Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

İyun 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

19 İyun 25 / 11:23
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00

Xəbər verdiyimiz kimi, iyunun 13-də Vəhdət Partiyası növbədənkənar qurultay keçirərək, təşkilatda rəhbərlik dəyişikliyi həyata keçirib. Partiyaya uzunmüddətli sədrlik edən Tahir Kərimli vəzifəsindən istefa verib və onun yerinə sədr müavini Adəm İsmayıl Bakuvi seçilib. Bu dəyişiklik isə ictimai və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olub. Onu da bildirək ki, yeni sədrin şəxsi və peşəkar fəaliyyəti mediada geniş yer alıb.  Son dövrlərdə politoloq, publisist, yazıçı və elmlər doktoru kimi tanınan A.İsmayılov 3 monoqrafiyanın, 20-yə yaxın elmi məqalənin və bir neçə romanın müəllifidir. Lakin onun fəaliyyəti yalnız akademik və publisistik sahələrlə məhdudlaşmır.  Vəhdət Partiyasının yeni sədri ilə bağlı bir çox iddialar və qalmaqallar var ki, bunların başında da onun ad dəyişməsi gəlir. Belə ki, bu gün Adəm Bakuvi kimi cəmiyyətə tanıtdırılan şəxsin gerçək adı Aydəm İsmayılovur. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar isə daha ilginc məqamları ortaya çıxarır.
“Akula” Akif və Eldar Mahmudovla eyni çetedə
Keçmiş MTN-nin iş adamlarımızın başına gətirdiyi bütün oyunların içindən bu adam çıxır. Banklardan milyonlarla dollar alıb qaytarmaması məhkəmələr tərəfindən təsbit olunmasına, aldatdığı bir çox iş adamının ölkə rəhbərindən tutmuş hüquq mühafizə orqanlarına qədər müxtəlif instansiyalara müraciətlərinə, problemlərini mətbuat orqanlarında ictimailəşdirməsinə baxmayaraq, Aydəm İsmayılova “gözün üstə qaşın var” deyən olmayıb. Aydəm İsmayılov öz “mühafizə çətiri”ni yanında gəzdirmək üçün Eldar Mahmudovun “piyalə yoldaşı” “Akula” Akifə uzun müddət idarə etdiyi “Arena” ASC-də pulsuz ofis verir: “Arena” ASC-nin binasında yerləşən “EMPORİUM” oteldəki 101 saylı otaq Akula Akifin istifadəsində olmuşdur. Həmin otağın arxa tərəfə çıxışı olduğu üçün təhlükəsiz hesab edildiyindən, Aydəm İsamyılov və Akula Akif məhz bu otağı öz istifadələrində saxlamış, bütün görüşlərini burada keçirmiş və iş adamlarının başına birgə corab hörmüşlər.
Xoşagəlməz dedi-qodulara yol açan belə məlumatlardan biri iş adamı, MTK sədri N.Sadıqovun dövlət başçısına ünvanladığı və mətbuat orqanlarında dərc olunan müraciətidir. Həmin müraciətdə deyilir: “2010 cu ilin avqust ayında Bakı şəhəri Heydər Əliyev Prospekti 105, 195-ci məhəllədə 12 mərtəbəli binanın tikintisinə başladım. Aydəm İsmayılov bildirdi ki, Heydər Əliyev prospektində yuxarının razılığı olmadan heç kəs tikinti tikə bilməz. Aydəm İsmayılov bizdən tələb etdi ki, Mənzil Tikinti Kooperativinin 10 faizini Prezident Aparatının məsul şəxsinə, 20 faizini isə özü ilə yanaşı hörmətli generallardan birinə verilməlidir. Aydəmin dediyinə görə, həmin şəxslər dövlət adamları olduğu üçün şirkət payları onların adına olmaz və onların şəxsi nümayəndəsi kimi şirkətin 30 faizini öz adına, yəni Aydəmin adına sənədləşməsini bizdən tələb etdi”.
Ramiz Mehdiyevin çətiri altında
İsmayılov Mahmudovu itirdikdən sonra Mehdiyevə sığınıb. Cumhuriyyet.az olaraq dövri mətbuatda apardığımız qısa araşdırmalar onun “Green Park Azərbaycan” MMC-yə rəhbərlik etdiyini və keçmişdə Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə seçildiyini üzə çıxarıb. 2017-ci ildə A.İsmayılovun tikinti şirkəti “A-3 Sənaye Tikinti Korporasiyası” MMC Yasamal rayon Mətbuat prospekti “Ovçular evi” ərazisində 54 ağacı qanunsuz kəsməsi ilə prezidentin qəzəbinə tuş gəlib. Aparılan araşdırmadan sonra yaşıllığı məhv etdiyinə görə, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs edilmişdi. “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin direktoru Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova idi. Lakin o zaman Mehdiyev heç cür kömək edə bilməyib, İsmayılovu qoruya bilməyib. Mediada tirajlanan iddialara görə, A.İsmayılov R.Mehdiyevə xoş gəlmək üçün “Tri Korono”dakı binalardan ev bağışlayıb. Həmin mənzil həbsdən yeni çıxan Mehdiyevin kürəkəni İlham Əliyevin yaxınlarının birinin adına rəsmiləşdirilib.

