Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

ATU-da nə baş verir? – 956 tələbə kəsilib, təqaüdçülərin sayı 6 dəfə azalıb…

Oktyabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Azərbaycan Tibb Universitetində son imtahan sessiyasında 956 tələbənin kəsilməsi təkcə statistik göstərici deyil, ali təhsil sistemində bir neçə dərin struktur probleminin əlamətidir”. Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayının 6 dəfə azalması səbəblərindən danışarkən deyib.
Ekspertin fikirincə, bu hal həm qəbul mexanizmi, həm tədris prosesinin metodikası, həm də tələbə motivasiyası və nəzarət sisteminin keyfiyyəti ilə birbaşa əlaqədardır: “Əgər 146 Prezident təqaüdçüsündən yalnız 22 nəfərin bu günədək təhsilini yüksək göstəricilərlə davam etdirə bilməsi faktı doğrudursa, deməli, problem tələbə seçimi ilə deyil, sistemin özündədir. Əvvəla, Tibb Universiteti ölkənin ən ağır və intellektual cəhətdən tələbkar ixtisaslarının toplandığı ali təhsil müəssisəsidir. Burada tədrisin intensivliyi, fənlərin çətinliyi və qiymətləndirmə meyarlarının sərtliyi təbii şəkildə yüksəkdir. Lakin kütləvi şəkildə kəsilmələrin baş verməsi təkcə tələbələrin hazırlıq səviyyəsi ilə izah oluna bilməz. Bu həm də tədrisin metodoloji və psixopedoqoji yanaşmalarında müasir standartların tam tətbiq olunmaması ilə bağlıdır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2.7-ci maddəsində göstərilir ki, “ali təhsil müəssisələri tədrisin keyfiyyətini təmin edən daxili qiymətləndirmə sisteminə malik olmalı və bu sistem şəffaf, obyektiv və inkişaf yönümlü olmalıdır”. Halbuki, bəzi universitetlərdə, o cümlədən Tibb Universitetində qiymətləndirmə bəzən daha çox “sınaqdan çıxarma” prinsipi ilə aparılır, inkişafyönümlü rəyvermə və fərdi dəstək mexanizmləri isə zəifdir. Əlavə olaraq, qəbul sistemində tətbiq edilən test mexanizmi tələbənin nəzəri biliklərini ölçür, lakin tibb kimi praktik bacarıq tələb edən sahələrdə bu metodun məhdudluğu açıq görünür”.
Ekspert əlavə edib ki, tələbə universitetə yüksək balla daxil olsa da, o bilikləri real klinik, praktiki mühitdə tətbiq etməkdə çətinlik çəkir: “DİM-in statistikası göstərir ki, 2024-cü ildə tibb ixtisaslarına qəbul olanların orta balı 650-dən yuxarı olub, yəni bu tələbələr ölkənin ən hazırlıqlı gəncləridir. Lakin sistem onların potensialını inkişaf etdirmək əvəzinə çox vaxt “elmi yüklənmə” və “çətin keçidlər” altında əzir. Bu tədris metodikasının hələ də klassik – yəni 20 il əvvəlki modeldə qalmasının nəticəsidir. Dünya təcrübəsində tibbi təhsilin keyfiyyəti və tələbə davamlılığı probleminə fərqli yanaşma tətbiq olunur. Məsələn, Finlandiya və Almaniyada “formativ qiymətləndirmə” sistemi var: tələbə semestr boyu davamlı qiymətləndirilir, zəif tərəfləri erkən müəyyənləşdirilir və ona əlavə tədris, mentorluq, psixoloji və akademik dəstək verilir. ABŞ universitetlərində isə “academic advising” mexanizmi vasitəsilə hər tələbəyə fərdi akademik müşavir təyin olunur ki, o, tədris və stress idarəetməsi üzrə yönləndirmə edir. Bu sistemlərdə məqsəd tələbəni cəzalandırmaq deyil, öyrənməyə dəstək olmaqdır. Azərbaycanda isə bir çox hallarda imtahanlar nəticə yönümlü deyil, seleksiya vasitəsinə çevrilir”.
Ekspertin sözlərinə görə, Tibb Universitetində kəsilmə hallarının çoxluğu həm də tədris mühitinin psixoloji atmosferi ilə bağlıdır: “Çoxsaylı tələbələr bildirir ki, dərslərdə motivasiya mexanizmləri zəifdir, müəllim-tələbə münasibətləri bəzən köhnə nizam-intizam modelinə əsaslanır. Halbuki “Ali təhsil haqqında” Qanunun 18-ci maddəsinə görə, ali məktəblərdə akademik mühit azadlıq, qarşılıqlı hörmət və şəffaflıq prinsipləri üzərində qurulmalıdır. Tədris prosesində bu prinsiplərin pozulması tələbə performansına birbaşa mənfi təsir göstərir”. Bununla
Kamran Əsədov hesab edir ki, problemin kökü nə təkcə tələbədə, nə də yalnız müəllimdə deyil, sistemin özündədir: “Azərbaycan Tibb Universiteti kimi strateji əhəmiyyətli ali məktəblərdə tədrisin metodologiyası yenilənməli, beynəlxalq tibbi təhsil modelləri ilə uyğunlaşdırılmalıdır. Məsələn, Böyük Britaniyanın “Problem-Based Learning” (PBL) metodu tələbəni mərkəzə çəkir, onu aktiv öyrənməyə təşviq edir, nəticədə passiv dinləyici deyil, düşünən və analiz edən həkim formalaşır. Bu metodun mərhələli tətbiqi Tibb Universitetində həm kəsilmə faizini azaldar, həm də tədrisin keyfiyyətini yüksəldər”.
Xatırladaq ki, Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayı 6 dəfə azalıb, ötən imtahan sessiyasında 956 nəfər isə kəsilib. Ən çox kəsr I kurs tələbələrində müşahidə olunub.
Əvvəlki Yazı

Türkiyədə ƏMƏLİYYAT KEÇİRİLDİ – Tanınmış sənət adamları SAXLANILDI

Növbəti Yazı

Bu ərazi plana düşdü: 1000-dən çox mülkiyyətə kompensasiya ödəniləcək

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
2
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
19
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.