Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Axundovanın sağ əli olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT

Oktyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Sabiq səfir Elmira Axundovanın yaxın çevrəsindən olan, dələduzluğa görə 9 il müddətinə azadlıqdan məhrum edilən Elnur İbrahimovun vaxtından əvvəl cəza çəkməkdən azad olunmasından apellyasiya şikayəti verilib. Söhbət Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin məhkəmə adına rüsvayçılıq gətirən qərarından gedir.

Musavat.com xəbər verir ki, hakim Nigar Qədirlinin 06.06.2024-cü il tarixində imzaladığı qərarla Elnur İbrahimov cəzasının bir hissəsini çəkməkdən azad edilib.

Elnur İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda ondan dələduzluqla ələ keçirdiyi 350 min manatın alınaraq Fərman Məmmədova ödənməsi barədə mülki iddia da təmin olunub.

Mülki iddia 6 saylı cəzaçəkmə müəssisəsinin rəisinə də göndərilib. Elnur İbrahimovun dələduzluq dosyesi rəis Fariz Əliyevin əlinin altında ola-ola, o, məhkumun vurduğu ziyanı ödəməsi üçün heç bir addım atmayıb. Bunun əvəzində Elnur İbrahimovun əfv üçün müraciətlərini vaxtı-vaxtında komissiyaya göndərib, İbrahimovun əfv müraciətləri də hər dəfə rədd olunub.

Bundan sonra Elnur İbrahimov vaxtından əvvəl azad edilməsi üçün Nizami Məhkəməsinə ərizə yazıb. Bu zaman rəis Fariz Əliyev məhkəməyə “bəy tərifi” misalı mülahizəsini yazıb, göndərib.

Həmin mülahizəsində rəis Fariz Əliyev yazır:

“Məhkum Elnur İbrahimov yatağını səliqəli saxlayır (nə gözəl), şəxsi gigiyena qaydalarına riayət edir (əla!), ailəsi ilə uzunmüddətli görüşlərə gedir (bəh-bəh), telefonla da danışır (gurultulu alqışlar).

Hakim Nigar Qədirli türmə rəisinin mülahizəsini əlində bayraq edib, Elnur İbrahimovu, 1 qəpik zərər ödəməyən dələduzu cəzadan azad edilməsinə yol açan qərar verib!

Hakim qərarı verərkən dələduz Elnur İbrahimovun boynunda olan mülki idddia üzrə 350 min manat zərəri gözardı edib. Üstəlik, hakim Azərbaycan məhkəmələrinə yad bir addım da atıb – prokurorun əsaslı etirazını da saya salmayıb.

Bundan başqa, Nigar Qədirli məhkəməni “örtülü bazar”a çevirib, dələduz Elnur İbrahimovun vaxtından əvvəl azadlığa çıxması haqda ərizəsinə baxarkən zərərçəkmiş şəxsləri məhkəməyə çağırmayıb.

Ümumiyyətlə, qərarda qanun adına bir əsaslandırma yoxdur, heç bir sorğu-sual aparılmayıb. Yazır ki, guya Elnur İbrahimovun məhkəməyə videokonfrans vasitəsilə qoşulub və qərar verilib. Ən maraqlısı isə odur ki, azad edilmə qərarı düz Elnur İbrahimovun doğum gününə “hədiyyə” kimi verilib. Başqa sözlə, hakim Nigar Qədirli sanki dələduza ad günü sürprizi bəxş edib!Xatırladaq ki, Elnur İbrahimovun azadlığa çıxması da 1 ildən artıq müddətdə zərərçəkənlərdən gizlədilib. Zərərçəkən Fərman Məmmədov qərar haqda məlumatlandırılmayıb. O, qərardan sırf təsadüfən xəbər tutub.

Zərərçəkən qərarda yer alan rəis Fariz Əliyevin mülahizəsini oxuyarkən demişdi:

“Fariz Əliyev yazsaydı ki, Elnur İbrahimov çox gözəl dələduzdur, himayəçiləri də var, bu, həqiqətə daha uyğun olardı. Amma onun əvəzində yazır ki, Elnur dişlərini fırçalayır, telefonla danışır, yuxu da görür… Hakim də bu cəfəngiyatı əsas götürüb dələduzu azadlığa buraxır!”

Fərman Məmmədovun sözlərinə görə, Elnur İbrahimov ona vurduğu zərərdən bir qəpik də ödəməyib. Amma qərarda yazılır ki, guya zərərdən 1640 manat ödəniş var:

“Əgər məhkəmənin aldadılması varsa, burada açıq şəkildə vəzifədən sui-istifadə var. Korrupsiya cinayətinin tərkibi var. Mən baş prokuror Kamran Əliyevə müraciət edirəm – 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fariz Əliyevin yalan məlumat təqdim etməsinə görə cinayət işi başlansın!”

Ən biabırçı məqamlardan biri isə budur ki, hakim Nigar Qədirli mülahizədəki bu “ödəmə” faktını yoxlamadan, prokurorun etirazını da saya salmadan qərar verib. Üstəlik, zərərçəkən – mülki iddiaçı heç nədən xəbərdar edilməyib. Baş verənlərdən açıq görünür, hakim və türmə rəisi sinxron işləyiblər.

Rəis yazıb ki, məhkum “özünə yaxşı baxır”, hakim də heç bir hüquqi əsas olmadan “islah olunub” qənaətinə gəlib. Əgər dələduzların bu qədər rahatlıqla azadlığa çıxması mümkündürsə, bəs onda məhkəmələrin çıxardığı hökm nəyə lazımdır?

Elnur İbrahimov 2013-cü ildə məhz Elmira Axundovanın evində başlayan dələduzluq sxeminin “vinti” olub. O vaxt sabiq deputat tanışlarına deyib ki, oğlu Həbib Axundov biznes qurur, pullarını yatırmaqla böyük qazanc əldə edəcəklər. İnsanlar deputata inanaraq milyonlarla manatlarını veriblər. Faktiki isə biznes kağız üzərində qurulmuş saxtakarlıqdan başqa bir şey deyilmiş. Həmin dövrdə Elnur İbrahimov Axundovaların evində daimi “sakin” idi. Pul yığımı iflasa uğrayanda, Elmira Axundova “biznes dağıldı” deyib və Elnur İbrahimovu qabağa veriblər. Ardınca isə o, Qəbələdə Elmira Axundova ilə görüşdükdən sonra Gürcüstana, oradan Moskvaya qaçırılıb. Yalnız illər sonra ekstradisiya edilərək Azərbaycanda mühakimə olundu və 9 il cəza aldı. Bakı Ağır Cinayətlər Məhkəməsi həmçinin Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını təmin etmişdi. İndi isə həmin hökm, həmin mülki iddia sanki kağız parçasına çevrilib.

Zərərçəkən Fərman Məmmədov bu işin Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluq tərəfindən araşdırılmasını tələb edir:

“Hörmətli cənablar, Azərbaycanda qanunçuluğun keşiyində durmağa məsul vəzifəli şəxslər! Zərərçəkənin hüquqları təmin olunmadıqca, bu ölkədə qanunun aliliyi və ədalətə inamdan danışmaq gülüncdür. Əgər Azərbaycan dövlətinin adından çıxarılan hökmlər bu şəkildə, həm də hakim və məmur əli ilə tapdanırsa, bu, məhkəmə-hüquq sisteminin iflasıdır. Sizi bu cinayətin araşdırılmasına çağırıram”.

Əvvəlki Yazı

”AYNA rəhbəri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb?”

Növbəti Yazı

Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik Türkiyədə ələ keçdi / Foto

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
2
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
19
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.