Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

İyun 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Təqdirəlayiq haldır ki, bu gün ölkəmizdə dövlətimiz tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilir. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minmişdir. Eyni zamanda, talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinə start verilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ölkəmizin bütün bölgələrində mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur.

İyunun 17-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxs, Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə talassemiyadan əziyyət çəkən uşaqlara və qana ehtiyacı olan digər xəstələrə dəstək olmaq məqsədilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib.

Qazax Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Respublika Qan Bankının həkim-hematoloqu Aynurə Niftullayeva, Respublika Qan Bankının Gəncə bölməsinin həkim hematoloqu Solmaz Zeynalova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aksiyanın keçirildiyi Qazax Rayon Mərkəzi Xəstəxanasına gəlib və qan verib.

Rayon rəhbərliyi Respublika Qan Bankının Gəncə bölməsinin əməkdaşları ilə görüşüb, səmimi ürək sözlərini çatdırıb, Qazaxda təşkil olunan qanvermə aksiyasına görə razılığını ifadə edib.

Respublika Qan Bankının Gəncə bölməsinin əməkdaşları qan donorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Qan Bankının Gəncə bölməsinin əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.

Aksiya çərçivəsində qan vermək üçün xəstəxanaya 500 nəfərdən çox könüllü müraciət edib ki, onların 128 nəfərindən qan götürülüb.

 

 

 

Əvvəlki Yazı

“15 iyun zəfərimizə aparan yol idi”

Növbəti Yazı

Adil Vəliyev neft borusu üzərində market tikdirdi

EKSKLUZİV

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

30 İyul 2025 / 14:30
0
Rusiya DİN Şıxlinskini axtarışa verdi – Foto

Rusiya DİN Şıxlinskini axtarışa verdi – Foto

30 İyul 2025 / 14:14
0
“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

30 İyul 2025 / 14:00
0
Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb – SƏRƏNCAM

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb – SƏRƏNCAM

30 İyul 2025 / 13:52
0

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Rusiya DİN Şıxlinskini axtarışa verdi – Foto

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb – SƏRƏNCAM

Sunami Kaliforniya sahillərinə çatdı

Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayır

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Yaponiyada sunami təhlükəsi: Fukuşima AES boşaldıldı

Trampdan ukraynalılara şad xəbər: müharibə bitənə qədər

Xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb

Sabahın hava proqnozu

Nazirlikdən üzərliklə bağlı – Xəbərdarlıq

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Cəbrayıla növbəti köç karvanı yola salınıb 

DYP sürücülərə qayda pozuntuları ilə bağlı müraciət edib – VİDEO

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

Bakıda bu yol bağlanacaq

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Sabah 41 dərəcə isti olacaq

Niderland İsrailin iki nazirinə ölkəyə giriş qadağası qoydu

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

DİM-dən DTX-nİn əməliyyatı ilə bağlı açıqlama

Daha 125 tələbə xaricdə dövlət hesabına oxuyacaq

Tramp bunu bizə diktə edə bilməz – Medvedyev

DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.