Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində üzür-ÖZÜ GÖRÜNMƏSƏ DƏ YERİ GÖRÜNÜR

Aprel 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00

Çirkli pullar bu dəfə də, kanalizasiya borularında “tıxaca düşdü”

Yenixeber.org: İllər ötdükcə təbiət Bakıdan da, bakılılardan da üz döndərmiş kimi görünür…Yağış, ildə bir dəfə yağan qar, bəzən külək də paytaxtı iflic edir. Həm də elə ki, illərdir aktuallığını qoruyan problemin həlli inandırıcı görünmür. Xüsusi ilə də, ötən ilin oktyabrında və sonuncu yağış miqdarı və fəsadları ilə problemi kuliminasiya nöqtəsinə daşıdı. Və…indi də problemə müxtəlif prizmalardan yanaşmalar müşahidə olunmaqdadır. Daha çox hədəf nöqtəsində görüntülənən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Sıradan paytaxt sakinlərinin Əzizova ünvnlanmış ittihamları başadüşüləndir…Amma, bu sırada ictimai-siyasi arenada tanınmışların, ekspertlərin, bəzən isə məsul şəxslərin yer almasını birmənalı qarşılamaq yumşaq desək anlaşılan deyil.

Niyə? Vahid mərkəzdən idarəetmə olmayanda…

Tamam, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır və ən xırdasından tutmuş, ən böyükünə qədər bu şəhərlə bağlı problemlər görünəndə ilk yada düşən də məhz o olur… Məntiqlə belə də olmalıdır. Amma, təəssüf ki, bəzən məntiqlə qanunlar, yazılmış qaydalar tərs mütənasib olur. Necə ki, bizim sevimli paytaxtımız bu tərs mütənasib taleyi yaşayır. Bakı kimlərinsə məntiqə və həm də bəlli gerçəkliklərə zidd, “cızma-qaralar”ının girovunda çabalayır…

Şəhərin başçısı var, başçının səlahiyyəti yox…2018-ci ildən bütün kommunal xidmətlər-su və kanalizasiya, qaz, işıq- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarıldı. Hazırda paytaxtın su təminatı və kanalizasiya xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarəsinin səlahiyyətindədir. Eləcə də, qaz təminatı “Azəriqaz” İstehsalat Birliyinin, işıq təminatı “Azərişiq” ASC-nin, nəqliyyat xidməti AYNA-nın, yol infrastrukturu da AAYDA-nin vəzifədir ki, var.

Başqa sözlə sadaladığım sferalardakı problemlərin hər birinin öz sahibi var…Bu sahiblər sırasında isə Bakı Şəhər İcra Hakimiyyəti yer almır. Baxmayaraq ki, tənqid olunan da, bəzən söyülən də şəhər rəhbərliyidir.

Qeyd etdiyim kimi, məlum qanun-qaydaya uyğun olaraq, paytaxtın su təminatı və kanalizasiya xidməti rəhbəri Zaur Mikayılov olan ADSEA-nın tabeli strukturunun işi olmalıdır. “Olmalıdır” ona görə yazıram ki, ADSEA səahiyyətliləri bunu ya bilmir, ya da bilmək istəmirlər. Ən azı ötən ilin oktyabrında və sonuncu yağışda nə Zaur Mikayılovu, nə də hansısa bir tabeli məsul şəxsini “gördüm” deyən olmadı(?)

Özü görünmür, amma yeri çılpaqlığı ilə görünür!

Normalda Zaur Mikayılov komandası ilə birgə Bakı küçələrində addım-addım dolanmalı, gölməçələrdə “üzməli” idi. “Üzür” də, amma gölməçələrdə yox, Eldar Əzizovun kölgəsində…Adamın heç “tükü də tərpənmir”. Nə hansısa kanalizasiya “lyuk”unun üstündə, nə hansısa gölməçə kənarında, nə mətbuat müstəvisində görünür, nə də bir kimsə onun adını dilə gətirmir(?)

Özünü elə aparır ki, Bakının bu problemindən sorumlu o yox mənəm, dövlətin bu istiqamətdə ayırdığı milyonları “həzmi-rabedən keçirən” də, o yox mənəm. Dövlətin milyonları demişkən, ADSEA-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ az qala ayın hər günü tender keçirir.

