Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

İyun 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın və qeyri-neft sektorunun inkişafına böyük dəstək verdiyi, dövlətimiz tərəfindən sahibkarlara hər zaman qayğı ilə yanaşıldığı məlum reallıqlardan biridir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə sahibkarlıq sürətlə inkişaf etməkdə, habelə, qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payı dinamik şəkildə artmaqdadır. Lakin təəssüflər olsun ki, ölkəmizdə dövlətimizin sahibkarlara yaratdığı bu imkandan sui-istifadə edən, sahibkar adına yaraşmayan qanunsuz əməllərə yol verənlərdə mövcuddur ki, bunlardan da biri Oqtay Əliyevdir.

Oqtay Əliyev qaragüruhçu kütlədən öz məqsədləri üçün necə istifadə edir? – Gədəbəy nümunəsi!

Oqtay Əliyevə məxsus qazanc üsullarından biri də onu ifşa edən, törətdiyi qanunsuzluqları gün işığına çıxaran və ya ona mane olan şəxsləri ətrafındakı qaragüruhçu kütlə, “şəhid ailəsi”, “qazi” adı altında gözdən salmaq, özünün haqlı olması ilə bağlı ictimai rəy formalaşdırmaq cəhdididr. Bu, Oqtay Əliyevlə Gədəbəy Rayon İcra Hakimiyyəti arasında yaşanan gərginlikdə özünü bir daha göstərdi. İnşa etdiyi qanunsuz tikintinin məhkəmə qərarı əsasında sökülməsinə etiraz edən Oqtay “mətbuat konfransları” təşkil edərək bura “hüquqları pozulan sahibkarlar” qismində yaxın adamlarını dəvət edib, icra hakimiyyətini gözdən salmağa çalışırdılar. Həmin vaxt Oqtay Əliyevlə bağlı məlumat yayan Gədəbəy Rayon İcra Hakimiyyəti onun qanunsuz əməllərini aşağıdakı açıqlama ilə ifşa etmişdir: “İndiyədək bəzi KİV-lərin səhifələrində rayon rəhbərliyi barədə dəfələrlə əsassız, böhtan və təxribat xarakterli iddialar irəli sürən Oqtay Əliyev oktyabrın 28-də öz iddialarını Bakıda keçirdiyi mətbuat konfransında bir daha səsləndirib. Guya ona məxsus obyektin qanunsuz olaraq sökülməsini və icra hakimiyyətinin məsul şəxslərinin ondan rüşvət tələb etdiyini iddia edib.

Bakı şəhər sakini, özünü sahibkar kimi təqdim edən Əliyev Oqtay İbrahim oğlu Gədəbəy rayon Meşə Mühafizə və Bərpası Müəssisəsinin Qalakənd meşəçiliyinin 21 və 22-ci kvartallarında ərazi icarəyə götürüb. Həmin icarə müqaviləsində ancaq yüngül konstruksiyalardan müvəqqəti obyektin tikintisinə icazə verildiyi halda bu şəxs heç bir rəsmi icazə olmadan, Nazirlər Kabinetinin 30 oktyabr, 1998-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrində elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatlarının ehtiyacları üçün istifadə qaydaları”nın 3-cü bəndinin tələblərini kobud şəkildə pozaraq və ərazinin flora-faunasını məhv edərək əsaslı tikinti işləri aparıb”. (https://teref.az/hadise/11414-gedebey-rayon-cra-hakimiyyeti-oqtay-eliyev-bohtan-atir.html )

Qondarma sahibkar Oqtay Əliyevə “iş adamı” adı niyə lazımdır və o, bu adla necə pul qazanır?

Oqtay Əliyevin “sahibkar” qılafı altında gizlənməsində məqsəd bu ad altında pərdələnmək, özünü cəmiyyətə, eləcə də dövlət qurumları və sahibkarlara daha ciddi bir şəxs kimi təqdim etməkdir. Məhz bu cür təqdimat Oqtay Əliyevə digər sahibkarlar və ya dövlət qurumları ilə etibarlı şəxs qismində münasibət qurmağa imkan verir. Bu yolla özünü qarşı tərəfə ciddi iş adamı kimi sırıyan Oqtay Əliyev, həmin qurum və ya şəxslərlə əməkdaşlıq haqqında müqavilələ imzalayır, üzərinə konkret öhdəliklər götürür. Əsl tamaşa da bundan sonra başlayır. Müqavilə əsasında hansısa müəssisə və ya obyekti icarəyə götürən Oqtay Əliyev həmin müəssisə və obyektdən pul qazansa da, üzərinə götürdüyü vacib mübahisəsiz hüquqi öhdəlikləri icra etmir, icarə pulunu ödəməkdən, habelə digər hüquqi öhdəliklərini yerinə yetirməkdən imtina edir. Belə olan halda iş məhkəməyə düşür ki, bu da Oqtay Əliyevə prosesi mümkün qədər uzatmağa, aylarla, bəzi hallarda isə illərlə davam edən məhkəmə çəkişmələri hesabına vaxt qazanmağa imkan verir. Bu müddət ərzində isə “iş adamı” icarəyə götürdüyü müəssisədən qeyri-qanuni  külli miqdarda  qanunsuz qazanc əldə edir, vergidən yayınır, həqiqi sahibkarların hüquqlarını pozur.

