Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

FƏRHAD ƏHMƏDOVUN AZƏRBAYCANDAKI MÜLKLƏRINƏ HƏBS QOYULUB – Oliqarx qalmaqallı çəkişməni uduzub + FOTOLAR

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Azərbaycanlı iş adamı, 1.7 milyard dollarlıq sərvəti ilə Rusiyada ən varlı oliqarxlardan sayılan Fərhad Əhmədovun Azərbaycandakı əmaklarının üzrinə həbs qoyulub. 

Etibarlı mənbədən “AzPolitika”-ya daxil olan məlumata görə, bura onun daşınmaz əmlakı, bank hesabları və şirkətləri daxildir. Mənbə bildirib ki, buna səbəb oliqarxla İtaliya şirkəti arasında 2018-ci ildən davam edən məhkəmə çəkişməsində uduzması və qətnamənin icraya yönəldilməsidir.

Xatırladaq ki, 2018-ci ildə dünyada tanınmış İtaliya şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədova məxsus “Baku Caspian Real Estate Limited” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən italyan şirkəti 1 milyon 664 min avro pulun MMC-dən tutulması barədə tələb irəli sürüb.

Bundan başqa, italiyalılari hər iki şirkət arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən görülməli işlərin həyata keçirilməsinə MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını istəmişdi.

Həmçinin italyan şirkəti iddiasında işlər görülüb bitirildikdən sonra 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən ödənilməli olan 10 faizin – 1 milyon 172 min 817 avro pulun “Baku Caspian Real Estate Limited” MMC-dən tutularaq “Paghera” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2018-ci il noyabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə başlayan prosesdə Fərhad Əhmədov qalib gəlib, sonrakı məhkəmə instansiyalarında da hakimlər onu haqlı sayıb.

Bundan sonra İtaliya şirkəti Azərbaycanda məhkəmə iddialarını dayandıraraq Britaniyaya üz tutub. Belə ki, “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədov və onun şirkətinə qarşı London Məhkəməsində 5 milyon avroluq iddia qaldırıb.

İddiada qeyd olunub ki, “Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Bildirilir ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrakt imzalayıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməlidir. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış F.Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib və italyanları ərazidən çıxarıb.

Mənbə iddia edir ki, oliqarxın Bilgəh qəsəbəsində yerləşən sözügedən mülkü Bakının ən bahalı mülklərinin sırasında ilk yerdə dayanır. Villalara və ətraf infrastruktura on milyonlarla dollar xərc çəkilib. F.Əhmədov dünyanın ən bahalı şirkətlərinin məhsullarını gətirib, xaricdən dizaynerlər, memarlar Bakıya dəvət olunub və onlar aylarla oliqarxın sifarişlərini icra ediblər. Bildirilir ki, məhkəmənin qərarı ilə həmin əmlakın da üzərinə həbs qoyulub.

Məhkəmə prosesində “Paghera Green Service Societa Agricola S.R.L” şirkətinin vəkili olmuş Kamandar Nəsibov “AzPolitika”-ya açıqlamasına bildirib ki, sözügedən proses çoxdan yekunlaşıb, məhkəmələr isə Fərhad Əhmədovun xeyrinə qərar çıxarıb:

“Biz Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırdıq, amma sonradan onlardan xəbər çıxmadı. Məlum oldu ki, London Məhkəməsinə müraciət ediblər. İstisna etmirəm ki, həmin çəkişməsini Əhmədov uduzub və hazırda həmin məhkəmənin qətnaməsi icraya yönədilib, ona görə onun əmlakına həbs qoyublar”.

Qeyd edək ki, əmlakına həbs qoyulması xəbəri ilə bağlı F.Əhmədov və onun Bakıdakı nümayəndəsi Nail Şahverdiyevlə əlaqə qurmaq cəhdlərimiz nəticə vermədi. Onların mövqeyini dərc etməyə çalışacağıq.

Rasim Əliyev

“AzPolitika.info”  

 

 

 

 

 

 

 

 

Əvvəlki Yazı

ALYASKA GÖRÜŞÜ SIFIRLANIR… – Trampın “Nobel arzusu” suya düşür

Növbəti Yazı

Nazirdən yeni tədris ili ilə bağlı əmr

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.