Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Hər şeyi vətəndaş deməlidirsə, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?!

Avqust 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Qida Təhlükəsizliyi Agentliyi Avropa Qida Standartları Agentliyi EFSA-nın nizamnaməsi əsasında yaradılanda, məndə Qida təhlükəsizliyi sahəsində çox şeyin dəyişəcəyi ilə bağlı böyük ümidlər yaranmışdı.

Qurum yaradılarkən hamıya dedilər ki, bu qurum Avropadakı kimi işləyəcək, artıq keyfiyyətsiz, saxta, təhlükəli qida tapılmayacaq. İnsanlarda mənim kimi ümidlə düşündülər ki, nəhayət, bazarda satılan broylerlərdən tutmuş süd məhsullarına qədər hər şey düzələcək, süfrəmizə ancaq sağlam qida gələcək. Amma illər keçdi, vəziyyət çox da dəyişmədi. Hələ də marketlərdə və bazarlarda keyfiyyətsiz məhsullar satılır.

“Mərcan Broyler”, “Siyəzən Broyler”, “Şəfa Broyler” kimi firmaların məhsulları dadına, qoxusuna görə çox adamın narazılığına səbəb olur. Bəzi qəndlərdə təhlükəli ağardıcı boyalardan istifadə edildiyi deyilir, süd məhsullarında normadan artıq qatqılar tapıldığı xəbərlərdə çıxır, amma istehsal dayanmır. İstehlakçı bu halları görə-görə təbii olaraq soruşur: bəs Qida Təhlükəsizliyi Agentliyi nə iş görür?

Avropada belə qurumlar hansı məhsulda pozuntu varsa, hamısını açıq şəkildə paylaşır, istehlakçı da bilir ki, hansı markadan uzaq durmalıdır. Bizdə isə “minlərlə yoxlama, yüzlərlə cərimə” kimi ümumi sözlər deyilir, amma kimin məhsulu təhlükəlidir, kim qaydanı pozub – bunlar demək olar ki, açıqlanmır. Elə bil, istehlakçı üçün əsas olan məsələ arxa plana atılır. Üstəlik, çox adam deyir ki, kiçik dükanlara və kiçik istehsalçılara sərt yanaşırlar, amma böyük fabriklərə, tanınmış markalara qarşı çox yumşaq davranırlar. Bu da təbii olaraq “kiminsə söykənəcəyi var” söz söhbətini artırır.

Bütün bunlara görə insanlar hesab edir ki, qurum yaradılarkən verilən vədlər yerinə yetirilməyib. Keyfiyyətsiz broylerlər, qatqılı və təhlükəli qidalar hələ də süfrəmizə gəlir. İstehlakçı isə hələ də aldığı məhsulun doğrudan da sağlam olub-olmadığına əmin ola bilmir. Bir müddət bundan əvvəl telekanalların birində portağallara boyaq maddə qatılması ilə bağlı sujetə Qida Təhlükəsizliyi Agentliyi açıqlama verdi ki, bu məsələdən sizin sayənizdə xəbərdar olduq və araşdırma aparılır. Üstəlik, vətəndaşlara müraciət ediblər ki, belə halları görsələr, agentliyə məlumat versinlər. Sual olunur, əgər hər şeyi vətəndaş deməlidirsə, bəs onda agentlik hara baxır?!

Əvvəlki Yazı

“SÖVDƏLƏŞMƏ YOXDUR”: MÜHARİBƏ DAVAM EDƏCƏK – “Tramp məğlub olmadı, amma Putin qalib gəldi”

Növbəti Yazı

Dünyanın “ən uzun yalanı” rekorduna yenə Mahmudovlar imza atdı…

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.