Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi

İyun 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Cumhuriyyet.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

“Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Azərbaycanda kazino oyunlarının virtual formada həyata keçirilməsinə icazə verilməyəcək.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə edilir.

Sənəddə qeyd olunub ki, kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsi ilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

Kazino oyunları “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarının təşkilatçısı) tərəfindən təşkil edililəcək.

Bundan başqa, kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə veriləcək.

Vurğulanır ki, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bildirilib ki, kazino oyunlarının təşkilatçısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə bilər.

Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirəcək.

Əlavə edilib ki, kazino oyunlarının təşkilatçısı və operatoru “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların, bu qanunun 8-2.5-ci maddəsi ilə müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və “Lisenziyalar və icazələr haqqında” qanunun 19.8-1-ci maddəsinə uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenzivanın davandırılması və va ləğvi üçün əsasdır.

Yaşı 21-dən az olan şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Həmçinin “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.

Sənədə əsasən, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək.

Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında” Qanuna təklif edilən digər dəyişiklikdə isə Azərbaycanda süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsinə icazə veriləcək.

Sənəddə qeyd olunub ki, Azərbaycanda kazino oyunları bu qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. “Lotereyalar haqqında” Qanun ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Qanun ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmur.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul olunub.

Əvvəlki Yazı

Mirzoyan Kallasla danışdı: Bakı ilə münasibət…

Növbəti Yazı

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

EKSKLUZİV

Qazaxda Gənclər düşərgəsinin açılışı olub – FOTOLAR

Qazaxda Gənclər düşərgəsinin açılışı olub – FOTOLAR

30 İyul 2025 / 23:13
6
Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

30 İyul 2025 / 16:30
0
Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

30 İyul 2025 / 16:16
0
Qabil Məmmədova qiyabi hökm oxundu

Qabil Məmmədova qiyabi hökm oxundu

30 İyul 2025 / 16:00
2

XƏBƏR LENTİ

Qazaxda Gənclər düşərgəsinin açılışı olub – FOTOLAR

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Qabil Məmmədova qiyabi hökm oxundu

Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

İstilik təchizatı xidməti bahalaşdı

Dünyada iki yeni fəsil yarandı: Alimlər xəbərdarlıq etdi

Rusiya və Çin Sakit okeanda hərbi təlimlərə başlayır

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb 

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Rusiya DİN Şıxlinskini axtarışa verdi – Foto

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb – SƏRƏNCAM

Sunami Kaliforniya sahillərinə çatdı

Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayır

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Yaponiyada sunami təhlükəsi: Fukuşima AES boşaldıldı

Trampdan ukraynalılara şad xəbər: müharibə bitənə qədər

Xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb

Sabahın hava proqnozu

Nazirlikdən üzərliklə bağlı – Xəbərdarlıq

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Cəbrayıla növbəti köç karvanı yola salınıb 

DYP sürücülərə qayda pozuntuları ilə bağlı müraciət edib – VİDEO

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.