Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Uşaq müəssisələrində qidalanmaya dair tələblər müəyyənləşib

Mart 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində qidalanmaya dair tələblər müəyyənləşib.

Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”də əksini tapıb.

Uşaq müəssisələrində qidalanmaya dair tələblər aşağıdakılardır:

– uşaqların minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmin edilməsi;

– qida məhsullarının hazırlanması, saxlanması, daşınması zamanı qida məhsullarının təhlükəsizliyinin və yararlılığının təmin edilməsi;

– qida məhsullarının mikrobioloji, kimyəvi və fiziki çirklənməsinin qarşısının alınması;

– qida məhsullarının xüsusiyyətlərinə uyğun temperatur rejiminə riayət edilməsi;

– minimum keyfiyyəti və təhlükəsizliyi, həmçinin qablaşdırılması və etiketlənməsi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olmaması, müvafiq müşayiətedici sənədləri (baytarlıq şəhadətnaməsi, arayışı, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan, daxili karantin sertifikatı, qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal sağlamlıq aktı) olan məhsulların, xammalın, inqrediyentlərin və qida ilə təmasda olan material və məmulatların qəbul edilməsi;

– qida bloklarının sanitariya-gigiyena və sanitar-texniki vəziyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsi;

– qida bloklarında uyğunluq sertifikatları ilə təmin edilmiş avadanlıqlardan qanunvericiliklə müəyyən edilmiş gigiyena tələblərinə uyğun istifadə edilməsi;

– hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmaqla, yeməkxanaların divarında yerləşdirilməsi;

– səhhətində problem olan uşaqların qidalanması üçün həkimin tövsiyəsinə əsasən menyunun hazırlanması;

– bir yaşadək uşaqların qidalanmasının fərdi qaydada, fizioloji yaş həddi normalarına və bütün növ qida məhsullarının vaxtında tətbiqinə uyğun olaraq təyin edilməsi;

– qanunvericiliklə müəyyən edilmiş qaydada qida blokunda işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində hər 6 aydan bir məcburi tibbi müayinədən keçməsinə və tibbi arayışlarla təmin olunmasına nəzarət edilməsi;

– qida məhsulları ilə təmasda olan işçilərin icra etdikləri işə uyğun olaraq gigiyenik təlimlərə cəlb edilməsi;

– qida obyektlərində çalışan hər bir şəxsin gigiyena qaydalarına ciddi riayət etməsi, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməsi;

– hər gün hazır məhsulun gündəlik nümunəsinin götürülüb saxlanılması (gündəlik nümunə bir porsiya həcmində, qeyri-qənaətbəxş epidemioloji vəziyyət zamanı mikrobioloji tədqiqat üçün 100 qramdan az olmayaraq, yemək və ya qarnir nümunələri həcmində götürülür). Nümunələr qapaqlı steril şüşə qabda götürülərək (qarnir və salatlar ayrı qablarda saxlanılır), xüsusi soyuducuda və ya soyuducunun bu məqsədlə ayrılan bölməsində 48 saat ərzində 2-6°C temperaturda saxlanılır. Gündəlik nümunənin düzgün götürülməsi və saxlanma şəraiti üzərində nəzarətin tibb işçisi tərəfindən həyata keçirilməsi;

– tibbi-metodiki tövsiyələr əsasında müəssisədə qalma saatından asılı olaraq gün ərzində uşaqlar üçün müvafiq sayda qidalanmanın təmin edilməsi;

– müəssisənin qida anbarı, yeməkxana və mətbəx otaqlarının yanğın təhlükəsizliyi qaydalarına, sanitariya normalarına və qaydalarına, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun fəaliyyət göstərməsi, mətbəx işçilərinin daxili təlimatlara uyğun xidmətinin təmin edilməsi.

Əvvəlki Yazı

Azərbaycan nefti bahalaşıb

Növbəti Yazı

Azərbaycanda əmək müqavilələrinin sayı artıb

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
3
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
33
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.