Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında Cavadxan küçəsində yerləşən Şəki kafesi sökülüb, ağaclar kəsilib. Məlumata görə iri gövdəli yaşıl ağaclar kəsilib. Restoran sökülərək ərazidə yeni inşa işləri aparılır. Hadisə ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsində aparılan araşdırmada məlum olub ki, ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəyib. Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib. Ərazidə baş verənlər, artıq sadəcə qanunsuz tikinti deyil – bu, dövlətə, qanuna və xalqa açıq şəkildə meydan oxumaqdır. “Şəki” restoranının sahibi Etibar adlı şəxs onun havadarları Prezidentin tikintilərlə bağlı verdiyi qadağanı saymır, ölkə rəhbərinin imzaladığı sənədə hörmət qoymur. Altından metro keçən təhlükəli zonada, gecə saatlarında gizli işlər görülür. Gecə saatlarında işlərin sürətlə aparılması, yerli icra hakimiyyətinin susqun qalması onu göstərir ki, işin arxasında elə adam var ki, qorxudan heç kim səsini çıxarmaq istəmir.