Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Aprel 14, 2025
A A

REDAKTORUN SEÇİMİ

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

18 Noyabr 25 / 11:03
İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

17 Noyabr 25 / 15:31
Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Cumhuriyyet.az xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Əvvəlki Yazı

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

Növbəti Yazı

Prezident İlham Əliyev şahmat ustası Faiq Həsənovu təbrik edib

EKSKLUZİV

TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş

TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş

18 Noyabr 2025 / 13:45
0
2026 nə ilidir? Kimlərə düşərli olacaq?

2026 nə ilidir? Kimlərə düşərli olacaq?

18 Noyabr 2025 / 13:44
0
Azərbaycan xarici ticarəti neçə ölkə ilə aparır?

Azərbaycan xarici ticarəti neçə ölkə ilə aparır?

18 Noyabr 2025 / 13:23
0
“Baku Electronics”, “Kontakt Home” CƏZALANDIRILDI

“Baku Electronics”, “Kontakt Home” CƏZALANDIRILDI

18 Noyabr 2025 / 13:20
0

XƏBƏR LENTİ

TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş

2026 nə ilidir? Kimlərə düşərli olacaq?

Azərbaycan xarici ticarəti neçə ölkə ilə aparır?

“Baku Electronics”, “Kontakt Home” CƏZALANDIRILDI

Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə TOPLAŞDI – DTX VİDEO YAYDI

Trampa “sağ ol” deyək, amma İlham Əliyevin əzmini, DTX-nın fədakarlığını da unutmayaq…

Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi – ADY-də maraqlı təyinat oldu

Kapitan həbsxanadan 28 səhifəlik sensasiyalı məktub göndərib – Generala ağır ittihamlar var

BMT Qəzzaya sülhməramlı göndərilməsi barədə qətnamə qəbul etdi

Müəllimlik – insanlıq missiyası

Paşinyan məscidləri kimin üçün tikir?

Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir?

“Lukoil” Azərbaycanı tərk edir – Tarix açıqlandı

Əməkdar artist Yadigar Muradov vəfat etdi

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

Azərbaycandan neft alan ölkələrin YENİ SİYAHISI

Sabiq nazir Səlim Müslümov barədə sensasion iddialar — Avropada gizli mülklər tikdirilir?

Qazaxıstanda FACİƏ: 9-u uşaq olmaqla 12 nəfər ÖLDÜ

Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda

“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

Vətəndaşlar sosial mediadakı şərhlərində Sumqayıt İcra Hakimiyyətinə qəzəb püsükürür

Adnan Əhmədzadənin xanımının Londondakı şirkətləri – FAKTLAR

Sabiq nazirin oğlunun Moskvadakı biznesi: 16 milyon zərər var

“Lal deputat” kimdir: xaricdə şirkət sahibi, yoxsa diplomat çətiri altında karyera quran siyasətçi?

Sürücülük vəsiqəsi almaq üçün imtahan: “yezda” qəbulunda yenilik olunub

İran süni yağış yağdırır – Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb

AVP-dan istefalar başlayıb: Elçin Ağamalı məhkəməyə hazırlaşır

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi – Səbəb

Fransadan Ukraynaya ŞOK DƏSTƏK – TARİXİ SAZİŞ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.