərbaycan neftinin qiyməti yenidən 78 dolları ötüb

Növbəti Yazı

Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib

EKSKLUZİV

PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq

PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq

09 İyul 2025 / 16:40
0
Səbinə Əliyevadan bu cavabı gözləyirəm – Moskalkova

Səbinə Əliyevadan bu cavabı gözləyirəm – Moskalkova

09 İyul 2025 / 15:18
0
İlham Əliyev BƏƏ-də səfərdədir

İlham Əliyev BƏƏ-də səfərdədir

09 İyul 2025 / 15:00
0
Ərdoğan mühüm məlumatı elan etdi

Ərdoğan mühüm məlumatı elan etdi

09 İyul 2025 / 14:45
0

XƏBƏR LENTİ

PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq

Səbinə Əliyevadan bu cavabı gözləyirəm – Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir

Ərdoğan mühüm məlumatı elan etdi

Trampın qərarına Rusiyadan “yumşaq” cavab

Azərbaycan lideri BƏƏ Prezidenti ilə görüşəcək

Rubionun Bakı və İrəvanla bağlı son bəyanatı… – Bryus

Lavrov Şimali Koreyaya səfər edəcək

Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verib: Onun fikirləri riyakarlıqdır

Azərbaycanda boşanma ən çox bu rayonda qeydə alınır

SEPAH əməliyyat keçirdi: ölənlər var

DYP-dən bu sürücülərə xəbərdarlıq – Video

Əliyevlə Paşinyan sabah bu şəhərdə görüşəcək

Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq

Avropada 2300 adam istidən öldü

DYP-dən skuter, moped və velosiped sürücülərinə çağırış

Azərbaycanda xərçəng xəstələrinin sayı artdı

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

PKK silahları təhvil verir – Dəqiq tarix…

Pensiya alanların nəzərinə: 3 gündən sonra…

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Baş nazirdən yeni qərar: Uçuş qaydaları…

17 nəfəri ilan sancıb

Qırmızı attestat alanların sayı açıqlandı

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

Kəmaləddin Heydərovla Rusiya FHN-in rəhbəri arasında ikitərəfli görüş olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.