Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Sentyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü tamam olur.
2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə Sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli, eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğurulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları
Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu il festival 17-ci dəfə zəngin proqramla tamaşaçıların görüşünə gələcək. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək. Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.
Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Cənubi Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər. Həmçinin görkəmli bəstəkarın 140 illik yubileyi münasibətilə bir sıra ölkələrdə müxtəlif səpkili silsilə tədbirlər keçiriləcək.
Azərbaycan opera və operettasının banisi
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi – “Koroğlu” operası
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Ədəbi və elmi irsin böyük nümunəsi
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.(AZƏRTAC)
Əvvəlki Yazı

Tramp ölümdən dönübmüş – təyyarəsi sərnişin təyyarəsi ilə… – SON ANDA

Növbəti Yazı

İcra olunmayan 340 min məhkəmə qərarı: “Həmin borclar silinməldir”

EKSKLUZİV

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

16 Yanvar 2026 / 17:32
2
Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

16 Yanvar 2026 / 16:24
6
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

16 Yanvar 2026 / 15:57
2
Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

16 Yanvar 2026 / 10:42
19

XƏBƏR LENTİ

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.