Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü böyük ehtiramla yad edilib

May 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə edir. Onun müdrik rəhbərliyi, uzaqgörən siyasəti və xalqına sonsuz sevgisi sayəsində Azərbaycan ən çətin zamanlardan layiqincə çıxıb, sabitlik və inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyev bütün mənalı həyatını doğma Vətənin inkişafına həsr edib, millətin xilaskarı kimi yaddaşlarda əbədi yer qazanıb. Ulu Öndərin xidmətləri Azərbaycan xalqı tərəfindən hər zaman yüksək dəyərləndirilir, onun əziz xatirəsi dərin ehtiramla yad olunur.

10 May! Təqvimdə bu tarixi gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. Artıq 22 ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. Hər il mayın 10-da ölkəmizdə Ümummilli Liderin doğum günü xüsusi hörmət və ehtiramla qeyd edilir. Ulu Öndərin çox zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır. Mayın 10-da xalqımız dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünü böyük ehtiramla qeyd edir, bu dahi insanla bağlı xatirələr bir daha dilə gəlir.

1923-cü il mayın 10-da Naxçıvanın ucqar kəndində sadə bir ailədə dünyaya gələn Ulu Öndər iradəsi, zəhməti və Vətənə sonsuz sevgisi ilə siyasət zirvələrinə yüksəlib. Naxçıvandan başlayan yol Kremlədək gedib çıxıb. Yüksək dövlət vəzifələrində çalışmasına baxmayaraq, Ulu Öndər dəbdəbədən uzaq, milli-mənəvi dəyərlərə bağlı, təvazökar bir həyat sürüb. Onun ömür-gün yoldaşı, görkəmli alim Zərifə xanım Əliyeva ilə birgə qurduğu ailə modeli sadəlik, vətənpərvərlik və mənəviyyat üzərində formalaşıb.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq çiyinlərində Azərbaycan Respublikasının bütün yükünü daşıyırdı. İşinin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı bəzi fotolar uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımın yanında, övladları İlham və Sevilin, gəlini Mehriban xanımın, nəvələri Leyla, Arzu və Heydərin əhatəsində görürük. Bu tarixi fotolar sanki dilə gələrək Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan danışır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən biri də Prezident İlham Əliyev kimi uzaqgörən, dövlətə və millətə sədaqətli bir Lider yetişdirməsidir. Ata və oğulun birlikdə çəkilmiş fotolarından birində onların yanaşı dayanaraq uzaq üfüqlərə baxdıqları an əbədiləşdirilib. Bu sadə, lakin mənalı görüntü sanki zamanın arxasından bugünkü modern, güclü və suverenliyini bərpa etmiş Azərbaycanın rəsmini çəkir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təməlləri üzərində Prezident İlham Əliyevin liderliyi ilə inşa edilən bu yeni Azərbaycan ulu bir irsin davamı və Zəfərlə taclanmış müstəqilliyin parlaq təcəssümüdür.

Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri idi. Bu xoşagəlməz vəziyyət Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçiləndən sonra dəyişməyə başladı, onun hakimiyyətə gəlişi ilə həyat ritmi də büsbütün dəyişdi.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən binalar tikildi, böyük yaşayış massivləri salındı, kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da yaxşılaşdı.

Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinin mərkəzində xalq dayanırdı. O, ölkənin bütün bölgələrinə mütəmadi səfərlər edir, zəhmət adamları ilə birbaşa təmasda olur, onların gündəlik həyatda üzləşdiyi problemləri şəxsən dinləyir və dərhal həll yolları axtarırdı. Görkəmli dövlət xadimi Heydər Əliyev üçün hər bir insanın fikri, zəhməti, qayğısı dəyərli idi. Aşağıda təqdim olunan fotolar bizi həmin unudulmaz illərə – Ulu Öndərin xalq arasında olduğu, onun hər kəslə bir ailə başçısı kimi maraqlandığı günlərə qaytarır. Bu fotoşəkillər təkcə tarixi sənəd deyil, həm də milli yaddaşımızın canlı parçasıdır.

Ümummilli Lider Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Özünün vəzifə səlahiyyətlərindən istifadə edərək, İttifaq əhəmiyyətli bəzi layihələri Bakıya yönəltdi. Coşqun fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı onu bütün ittifaq miqyasında məşhurlaşdırdı.

Ulu Öndər Heydər Əliyevin SSRİ miqyasında artan nüfuzu və nümunəvi dövlətçilik fəaliyyəti bəzi dairələrdə narahatlıq doğururdu. Xüsusilə də Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra Kreml rəhbərliyində Ulu Öndərə qarşı paxıllıq və qısqanclıq hissləri açıq şəkildə özünü büruzə verdi. Baş katiblə aralarındakı ciddi fikir ayrılığı nəticəsində Ulu Öndər Heydər Əliyev 1987-ci ildə tutduğu yüksək vəzifələrdən istefa verdi.

Lakin bu istefa onun siyasi fəaliyyətinin sonu deyil, yeni mərhələsinin başlanğıcı oldu. Doğma Vətənin başı üzərini qara buludlar alanda, milli fəlakətlər bir-birini əvəz edəndə xalqının çağırışına səs verərək Azərbaycana qayıtdı. Lakin o dövrdəki respublika rəhbərliyi Ulu Öndərin Bakıya dönməsindən narahat olaraq onun qarşısını kəsməyə çalışdı. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyev mübarizədən çəkilmədi və doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə dahi rəhbərin Naxçıvan həyatının bəzi məqamları əks olunub.

Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev bu bölgəni erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

Ötən əsrin 90-cı illərində respublikada xaos və anarxiya hökm sürürdü, müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Belə ağır bir dönəmdə xalq Ulu Öndəri köməyə çağırdı. 1993-cü il iyunun 9-da onu Bakıya gətirən təyyarə Binə Hava Limanına eniş etdi. Xalq öz xilaskarını böyük ümid və sevgi ilə qarşıladı.

1993-cü il, 15 iyun. Tariximizə Dirçəliş Günü kimi yazılan həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İki dövlət çevrilişi cəhdinin, bir çox təxribatların qarşısını alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi. Ulu Öndərin cəbhə bölgəsində əsgər və zabitlərlə görüşləri Ordumuzun döyüş ruhunu daha da artırdı.

1994-cü il sentyabrın 20-də Azərbaycanın sosial-iqtisadi inkişafının başlanğıc nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndərin digər mühüm layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər həmin tarixi günləri də özündə yaşadır. Hər bir görüntü Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsi prosesində Ulu Öndərin oynadığı həlledici rolu bir daha göz önünə gətirir.

Qarabağın düşmən tapdağından azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 il davam edən işğala 44 gündə son qoydu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin səmərəli nəticələridir.

Doğrudan da bu gün Ulu Öndərin ruhu şaddır. Onun illər boyu qurduğu möhkəm təməllər, düşünülmüş siyasət və milli həmrəylik sayəsində Azərbaycan öz tarixi ədalətini bərpa etdi. İllərlə düşmən tapdağında qalan yurd yerlərimiz azad olundu, torpaqlarımızın ərazi bütövlüyü təmin edildi. Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm prosesdə sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirirlər.

İşğaldan azad olunmuş bölgələrdə zəruri infrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri sürətlə inşa olunur, yenilərinin təməli qoyulur. Bu, Böyük Qayıdış prosesinin nə qədər planlı, strateji və davamlı xarakter daşıdığını göstərir. Artıq yüzlərlə ailə doğma yurda qayıdıb, növbəti üç ildə isə 140 min insanın həmin torpaqlara köçürülməsi planlaşdırılır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, bu torpaqlarda həyatın yenidən canlanması təkcə fiziki deyil, həm də mənəvi qayıdışın təntənəsidir. Bu möhtəşəm bərpa və inkişaf missiyasının təməlində isə Ulu Öndər Heydər Əliyevin ideyaları və milli inkişaf strategiyası dayanır. Azərbaycan tarixinin Ümummilli Lider Heydər Əliyev zirvəsi illər ötdükcə daha uca görünür, daha aydın dərk olunur.

Qürurla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət simvoluna və ziyarətgaha çevrilib. Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin abidəsi önündən keçərək onun əziz ruhu qarşısında baş əyir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Qazax rayonunda da silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ziyarət edənlər fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar. Mühazirələr oxunub, Ulu Öndərə həsr edilmiş filmlər təqdim edilib. Bundan əlavə, rayonda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə bağlı silsilə tədbirlər, kitab bayramı, idman yarışları, müsabiqələr keçirilib.

Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü böyük ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, sərhədçilər, polis əməkdaşları, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin ildönümü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərlə, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Əvvəlki Yazı

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Növbəti Yazı

Yaşar Gülər Azərbaycana gəlir

EKSKLUZİV

1205-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1205-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

12 İyun 2025 / 16:00
0
Meloni qızına koronaya qarşı peyvənd vurdurmayıb – Səbəb

Meloni qızına koronaya qarşı peyvənd vurdurmayıb – Səbəb

12 İyun 2025 / 15:47
0
İşsiz tibb işçilərinə şad xəbər

İşsiz tibb işçilərinə şad xəbər

12 İyun 2025 / 15:30
0
81 ailə Kəlbəcərə köçürüləcək

81 ailə Kəlbəcərə köçürüləcək

12 İyun 2025 / 15:15
0

XƏBƏR LENTİ

1205-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Meloni qızına koronaya qarşı peyvənd vurdurmayıb – Səbəb

İşsiz tibb işçilərinə şad xəbər

81 ailə Kəlbəcərə köçürüləcək

Azərbaycan XİN Rusiyanı təbrik edib

Gecə bu qaydanı pozanlar 10 min manat CƏRİMƏLƏNƏCƏK

Dövlət Xidməti 75 çimərliyə nəzarət edir

Şəmistan Əlizamanlı Türkiyədə filmə çəkiləcək

Prezident sərəncam imzaladı

İran türklərə də məxsusdur… – Pezeşkian

Bakıda uşaq bağçasında meyit tapıldı

FHN çimərlik mövsümünə hazırlıqla bağlı media-tur təşkil edib

Sabah hava necə olacaq?

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

Qızılın qiyməti tarixi maksimumu yenilədi

Rubio rusları təbrik etdi

Prezident onlara müraciət etdi

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

UEFA “6 saniyə” qaydasını yeniləyib

Azərbaycan Prezidenti Putini Rusiya Günü münasibətilə təbrik edib

Vilayət Eyvazov sıra baxışı keçirib

Qazax böyük bir tikinti meydançasını xatırladır

Sabiq gömrük generalından 30 milyonluq dələduzluq

Vuçiç bu gün Ukraynaya gəlir – İlk dəfə

Medvedyevin müharibədən qazancı şok etdi

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər – VİDEO

Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon manat ayrılıb

Sabah 12 kənd və 1 qəsəbədə qaz olmayacaq

Avropa Şurasının baş katibi İrəvana gəlir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.