Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

9 saylı cəzaçəkmə müəssisəsində president sərəncamı qulaqardına vurulur

Avqust 14, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Bu günlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsindən Anxeber.az-a daxil olan şikayət məktubu haqda məlumat vermişdik. Məhkumların müraciəti Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova ünvanlandığı şikayətdə bildirilirdi ki ədliyyə naziri Fərid Əhmədovun adıçəkilən cəzaçəkmə müəssisəsinə baş çəkməsi və məhkumlarla görüşməsi arzulanır, bu məqsədlə ölkə rəhbərliyinin ona bu şəraiti yaratması xahiş edilir. Müraciətdə məhkumlar həmçinin, nazir F.Əhmədov tərəfindən yeni bir komissiya yaradıldığını və bu komissiyanın hazırda qanunsuz fəaliyyət göstərdiyi qeyd edilirdi: “Cəzaların icrası məcəlləsi var. Yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsi. Bu da məhkəmə qərarı ilə həyata keçirilir. Əfsuslar olsun ki, qanunlarımızı saymırlar. Yüzlərlə məhkumun hüquqları pozulmaqdadır. Nəticədə məhkumlara maddi və mənəvi zərər vurulur”.
Məlumat üçün bildirək ki, Azərbaycanda vahid dövlət proqramı əsasında bütün Azərbaycan vətəndaşlarının, o cümlədən, müxtəlif hüquq pozuntusu, həmçinin, cinayət törətmiş vətəndaşların belə hüquq və azadlıqlarının təmin olunması sahəsində də ardıcıl və məqsədyönlü iş aparılır. Azərbaycan Respublikasının Prezidenti 2017-ci il fevral ayının 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalamışdır.
Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki əsas istiqamət müəyyən edilib. İlk növbədə cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. 9 saylı cəzaçəkmə müəssisəsinin məhkumlarının şikayətindən belə məlum olur ki, bu həbsxanada prezident sərəncamı qulaqardına vurulur. Qüvvədə olan qanunvericiliyə görə, məhkum edilmiş şəxslərin cəzalarının yüngülləşdirilməsi və ya vaxtından əvvəl cəzadan azad edilməsi ilə əlaqədar məsələlərə məhkəmə hökmünün icrası qaydasında məhkəmələr tərəfindən baxılır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 509, 513 və 514-cü maddələrində məhkum edilmiş şəxslərin təyin olunmuş cəzalarının qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra, onların özləri və ya cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən cəzanın yüngülləşdirilməsi və ya vaxtından əvvəl cəzadan azad edilməsi ilə əlaqədar cəza çəkildiyi yer üzrə birinci instansiya məhkəməsinə müraciət edə bilmələri nəzərdə tutulmuşdur. Amma nazir tərəfindən yaradılan komissiya əjdaha kimi müraciətlərin məhkəmədə baxılmasının qarşısını kəsir. Müraciətdə sual verilir ki, məhbuslar hansı səbəbdən komissiyadan kəsilib: “Komisisya rəhbəri Ceyhun Tağıyevdir. Ədliyyə Nazirliyinin təyin etdiyi bu şəxs əvvəllər polis orqanlarında çalışıb. Komissiya rəhbəri məhkumu cəmi 30 saniyəlik qəbul edir və bu göz qırpımında Ceyhun Tağıyev adamı necə tanıya bilər? Belə çıxır ki, ona ilahi bir güc verilib, qısa zamanda məhkumu tanıyıb qərar vermək qabiliyyətinə malikdir. Görünür, baxıcılıqla məşğuldur”.
Məktubda qeyd olunur ki, dövlətin qanunları bir şəxsin qərarları ilə idarə olunmur: “Cənab nazir və Ceyhun Tağıyev, qanunlara hörmət etmək lazımdır. Onlar elə fikirləşirlər ki, bura Afrika respublikasıdır, amma yanılırlar. Cənab prezidentdən xahiş edirik ki, nazirin 9 saylı həbsxanaya gəlməsinə şərait yaratsın. Biz dövlətçiliyə sadiq məhkumlarıq, qanunlara əməl edirik. Ona görə də nazir Fərid Əhmədovun gəlib bizim şikayətlərimizi dinləməsini xahiş edirik. Hesab edirik ki, qanunsuz yaradılan komissiya ləğv olunmalıdır. Cəzaların icrası məcəlləsi var və məhkəmə dustaqla bağlı qərar verir. Komissiya cəzalarla bağlı qərar verə bilməz. Komissiya kefi istəyəndə gəlir ki, bu da məhkumların hüquqlarının pozulmasıdır”.