Bu tenderlər necə keçirilir? Hansı şirkətlər qalib seçilir, hansı şərtlərlə əməkdaşlıq edilir? Və nəhayət, milyonlarla ölçülən xərclərin qarışılığında niyə babat yağış həyatı iflic edir? Niyə bizim vergilərimizlə formalaşan büdcə vəsaitləri kanalizasiya borularında “tıxaca düşür”? Və s.

Bu mövzuda Yenixeber.org-da məxsusi bir yazı olcaq. Ötənlərdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova “AMPER” MMC ilə əməkdaşlıqla bağlı bir online sorğu da, ünvanlamışıq. (Yeri gəlmişkən, məlumata görə Tahir Xəlilov da, Zaur Mikayılovun özü ilə gətidiyi kadrlardandır. İ. S.) Tərəflər arasında bu ayın 16-da Elektrik naqillərinin alınması ilə bağlı 171.686 manatlıq müqavilə imzalanıb. Nə isə, bu haqda qarşıdakı günlərdə…

Bakını necə xilas etməli?

Bu sual da, məlum problemlə paralel aktuallaşır…Təkcə yuxarıları, ekspertləri yox, elə sıradan paytaxt sakinlərini də düşündürür. Və müxtəlif fikirlər səslənir, təkliflər edilir…

Daha çox cəlbedici və əsalandırılmış təkliflər isə vahid idarəçilik mərkəzində cəmlənir. Problemləri ötür-ötür oyunundan qurtarmaq səlahiyyət, həm də məsuliyyət yolundan keçir. Paytaxtla bağlı bütün xidmət sahələri-su, kanalizasiya, qaz, işıq, nəqliyyat, yol infrastrukturu-vahid idrəçilik mərkəzində cəmlənməli və idarə edilməlidir. Təcrübə göstərir ki, bunun əksi, yəni hazırkı idarəçilik mexanizmi özünü nə doğrultmur, nə də doğruldacaq kimi görünmür. Hətta insan ölümləri ilə də müşahidə olunur…

Hökumət bu istiqamətdə iradə ortaya qoyub, vahid idarəçilik mərkəzinin mexanizmini hazırlamalı, gərəkən strukturu yaratmalıdır. Daha dəqiq desək, Meriya institutu formalaşdırılmalıdır. Komandası ilə birlikdə, təbii ki, seçki yolu ilə…

İlqar Salmanov, (Yenixeber.org)

 

Əvvəlki Yazı

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq

Növbəti Yazı

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqala şəhərində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib

EKSKLUZİV

Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək

Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək

01 İyul 2025 / 10:33
4
Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı…

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı…

01 İyul 2025 / 10:31
6
NİİM sürücülərə müraciət edib

NİİM sürücülərə müraciət edib

30 İyun 2025 / 16:30
0
Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər…

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər…

30 İyun 2025 / 16:16
0

XƏBƏR LENTİ

Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı…

NİİM sürücülərə müraciət edib

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər…

Bakı ilə bağlı bunda maraqlıyıq

FTX-nin “Sputnik Azərbaycan”da çalışan iki əməkdaşı saxlanıldı

Şahbaz Şərif Xankəndiyə gəlir

Yekaterinburq olayı: Bunu Bakıya izah etmək üçün… – Kreml

Kallas Bakı-İrəvan münasibətlərindən danışdı

Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib

Kreml Bakının bu qərarından təəssüflənir

Rusiyadan Yekaterinburq olayı ilə bağlı açıqlama

Mirzoyan: Sülh sazişinin yeri və tarixi…

İyulda bol yağıntı gözlənilir

Azərbaycanda yenə 4 gün ardıcıl iş olmayacaq – Tarix

Polis “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

Elçibəyin bu müsahibəsi ilk dəfə yayıldı: nələr danışıb? – VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq

Çin və Rusiya İranı tək qoydu

Əlilliyə görə sosial müavinətlər artır

Ağdamda minaya düşən polis kimdir?

XİN-də yeni struktur dəyişikliyi…

Sabahdan Azərbaycanda bu mühüm qadağa qüvvəyə minir

Kəngərli kəndinə daha 37 ailə yola salındı

Cahangir Hacıyevin xaricdəki milyonları: İngilis yeyə bilər, Qarabağın dirçəlişinə sərf oluna bilməz?

“Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib — FOTOLAR 

Bir türbə, bir ruh, bir millət: Seyid Yəhya Bakuvi və daxili ədəbiyyatımız – Adəm İsmayil Bakuvi

Azərbaycan siyasi elmlər doktorundan Fələstinə dərs

Qazaxda “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.