Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki…

İyun 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?  – VİDEO+FOTO FAKT

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy:  “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy: “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO

07 İyul 25 / 13:01
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52

Kərimova Fəxrəndə Yeni Klinikanın neyrocərrahı Azad Məlikovdan şikayətçidir. O, aprel ayında əməliyyat olunub. Anxeber.az a danışan F. Kərimova əvvəlcə bildirib ki, sözügedən dövlət xəstəxanası olsa da, həkimə 300 manat verib. Onun sözlərinə görə, bu əməliyyatdan sonra o, pis vəziyyətə düşüb:

“Aprel ayının 3-də əlimdə MRT-nin diski ilə getdim həkim Azad Məlikovun qəbuluna. Bu adam diskə baxıb bildirdi ki, üç fərqli ölçüdə – yəni 8 yarım, 5, 4 yarım millimetr ölçüdə yırtıq, həmçinin kanal darlığı var. Bizə dedi ki, bu, heç nədir mənim əlimdə. Onu da deyim ki, mən həm də açıq ürək əməliyyatı olmuşam, 4 ədəd stendi olan və şəkər xəstəsi biriyəm. Aprelin 4-də məni əməliyyat elədi. Əməliyyatdan sonra 2 gün məni orada saxladı və sonra evə buraxdı.

Evə gəldikdən 5 gün sonra sarğımı dəyişmək üçün yenidən yanına getdim. Mənə bildirdi ki, belin nəmlənir, heç nə olmaz, çıx get rayona, nəsə fəsad olsa əlaqə saxlayarsan. Mən ehtiyat etdiyim üçün Bakıda qaldım. Qonşudakı tibb bacısı sarğımı dəyişdi. 5-ci gün idi ki, gecə saat 1-də yaramdan güclü maye axdı. Bu maye də ilik idi. Gecə saat 2-də halım dəyişdi, təzyiqim 120-yə qalxdı və heç cür aşağı sala bilmədik. Məni təcili Yeni Klinikanın təcili yardımına apardılar. Orada da təzyiqimi endirə bilmədilər”.
Şikayətçi qeyd edib ki,
A. Məlikova dəfələrlə zəng etsək də, telefonu açmadı: ” İşçiləri zəng edəndən sonra bildirib ki, gecə vaxtı onu niyə narahat edirik. Həmçinin deyib ki, ölür, ölsün də, mən nə edim?!”

Şikayətçi bildirib ki, həkim onu ikinci dəfə əməliyyat etdikdən sonra sərbəst gəzməyində də problem yaranıb:

“Səhər həkimin qəbulunda oldum. Mənə baxdı və xəstəxanaya yatış verdi. Yanımda olan qohumlarım niyə belə olduğumu soruşdu. Mənim kimi 60 yaşlı qadının yanında qohumuma alçaldıcı sözlər dedi telefonda, təhqir elədi onları.
Belimdən axan mayenin qarşısını almaq üçün məni səhər tezdən təkrar əməliyyata saldı. Mən artıq meningit olmaq üzrə idim.
Əməliyyat günü mənə bildirdi ki, narkoz verə bilməz, çünki ürək problemim var. Əməliyyat otağında həkim fırlanır, anestezioloqlar isə üzümə deyirdi ki, bu cür ilik axması ilə iki gün ömrün qalıb. Tələb etdilər ki, oğlum yazılı surətdə razılıq versin ki, hər an ölüm halı ola bilər. Dedilər ki, əməliyyat olsa da, olmasa da, nəticəsi ölümdür. Sadəcə əməliyyat olsa, 10-15 gün artıq yaşaya bilərəm.
Oğlum da bildirdi ki, biz yox, həkim özü qol çəksin. Buna baxmayaraq, həkim A. Məlikov təhqir etdi və “hara şikayət edirsiniz edin” dedi. Oğlum məcbur olub imzaladı.