Əvvəlki Yazı

Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR… – Samir Şərifovun himayəsi altında…

Növbəti Yazı

“Bu məhkumlar azadlığa buraxıla bilər” – Hüquq müdafiəçisi AÇIQLAYIR

EKSKLUZİV

İraqda məcburi hərbi xidmət yenidən gündəmdə: Gənclər arasında narahatlıq artır

20 Aprel 2026 / 12:40
0

Yaponiyada 7.3 bal gücündə zəlzələ: 3 metrlik sunami təhlükəsi elan edildi!

20 Aprel 2026 / 12:40
0

Dünyanın Ən Böyük Təyyarəsi: Sərnişin Daşımayacaq Nəhəng “WindRunner” Yolda

20 Aprel 2026 / 12:40
0

Kriştianu Ronaldo Tarixi Rekorda Bir Addım Daha: 1000 Qol Hədəfi Yaxınlaşır

20 Aprel 2026 / 12:40
0

XƏBƏR LENTİ

İraqda məcburi hərbi xidmət yenidən gündəmdə: Gənclər arasında narahatlıq artır

Yaponiyada 7.3 bal gücündə zəlzələ: 3 metrlik sunami təhlükəsi elan edildi!

Dünyanın Ən Böyük Təyyarəsi: Sərnişin Daşımayacaq Nəhəng “WindRunner” Yolda

Kriştianu Ronaldo Tarixi Rekorda Bir Addım Daha: 1000 Qol Hədəfi Yaxınlaşır

Azərbaycan millisi “Çempionlar” turnirində tarixi uğur qazandı: Bürünc medallar!

Netanyahu: Yeni Hadisələr İstənilən An Baş Verə Bilər – Bölgədə Gərginlik Artır

Paşinyan Azərbaycana işgüzar əlaqələr təklif edir: Sülh prosesində yeni mərhələ?

Azərbaycanda TikTok Şoku: 3,6 Milyon Video Silindi – Səbəblər Açıqlandı

İran ABŞ-ın Dəniz Blokadasını Atəşkəs Pozuntusu Sayır: Bölgədə Gərginlik Artır

Bakıda Range Rover qəzası: Sürücü saxlanıldı

Alyaskanın Ölümcül Yolu: Zərurət Olmadan Heç Kim Getmir

Flyblast Travel Agency qalmaqalı böyüyür: Şirkət barədə şok iddialar

Avropanın Demoqrafik Gələcəyi Təhlükədə: Nüfus 53 Milyon Azalacaq!

Pakistanın Danışıqlar İddiasına İrandan Sürətli Təkzib

Telefon Fırıldaqçıları Tələ Qurur: Zənglərə ‘Bəli’ Deməyin!

Almaniyada şok tapıntı: Çəmən biçən işçi 2 milyon avroluq qızıl külçələri aşkar etdi – Taleyi bəlli oldu

Premyer Liqada Tarixi Rekord: Stadionlar Azarkeşlərlə Dolub Daşır

Niderland Kubokunun Qalibi Bəlli Oldu: Gərgin Finalın Nəticəsi

Fars körfəzində Gərginlik: İran ABŞ hərbi gəmilərinə hücum etdi

Türkiyənin Mədəniyyət Marşrutu Festivalları Genişlənir: 26 Şəhər Yeni Mərhələyə Qədəm Qoyur

Neft bazarlarında canlanma: “Brent”in qiyməti 5%-dən çox yüksəldi

İranın Gələcəyi Diplomatiyada: Pezeşkianın Vurğusu

Azərbaycanlıların xərc prioritetləri: Ərzaq dominantlığı və dərman qiymətlərində bahalaşma şoku

Tehran ABŞ-la danışıqların növbəti raunduna qatılmaq barədə QƏRAR VERMƏYİB – İran XİN

Rusiyanın Ukraynadakı hərbi itkiləri artır: Son sutkanın dəhşətli rəqəmləri açıqlandı

263 məktəbdə ciddi pozuntular aşkarlandı

İrana silah daşıyan qadın Türkiyəyə qaçarkən Los-Ancelesdə tutuldu: FİBİ əməliyyatı

Masajla yetişdirilən meyvə bazarı silkələdi: Bir ədədi 28 min TL-yə!

Bolqarıstanda seçici fəallığı dibə vurdu: Koalisiya açıq fərqlə lider oldu

Rusiyada Rekord Səviyyə: 9 Milyon Borclu Vətəndaşa Səyahət Qadağası Qoyuldu

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.