Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Gözəllik salonlarında gəzən ölüm

May 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Ölkədə özəllik salonlarının sayı durmadan artır. İndi demək olar ki, hər addımbaşı qadın gözəllik salonlarına rast gəlmək olar. Təbii ki, təklifin bu qədər genişlənməsinə səbəb tələbin həddindən artıq çox olmasıdır. Gözəlləşmək, təravətlənmək üçün gözəllik salonuna üz tutanların sayı kifayət qədərdir. Gözəllik qurban tələb edir, bir çoxları bu qurbanın sadəcə salonlara verdikləri pullar olduğunu düşünsə də, əslində daha çox öz sağlamlıqlarını qurban verirlər. Çünki gözəllik salonları bir çox hallarda xəstəlik yuvasına çevrilir. Xüsusən bölgələrdə gözəllik salonlarının heç də hamısında sanitar qaydalar gözlənilmir. Bu məsələ Tovuz rayonundakı gözəllik salonunda xüsusilə bərbad haldadır. Məsələn, gün ərzində onlarla müştərinin saçını qurutmaq üçün eyni dəsmaldan istifadə edilir. Makiyaj vasitələri, məsələn, fırçalar, nəqqaşlar, müxtəlif alətlər aylarla istifadə edilir. Bütün bunlar müxtəlif dəri xəstəliklərinin, dəmirovun yayılması üçün əsl münbit şərait yaradır. Eyni saç daraqlarının dəfələrlə istifadə edilməsi isə pedikulez, başqa sözlə bitlərin ötürülməsinə səbəb ola bilər.

Xəstəliklərin yayılmasına ən böyük “töhfə”ni isə manikür və pedikür alətləri verir. İnfeksiyanın bir insandan digərinə keçməsi üçün iynənin ucunda və ya manikür qayçısında qalmış cüzi qan damcısı kifayətdir. Əvvəlki müştəri xəstədirsə, bu halda həmin xəstəlik növbəti şəxsə də yoluxacaq. Eyni zamanda tatuaj, qulaq deşilməsi, pilinq və digər kosmetoloji prosedurlar zamanı da ləkələrin ağardılması, piqment ləkələrinin aradan qaldırılması, varikoz genişlənmənin qarşısının alınması, qırışların aradan götürülməsi, mezoterapiya, pilinq, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası kimi, əsasən, qanla aparılan prosedurlar Hepatit B və C kimi təhlükəli xəstəliklərin yoluxmasına təkan verir. Sterilizasiya şərtlərinə də nəzər yetirsək, prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Hazırda salonlarda adi qaynama vasitələrindən və üzərində “sterilizer” sözü yazılan alətdən istifadə edilir. Halbuki bunlar virus infeksiyalarını məhv etmək üçün yetərli deyil. Mütəxəssislərin fikrincə, ilk növbədə, qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə, peşəkarlıq məsələsinə diqqət etmək lazımdır. Bu günədək dəfələrlə belə təkliflər səslənib ki, adı çəkilən xidmətləri göstərmək üçün peşəkar mütəxəssislərə və Səhiyyə Nazirliyindən alınan müvafiq sertifikatlara ehtiyac var.

Spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120-350 manatdır. Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur. Həkim-kosmetoloqlar bildirir ki, bu qurğulardan isə əksər gözəllik salonlarında olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra eləmək düzgün deyil: “Xüsusilə qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə aləm bir-birinə dəyir, salonun hər yerində saç, dırnaq, tük tapmaq mümkündür. Nəinki qanla əlaqəli prosedurlar, hətta dəridə aparılan “təmizləmə” belə, gözəllik salonlarında edilməməlidir. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun. Adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil. Ya da alətləri mikrodalğalı sobada 280 dərəcədə qoyub, deyirlər ki, mikroblar ölür. Bu cür obyektlərə mərkəz işçilərinin yolunun düşməməsi, monitorinq üçün gəldikdə isə bir miqdar pulu ciblərinə qoyub, gözlərini yumub qayıtmaları özünə qulluq arzusu ilə bu salonlara yollananların sağlamlığı ilə oynayır.

Əvvəlki Yazı

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Növbəti Yazı

“ALIVE-HAYDAR” və “SkyBee” layihələri dünya arenasına çıxır

EKSKLUZİV

Paşinyan Türkiyədə işgüzar səfərdədir

Paşinyan Türkiyədə işgüzar səfərdədir

20 İyun 2025 / 14:14
0
Ermənilər daha bir mahnımızı oğurladılar – Video

Ermənilər daha bir mahnımızı oğurladılar – Video

20 İyun 2025 / 14:00
0
Netanyahu “Hitler deliryum”undan əziyyət çəkir – Maduro

Netanyahu “Hitler deliryum”undan əziyyət çəkir – Maduro

20 İyun 2025 / 13:45
0
10 sığorta agentinin lisenziyası ləğv edildi

10 sığorta agentinin lisenziyası ləğv edildi

20 İyun 2025 / 13:30
0

XƏBƏR LENTİ

Paşinyan Türkiyədə işgüzar səfərdədir

Ermənilər daha bir mahnımızı oğurladılar – Video

Netanyahu “Hitler deliryum”undan əziyyət çəkir – Maduro

10 sığorta agentinin lisenziyası ləğv edildi

Pezeşkian: İran həmişə sülh və sabitlik axtarışında olub

Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq

Paşinyan Türkiyəyə yola düşdü

Qubadlıda sümük qalıqları aşkarlandı

Özbəkistan Prezidenti Azərbaycana səfərə hazırlaşır

Avstraliya Azərbaycana təşəkkür etdi

Sabahın havası açıqlanıb

Dünən bank kartlarından 24 min manat oğurlanıb

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

İyunun 25-də şəhid Mübariz Xankişiyevin döyüş yolunu əks etdirən sənədli filmin təqdimatı keçiriləcək

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

İsrail rəsmən elan etdi: Xameneini öldürəcəyik!

İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək

Tramp “başdanxarab” dediyi Karlsonu təriflədi

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Araqçi Türkiyəyə gedir

Sabahın hava proqnozu açıqlanıb

Ermənistan 4,3 milyon avroya səfirlik binası aldı

Yeni Zelandiya İrana sanksiya tətbiq etdi

Putin dedi ki, İsrail Rusiyaya söz verib… – Peskov

Bu çimərliklərə getməyin!

İranda internet tamamilə kəsildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.