Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

MTK şeflərinin həbsdə “kral” həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?

Aprel 14, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59
Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

11 Aprel 25 / 12:07

Dələduzluq etmiş tikinti firmalarının rəhbərlərinin hər bir addımı ilk gündən hesablanmış, ssenariləşdirilmiş olur. Anaxeber.com yazır ki, MTK rəhbərlərindən son vaxtlar artan şikayətlər fonunda bu problem yenidən gündəmə gəlib və müzakirələrə səbəb olub. Ona görə də arayış verərək daha detallı şəkildə bu qanunsuzluqları diqqət mərkəzinə daşımaq zərurəti yarandığını qeyd etməliyik. Söhbət hər şeyin öncədən planlaşdırılmış və bir  “Hollivud” filminin sonunun necə olacağı kimi  dəqiqləşdirilməsinə bənzəyir. Yəni şirkət sahibi bilir ki, hədəf bina tikmək, mənzil satışı deyil, vətəndaşları aldatmaqdır. Onu da bilir ki, bir mənzili bir neçə vətəndaşa saxta müqavilələr əsasında satdığına görə milyonlar qazanacaq, amma həbs ediləcək. Həmin iş adamları hesablayır ki, qazandığı milyonların müqabilində bir müddət həbs həyatı yaşayacaq, bir qismini xərcləməli olacaq, lakin türmədə pul hesabına komfort şəraiti olacaq. Fərq ondadır ki, hərəkət azadlığı məhdudlaşacaq. Əvəzində isə milyonların bir hissəsi özünə və ailəsinə qalacaq, həbsdə lüks şəraiti olacaq. Bəli, bu gün həbsxanalarda pul hesabına Norveç türməsinə oxşar lüks qurmaq mümkündür: mobil telefon, şəxsi televizor, isti su, naz-nemət, insani  ehtiyacların yüksək səviyyədə qarşılanması və s.
Anaxeber.com bildirir ki, dələduzluq ittihamı ilə həbs edilmiş MTK rəhbərləri məhz bu işləri görürlər, pul xərcləyirlər, nəticəsini qazanırlar. Odur ki, arxayın şəkildə həbsdə oturub cəzanın bitəcəyi tarixi gözləyirlər, öncəgörən kimi qabaqcadan hər bir addımı hesablayırlar. Amma həbs bəzi hallarda tez bitir. Hesablayırlar ki, cəzanın bir hissəsindən hansısa şəkildə azad olmaq mümkündür. Bunun üçün bir neçə variant var – ev dustaqlığı, cəzanın üçdə ikisinin çəkilməsi, mətbuatın yadından çıxandan sonra hakimlərdən biri ilə sövdələşmə və ya cəzanın yüngülləşdirilməsi.
Ən əsası bu müddət ərzində sakinlər MTK rəhbərindən asılı vəziyyətdə qalırlar. Çünki istintaq altında olsa belə, şirkət sahibi bina üzərində səlahiyyətlərini saxlayır, möhür-ştamp əlində olur. O səbəbdən də, vəziyyətdən sui-istifadə edərək həbsdə ola-ola sakinlərə təzyiq göstərirlər. Necə?
Məsələn, vəkilləri vasitəsi ilə sakinlərə xəbərdarlıq göndərirlər ki, bu şəraitdə binanın tikintisi yarımçıq qalacaq, pulları batacaq. Bu da azmış kimi, məhkəmə prosesində zərər çəkənləri hədələyirlər.
Misal üçün “Sahil – S İnşaat” MTK rəhbəri Tale Alaverdiyevlə onun şəriki Pənah Kərimovu qeyd etmək olar. Şirkət sahibi də, dələduzluq etmiş ortağı da həbs dövründə lüks həyat yaşayıblar. Hətta həbsdən daha çox müalicə müəssisəsində cəza dövrünü keçiriblər. Üstəgəl, elə həftə olmur ki, onlar üçün kababdan, plovdan gəlməsin. Bütün bunlar bir yana, vətəndaşları aldadan, 6 milyon manatı mənimsəyən, 165 ailəyə kələk gələn, onları illərdir mənzil həsrətində qoyan, dövlətə də, xalqa da fırıldaq gələn Pənah Kərimov və Tale Alaverdiyev indi daha da arxayınlaşıblar, zərər çəkənləri təhdid etməyə başalyıblar. Bu barədə verilən məlumatda deyilir ki, hər iki dələduz sakinləri hədələyirlər ki, onlar ev üzünə həsrət qalacaqlar, pulları da geri verilməyəcək.
Maraqlıdır, görəsən, bu şəxslərin dilini uzun edən kimlərdir? Dövlətin gücündən çəkinmirlər, yoxsa məhkəmələr, hakimlər onları belə arxayınlaşdırıb?
Anaxeber.com-a verilən xəbərdə deyilir ki, MTK rəhbəri Tale Alaverdiyev nə “hikmətdirsə” hələ də müalicə müəssisəsindədir, nə “bəla” gəlibsə, sağalmaq bilmir, şəriki, binaya dələduzluğu gətirmiş Pənah Kərimov isə xeyli vaxtdır şərti azadlığa buraxılıb. Hər iki şəxsə hökm oxunmalı və vurduqları zərərə görə cəza çəkməli idilər, o cümlədən zərər çəkənlərin problemini həll etməli idilər. Lakin biri guya xəstədir, hələ də həbsini müalicə müəssisəsində keçirir, nədirsə sağalmır, digəri də şərti azadlıq əldə edib. Bu da azmış kimi, artıq sakinləri təhdid etməyə başlayıblar. Bu barədə bina sakinlərindən biri, Anaxeber.com-un baş redaktoru Azər Talıbov bildirib ki, saxtakarlıq və dələduzluq etmiş hər iki şəxs barəsində işə yenidən baxılmalıdır, o cümlədən Tale Alaverdiyevin xəstəliyi araşdırılmalı, Pənah Kərimovun hansı arqumentlə ev dustaqlığına buraxıldığına baxılmalıdır. Eyni zamanda, hüquq-mühafizə orqanları, xüsusən Baş Prokurorluq və Ali Məhkəmə sakinlərin təhdid edilməsi ilə bağlı MTK -nın dələduz rəhbərləri barəsində şikayətlərə baxmalıdır.

Anaxeber.com

Azər Talıbov

Əvvəlki Yazı

Zelenskidən Trampa: Gəlin, bu şəhərlərə baxın!

Növbəti Yazı

Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib

EKSKLUZİV

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

09 May 2025 / 15:35
1
Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

09 May 2025 / 15:33
2
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 2025 / 11:46
3
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

07 May 2025 / 19:18
1

XƏBƏR LENTİ

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

To Lam Azərbaycana gəldi

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Azərbaycan və İraq Ərbildə Baş Konsulluq açılmasını müzakirə edib

Hakimin özü-özünə etirazı təmin olundu

Hökumə Əliyevanın ev-muzeyi tikilir

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

9 polis həbs olundu

Müharibədən bu cür qaça bilərik – Lukaşenko

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki…

Hindistanın baş naziri səfərlərini ləğv etdi

Sabah 29 dərəcə isti olacaq

Ceyhun Bayramov və İraq XİN rəhbəri arasında təkbətək görüş başlayıb

Hindistan-Pakistan gərginliyinə Bakıdan reaksiya

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Astarada yolda sürüşmə və çökmə baş verib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək

Ceyhun Bayramov İraqa səfər edib

Putin Pezeşkianla danışdı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Bu ölkə Rusiya ilə sərhədi minalayır

Sabah 28 dərəcə isti olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.