Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Ramazan ayının başlaması ilə bağlı fətva verilib

Fevral 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59
Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

11 Aprel 25 / 12:07

Ramazan ayının başlanması ilə bağlı fətva
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

QMİ-dən Cumhuriyyet.az-a verilən xəbərə görə, fətvaya əsasən, Ramazan ayının ilk günü martın 1-ə təsadüf edəcək.

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edir, Uca Allah-Təaladan müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini diləyir.

Şamaxı Astrofizika Rəsədxanasının təsdiqi
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcəkdir, inşallah!

Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə uğurlara imza atmış dövlət başçımız, Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfaət və səadət arzulayırıq.

Ramazan və Novruzun üst-üstə düşməsi
Əziz müsəlman qardaş və bacılar! Bu ilki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcəkdir. Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir. Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılması Allahın hökmü, Peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır.

İmsak-iftar təqvimi və rəsmi məlumat mənbəyi

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcəkdir.

Rəhman və Rəhim Allahdan duamız budur ki, yeni yüksəliş dövrünü yaşayan ölkəmizi və xalqımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı və müzəffər ordumuzu bəlalardan hifz edib qorusun, bayrağımızı uca, dövlətimizi və dinimizi daimi etsin, bu mübarək ayın xeyir və bərəkətindən Vətənimizin və millətimizin nəsibini versin! Allah dünyamızı müharibə və münaqişələrdən qorusun, ümmətimizi sülhə və əmin-amanlığa qovuşdursun! Allah torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qadir Allah oruc və namazlarımızı qəbul etsin, bizi məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh!”, – fətvada deyilir.

Əvvəlki Yazı

Qarlı havada xəsarət alanların sayı 347-ə çatıb

Növbəti Yazı

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb

EKSKLUZİV

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 2025 / 11:46
3
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

07 May 2025 / 19:18
1
İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

07 May 2025 / 16:45
0
To Lam Azərbaycana gəldi

To Lam Azərbaycana gəldi

07 May 2025 / 16:24
0

XƏBƏR LENTİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

To Lam Azərbaycana gəldi

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Azərbaycan və İraq Ərbildə Baş Konsulluq açılmasını müzakirə edib

Hakimin özü-özünə etirazı təmin olundu

Hökumə Əliyevanın ev-muzeyi tikilir

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

9 polis həbs olundu

Müharibədən bu cür qaça bilərik – Lukaşenko

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki…

Hindistanın baş naziri səfərlərini ləğv etdi

Sabah 29 dərəcə isti olacaq

Ceyhun Bayramov və İraq XİN rəhbəri arasında təkbətək görüş başlayıb

Hindistan-Pakistan gərginliyinə Bakıdan reaksiya

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Astarada yolda sürüşmə və çökmə baş verib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək

Ceyhun Bayramov İraqa səfər edib

Putin Pezeşkianla danışdı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Bu ölkə Rusiya ilə sərhədi minalayır

Sabah 28 dərəcə isti olacaq

MEDİA çap və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Yeddi mindən çox şagird imtahan verəcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.