Axır ki, məni əməliyyat etdi və 4-5 gün sonra evə buraxdı. Bu müddət ərzində gördüm ki, artıq şikəst vəziyyətdəyəm. Həkimə bildirdik, o isə mənə yalnız dərmanlar yazdı. Neçə ay dərman içdim, amma yaxşılaşmadım. Evin içində yalnız çəliklə gəzə bilirəm. Ağrılar o qədər şiddətli olur ki, qışqırığıma bütün qonşular gəlir. Nə qədər keyləşdirici vursam da, təsiri olmur.
Yenidən həkimin qəbulunda oldum. Yoxlamadan sonra bildirdi ki, 27 mm yırtıq əmələ gəlib. Halbuki əməliyyatdan əvvəl yırtıq 8 yarım mm idi. Əməliyyatdan çıxandan sonra da ondan soruşmuşdum ki, yırtıqları bağladınız? Mənə “nə var eləmişəm də” dedi. İndi bu vəziyyətə düşəndən sonra deyir ki, mən yırtıqlara əl vurmamışam. Kanal darlığını əməliyyat etmişəm”.
Şikayətçi söyləyib ki,
A. Məlikov onu şikəst  qoyub: “İndi özəl klinikalara da müraciət etmişik, 13-14 min manat pul istəyirlər ki, yenidən onurğa yığılsın.
Məni bu vəziyyətə Azad həkim salıb, məni şikəst qoyub. Deyirəm, məni bu hala salmısınız, heç olmasa kömək edin. Mənə deyir, əliniz hara çatır, gedin ora. Mənim bu vəziyyətə düşməyim həkimi narahat belə etmir”.

Anxeber.az

Əvvəlki Yazı

1205-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Növbəti Yazı

Paşa Yaqub: Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsində riyazi qanunauyğunluq var – MARAQLI CƏDVƏL

EKSKLUZİV

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

08 İyul 2025 / 17:09
0
PKK silahları təhvil verir – Dəqiq tarix…

PKK silahları təhvil verir – Dəqiq tarix…

08 İyul 2025 / 16:22
0
Pensiya alanların nəzərinə: 3 gündən sonra…

Pensiya alanların nəzərinə: 3 gündən sonra…

08 İyul 2025 / 16:00
0
Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

08 İyul 2025 / 15:44
0

XƏBƏR LENTİ

Suçiçəyinə yoluxma sayı artıb – RƏSMİ

PKK silahları təhvil verir – Dəqiq tarix…

Pensiya alanların nəzərinə: 3 gündən sonra…

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Baş nazirdən yeni qərar: Uçuş qaydaları…

17 nəfəri ilan sancıb

Qırmızı attestat alanların sayı açıqlandı

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

Kəmaləddin Heydərovla Rusiya FHN-in rəhbəri arasında ikitərəfli görüş olub

Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi

“Qaz təchizatı haqqında” yeni qanun layihəsi qəbul edildi

Sabah bəzi yerlərdə yağış yağacaq

Qarabağa getmək istəyənlərə şad xəbər: Müddət artırıldı!

Naxçıvan Konstitusiyasına dəyişiklikləri qəbul edildi

Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq

Çin İrana raket kompleksləri göndərdi

DYP motosiklet və skuter sürücülərinə çağırış edib

“Polis haqqında” qanuna dəyişiklik qəbul edilib

Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilər

Bu tarixdən temperatur YÜKSƏLƏCƏK

Milli Məclisin iclası başladı

“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə genefondumuzun qorunması baxımından həyati əhəmiyyətə malikdir”

ADY qatarları yay qrafikinə keçir

Bu mübarizəyə şəxsən rəhbərlik edəcəyəm – Paşinyan

ÇL: I təsnifat mərhələsi başlayır

Azərbaycan nefti bahalaşıb

TKTA vaxtdan əvvəl sistemi bağladı: Tələbələr qismən tanınma müraciətindən məhrum oldu – FOTOFAKT

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.