Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

FHN-də nə baş verir? — Kəmaləddin Heydərov hələ də susur

Oktyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Lənkəranın dərin küçələrindən birində, illərini alova qarşı mübarizəyə həsr etmiş bir adam var — Pərviz Yusubov. O, 2004-cü ildən bu yana Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Yanğınlar içindən qorxmadan keçən, insanların həyatını xilas etməkdən çəkinməyən, peşəsini qürurla daşıyan bir yanğınsöndürən kimi tanınıb.

Arazpress.com bildirir ki, amma bu dəfə alov onu binada yox, öz xidməti otağında, öz iş yoldaşlarının içində yandırdı.

“Məni boğmağa çalışdı, telefonumu sındırdı…”

2025-ci ilin 25 iyun tarixində Pərvizin həyatında dəhşət yaşanır. O gün bölməyə yeni təyin olunmuş zabit Hüseynağa Hüseynzadə ilə arasında mübahisə düşür. Qısa zamanda söhbət fiziki qarşıdurmaya çevrilir.

“O, məni boğmağa çalışdı. Bədənimdə xəsarətlər var idi. Telefonumu da sındırdı. Mən sadəcə işimi görürdüm, heç kimə pislik etmirdim”, — deyə, Pərviz hadisəni göz yaşları ilə xatırlayır.

Pərviz o gün xidmətdə idi. Lakin ona qarşı zorakılıq edən zabit nə cəzalandırılır, nə də sorğu-suala tutulur. Əksinə, hadisəni ictimailəşdirməyə çalışan Yusubovun özü susdurulur.

“Məni dinləmədilər, ərizə yazmağa məcbur etdilər”

Hadisədən sonra Pərviz Nazirliyin şəxsi heyət üzrə rəisi Sənan müəllimə müraciət edir. Deyir, haqsızlığa uğramışam, araşdırma istəyirəm. Amma cavab gözlədiyindən fərqli olur:

“Məni dinləmək istəmədilər. Əksinə, təzyiq göstərib dedilər, ‘ərizə yaz, çıx’. Mənə haqsızlıq edən qaldı, mən getdim”.

Yusubov iddia edir ki, zabit Hüseynzadə həm Sənan müəllim, həm də hissə rəisi Seymur Baxşiyev tərəfindən himayə olunur.

“Hüseynağa özü demişdi ki, bölməyə gəlmək üçün Seymur Baxşıyevə 6 min manat vermişəm. Mən inanmamışdım, amma indi hər şey yerinə oturur”, — deyə, o bildirir.

“Üç dəfə töhmət alıb, amma yenə qorunur”

Yusubovun sözlərinə görə, Hüseynzadənin intizam tarixi heç də təmiz deyil. O, FHN Akademiyasında işlədiyi üç il ərzində üç dəfə töhmət alıb.

“Belə bir adam indi bizdə zabit kimi işləyir. Sürücülük vəsiqəsi olmamasına baxmayaraq, idarəyə məxsus avtomobillərlə avtoşluq edir. Mən isə sadəcə həqiqəti dediyim üçün işdən çıxarılıram”, — deyə, Pərviz acı-acı gülümsəyir.

O, bu günə qədər aldığı həkim rəylərini, bədənindəki xəsarət izlərini belə qoruyur. Amma nə bu sənədlər, nə də illərin xidməti onu qoruyub.

“Cənab nazir, bəlkə siz eşidərsiniz”

Pərviz Yusubov indi tək bir ümidə söykənir — nazir Kəmaləddin Heydərovun ədalətinə.

“Cənab nazirin bu hadisədən xəbəri yoxdur. Əgər bilsə, mütləq tədbir görər. Mən artıq başqa heç kimə güvənmirəm. Bu qurumda ədalət varsa, onu yalnız o bərpa edə bilər”.

Onun səsi titrəyir, baxışları uzaqlara yönəlir. Həyatını xilas etdiyi insanların evlərində indi sakitlik var, amma onun içində haqsızlığın alovu sönmür.

“Yeni gələnlər vəzifə alır, təcrübəlilər isə kənarda qalır”

Yusubov deyir ki, FHN-də bu cür hallar artıq tək-tük deyil. Yeni gələnlər vəzifə alır, amma illərini xidmətə vermiş əməkdaşlar sistemdən sıxışdırılır:

“Bu, tək mənim başıma gəlmir. Təcrübəli kadrlar kənara atılır, tanışlıqla gələnlər isə baş tacı edilir”.

Onun sözlərinə görə, Lənkəranda və digər şəhərlərdə də oxşar hallar var, amma çoxları qorxudan danışmır.

“Mən qorxmuram. Mən yanğından da keçmişəm. Amma ədalətsizlik alovundan yanmaq daha ağırdır”.

Susqunluq davam edir

Hadisə ilə bağlı hələlik Fövqəladə Hallar Nazirliyindən heç bir rəsmi açıqlama verilməyib.

Arazpress.com məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün sorğu göndərib.

Pərviz Yusubov bu gün işsizdir, amma içində bir qərarlılıq var — “əgər səsini çıxartmazsansa, belə bir təhlükə sabah başqasının da başına gələcək”.

Onun səsi indi təkcə bir əməkdaşın fəryadı deyil, FHN-dəki sistemli özbaşınalıqlara qarşı bir xəbərdarlıqdır.

 

Video Oynadıcı

00:00
00:44

Məhi ELSEVƏR,

Əvvəlki Yazı

Ölkədə yayılan virus təhlükəlidirmi?

Növbəti Yazı

Kreml Almaniyaya dron sürüsü göndərdi: Kansler: “Hücumlarının arxasında Rusiya dayanır”

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
2
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
19
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.