Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

FHN hava ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib

Fevral 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00

Fövqəladə Hallar Nazirliyi hazırda ölkə ərazisində müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Cumhuriyyet.az nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!”

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Əvvəlki Yazı

Ölkə ərazisində 14 dərəcəyədək şaxta var – FAKTİKİ HAVA

Növbəti Yazı

Şoltz: Ukraynaya sülhməramlı qoşun göndərmək barədə danışmaq hələ çox tezdir

EKSKLUZİV

“Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir 

“Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir 

02 İyul 2025 / 21:48
7
Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ittiham…

Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ittiham…

02 İyul 2025 / 18:03
8
Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

02 İyul 2025 / 17:19
0
Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

02 İyul 2025 / 16:00
0

XƏBƏR LENTİ

“Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir 

Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ittiham…

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Sarkisyana qarşı yeni ittiham irəli sürülüb

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü keçirildi

Prezidentlər mühüm iclasda iştirak edir

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz…

Lukaşenko 16 nəfəri əfv etdi

İran MAQATE ilə əməkdaşlığını dayandırdı

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub

İsrail Qəzzada atəşkəs şərtini qəbul etdi – Tramp

Azərbaycanda yenidən koronavirus yayılır – Rəsmi

Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib

Vətən savaşı, Qarabağ Azərbaycan deməkdir – POLİS…

Sabah ölkə ərazisində 33 dərəcə isti olacaq

Zaxarova: Azərbaycan bundan narazılıq etməyib

Baş Prokurorluq: Yekaterinburqdakı cinayətin açılması üçün bütün hüquqi mexanizmlərdən istifadə olunacaq

KTM: Ötən ay 3 nəfər zəhərlənmədən ölüb

Ərsin Tatar Azərbaycana gəldi

MM xaricdə yaşayan azərbaycanlılara çağırış etdi

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

Bu qəzetlər 5000 manatadək cərimələnəcək

Azərbaycan nefti bahalaşıb

Azərbaycan vətəndaşlarının Rusiyada işgəncəyə məruz qalması və öldürülməsi ilə bağlı brifinq keçirilir – VİDEO

Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı…

NİİM sürücülərə müraciət edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.