Bu fonda isə Aydəm İsmayılovun siyasi partiya rəhbərliyinə gətirilməsi cəmiyyətdə ciddi suallar doğurur. A.İsmayılov sədr seçildiyi qurultaydakı çıxışında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə xüsusi şəkildə təriflər yağdırsa da bəzi siyasi şərhçilər bu təyinatı “boz kardinal” Ramiz Mehdiyevin siyasi nüfuzunu bərpa etmək cəhdi kimi qiymətləndirirlər. Yəni Vəhdət Partiyasındakı son dəyişikliklər sadəcə struktur dəyişikliyi deyil, eyni zamanda ölkə siyasətində köhnə nüfuz dairələrinin yenidən aktivləşməsi kimi də təhlil olunur. Sözügedən məsələdə Tahir Kərimlinin yerinə Ramiz Mehdiyevin adamının gətirilməsi isə adıçəkilən iddiaları genişləndirir.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki Yazı

Rusiyada iki hava limanı bağlandı

Növbəti Yazı

Həsən Mirzəyev – Qərbi Azərbaycan həqiqətlərinin ən böyük ədəbi təbliğatçısı!

EKSKLUZİV

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

19 İyun 2025 / 16:16
0
Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

19 İyun 2025 / 16:00
0
Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

19 İyun 2025 / 15:47
2
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

19 İyun 2025 / 15:44
0

XƏBƏR LENTİ

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

İsrail rəsmən elan etdi: Xameneini öldürəcəyik!

İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək

Tramp “başdanxarab” dediyi Karlsonu təriflədi

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Araqçi Türkiyəyə gedir

Sabahın hava proqnozu açıqlanıb

Ermənistan 4,3 milyon avroya səfirlik binası aldı

Yeni Zelandiya İrana sanksiya tətbiq etdi

Putin dedi ki, İsrail Rusiyaya söz verib… – Peskov

Bu çimərliklərə getməyin!

İranda internet tamamilə kəsildi

İsrail xüsusi təyinatlıları İrana girəcək – Axios

Tehranda hökumət binalarını vuracağıq! – Katz

Pezeşkian xalqa müraciət etdi

Yeni komissiya yaradıldı – SƏRƏNCAM

Bəzi ərazilərdə qaz olmayacaq

Prezident İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul edib

Həsən Mirzəyev – Qərbi Azərbaycan həqiqətlərinin ən böyük ədəbi təbliğatçısı!

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Rusiyada iki hava limanı bağlandı

İsrailə davamlı hücum edəcəyik – İran

Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Vaqif Abdullayevin “IDEA-dan başladı” adlı kitabı ÇAP OLUNDU

Adil Vəliyev neft borusu üzərində market tikdirdi

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.