Sahibkar büdcəsi ilə yanaşı, dövlət büdcəsinə vurulan zərbə…

Oqtay Əliyevin müxtəlif sahibkarlara məxsus hazır obyektlərə icarədar adı ilə əl qoyması və sonrakı mərhələdə onları aldatması həqiqi sahibkarları  müflis etməklə yanaşı, dövlət büdcəsinə də zərbə vurur. Belə ki, Oqtay Əliyev əldə etdiyi qazancdan dövlət bücəsinə ya ümumiyyətlə heç bir vəsait ödəmir, ya da bu vəsaitin miqdarı əslində olması gərəkəndən bir neçə dəfə az olur. Başqa sözlə desək, qondarma “iş adamı” əsl sahibkarlarla yanaşı, dövlət büdcəsinə də “atır”, dövlətin qanuni vergisini verməkdən həmişə yayınır. Bununla da, dövlət qanunlarını saymadan, “reketlik”  yolu ilə dövlət büdcəsinə məqsədli şəkildə ziyan vurur.

Məlumat üçün qeyd edək ki, hazırda Oqtay Əliyevin bir sıra sahibkar və dövlət qurumları ilə məhkəmə çəkişmələri mövcud olsa da, qondarma sahibkar hələ də öz layiqli cəzasını almayıb və cəzasızlığından istifadə edərək yeni sahibkarlar “ovlamaqda” davam edir. Onu da qeyd edək ki, Oqtay Əliyevin qardaşı cari ilin fevral ayında  Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələrində təqsirli bilinərək 7 il altı ay müddətinə azadlıqdan məhrum edilib. Görünən odur ki, hazırda onun bütün bu işlərini azadlıqdakı qardaşı Oqtay Əliyev davam etdirir.

Növbəti yazılarımızda:

Oqtay Əliyevin son bir ildə qanunsuz olaraq ələ keçirdiyi obyektlər hansılardır?

Oqtay Əliyev öz qurbanlarını ovsulamaq üçün hansı üsulalrdan və kimlərin adından istifadə edir?

Əvvəlki Yazı

İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

Növbəti Yazı

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

EKSKLUZİV

1205-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1205-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

12 İyun 2025 / 16:00
0
Meloni qızına koronaya qarşı peyvənd vurdurmayıb – Səbəb

Meloni qızına koronaya qarşı peyvənd vurdurmayıb – Səbəb

12 İyun 2025 / 15:47
0
İşsiz tibb işçilərinə şad xəbər

İşsiz tibb işçilərinə şad xəbər

12 İyun 2025 / 15:30
0
81 ailə Kəlbəcərə köçürüləcək

81 ailə Kəlbəcərə köçürüləcək

12 İyun 2025 / 15:15
0

XƏBƏR LENTİ

1205-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Meloni qızına koronaya qarşı peyvənd vurdurmayıb – Səbəb

İşsiz tibb işçilərinə şad xəbər

81 ailə Kəlbəcərə köçürüləcək

Azərbaycan XİN Rusiyanı təbrik edib

Gecə bu qaydanı pozanlar 10 min manat CƏRİMƏLƏNƏCƏK

Dövlət Xidməti 75 çimərliyə nəzarət edir

Şəmistan Əlizamanlı Türkiyədə filmə çəkiləcək

Prezident sərəncam imzaladı

İran türklərə də məxsusdur… – Pezeşkian

Bakıda uşaq bağçasında meyit tapıldı

FHN çimərlik mövsümünə hazırlıqla bağlı media-tur təşkil edib

Sabah hava necə olacaq?

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

Qızılın qiyməti tarixi maksimumu yenilədi

Rubio rusları təbrik etdi

Prezident onlara müraciət etdi

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

UEFA “6 saniyə” qaydasını yeniləyib

Azərbaycan Prezidenti Putini Rusiya Günü münasibətilə təbrik edib

Vilayət Eyvazov sıra baxışı keçirib

Qazax böyük bir tikinti meydançasını xatırladır

Sabiq gömrük generalından 30 milyonluq dələduzluq

Vuçiç bu gün Ukraynaya gəlir – İlk dəfə

Medvedyevin müharibədən qazancı şok etdi

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər – VİDEO

Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon manat ayrılıb

Sabah 12 kənd və 1 qəsəbədə qaz olmayacaq

Avropa Şurasının baş katibi İrəvana gəlir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.