Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazax RİH-də keçirilən ümumi qəbulda vətəndaşların müraciətləri dinlənilib

Mart 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59
Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

11 Aprel 25 / 12:07

Ölkə Prezidenti İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrinin kökündə ölkəmizdə həyata keçirilən dövlət siyasəti, onun tərkib hissəsi olan vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Bu, eyni zamanda o deməkdir ki, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq hər bir dövlət məmuru vətəndaşın yanında olmalıdır. Ən əsası da odur ki, ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin başlıca istiqaməti kimi bütün sahələrdə əsas götürülməsi dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman əks olunur. Bu, hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

2025-ci ilin mart ayında ilk ümumi qəbul ayın 7-də keçirilib. Qazax şəhərindən, rayonun

Qazaxbəyli, Quşçu Ayrım, Aslanbəyli və Qızılhacılı kəndlərindən müraciət etmiş 7 nəfər vətəndaşın istəyi idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, ölkə Prezidentinin vurğuladığı kimi, hər bir dövlət məmuru öz vəzifəsinə məsuliyyətlə yanaşmalı, eyni zamanda, ölkə başçısının bu fikrini özünə hər zaman nünunə götürməlidir. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikrinin əsasını vətəndaş amilinin, məmnunluğunun təşkil etdiyini bildirib.

“Hər zaman olduğu kimi, 2025-ci ildə də vətəndaş məmnunluğunun təmin olunması hər kəs üçün ən ümdə məsələ hesab olunmaldır. Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, – deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədə xidmət etdiyini söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə olan görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.

Qəbul zamanı vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Eyni zamanda, qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. (Mediaxeberleri.az)

Əvvəlki Yazı

Qazaxda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Növbəti Yazı

Qazaxda icra başçısı şəhid anasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

EKSKLUZİV

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 2025 / 11:46
3
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

07 May 2025 / 19:18
1
İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

07 May 2025 / 16:45
0
To Lam Azərbaycana gəldi

To Lam Azərbaycana gəldi

07 May 2025 / 16:24
0

XƏBƏR LENTİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

To Lam Azərbaycana gəldi

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Azərbaycan və İraq Ərbildə Baş Konsulluq açılmasını müzakirə edib

Hakimin özü-özünə etirazı təmin olundu

Hökumə Əliyevanın ev-muzeyi tikilir

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

9 polis həbs olundu

Müharibədən bu cür qaça bilərik – Lukaşenko

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki…

Hindistanın baş naziri səfərlərini ləğv etdi

Sabah 29 dərəcə isti olacaq

Ceyhun Bayramov və İraq XİN rəhbəri arasında təkbətək görüş başlayıb

Hindistan-Pakistan gərginliyinə Bakıdan reaksiya

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Astarada yolda sürüşmə və çökmə baş verib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək

Ceyhun Bayramov İraqa səfər edib

Putin Pezeşkianla danışdı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Bu ölkə Rusiya ilə sərhədi minalayır

Sabah 28 dərəcə isti olacaq

MEDİA çap və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Yeddi mindən çox şagird imtahan verəcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.