Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

İyul 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Cumhuriyyet.az xəbər verir ki, şura sədri Rəşad Məcidin adından ünvanlanmış məktubda bildirilib:

“Möhtərəm cənab Prezident!

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamınız milli mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə, Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik ideyaları naminə səfərbərlik missiyasına böyük dəyərdir.

Siz hər zaman mediamızın müasir və müstəqil Azərbaycanın inkişafındakı, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolunu yüksək qiymətləndirmisiniz. Gələcək üçün yol xəritəsi mahiyyəti daşıyan yubiley Sərəncamızında 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərimizin əməyinə xüsusi yanaşmağınız isə 150 ilin sevincinə qürur və fəxarət hissi qazandırır.

Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mediaya dövlət dəstəyi ənənəsini yaşadırsınız. Bu dəst-xətt özünü dönməz xarakterli fundamental islahatlarda göstərir. Qətiyyətlə deyə bilərik ki, media sahəsindəki inkişaf məhz islahatyönümlü siyasətinizdən qaynaqlanır.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünüz zamanı Azərbaycan mediasına yüksək dəyərinizi ifadə etməklə, gərgin əmək və axtarışlar nəticəsində əldə olunan inkişafı qiymətləndirdiniz. Media nümayəndələrinə milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı ünvanladığınız 22 iyul 2025-ci il tarixli müraciətdə isə inkişafın davamlılığına təminat verdiniz, mediamızın bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasında, müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyinizi bildirdiniz. Həm bu əminliyiniz, həm də dünyanın yeni media düzənindəki mövcud tendensiyalar şəraitində müəyyənləşdirdiyiniz vəzifələr məsuliyyətimizi artırır.

Məsuliyyətimiz etimadınızdan qaynaqlanır. Jurnalistlərimiz Qarabağı azadlığına qovuşdurmuş, torpaqlarımızın işğalına son qoymuş müzəffər Ali Baş Komandanın əsgəri kimi fəaliyyət göstərməkdən, xalqımıza rifah və əminamanlıq, regionumuza sabitlik gətirən siyasi kursunuza sadiq olmaqdan, nəhayət etimadınızı doğrultmaqdan məmnundurlar. Hər bir qələm sahibi üçün bu məmnunluq yaradıcılıq şövqü, ruh yüksəkliyi və əzmlə çalışmaq üçün son dərəcə böyük mənəvi stimuldur.

Sevindirici haldır ki, Azərbaycan dövlətinin media siyasəti özündə təkcə konseptual mahiyyət daşıyan fəaliyyət xəttini deyil, eyni zamanda, jurnalistlərə həssas münasibəti də birləşdirir. Həssaslığın isə media nümayəndələrinin əməyinin qiymətləndirilməsi, onların dövlət təltiflərinə – fəxri adlara, orden və medallara layiq görülmələri ənənəsi var. Əvvəlki yubileylərdə olduğu kimi, milli mətbuatımızın 150 illik yubileyində də 2005-ci ildə əsasını qoyduğunuz bu ənənə özünü parlaq şəkildə göstərdi. “Media nümayəndərlərinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli Sərəncamınızla 200-dən çox həmkarımıza inanılmaz xoşbəxtlik hissi bəxş etdiniz.

Möhtərəm cənab Prezident, bütün bunlara, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinizə, peşəmizə yüksək dəyərinizə və qədirbilənliyinizə görə Sizə rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, bütövlükdə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

Əvvəlki Yazı

Xanhüseyn Kazımlı vəfat edib

Növbəti Yazı

Azərbaycan Prezidenti Şavkat Mirziyoyevə zəng edib

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.