Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

“Crocus işi”: Rusiya istintaqı Ağalarovlarla bağlı SENSASİON qərar verdi

Oktyabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı istintaq çərçivəsində konsert zalının sahibləri — Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun hesab etməyib.

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan xəbər məkanında ilk məlumat yayan Teleqraf.com yazır ki, istintaq orqanı bu qərarı əsas ekspertizaların nəticələri əldə olunana qədər təxirə salıb. Ekspertizalar başa çatdıqdan sonra işə hüquqi qiymət veriləcək və təminat tədbirlərinin tətbiqi məsələsinə baxılacaq.

KROK.jpg (75 KB)

İstintaq Komitəsi əlavə edib ki, Rusiya qanunvericiliyinə əsasən aktivlərin dondurulması yalnız təqsirləndirilən şəxslərin və ya onların maddi məsuliyyət daşıyan tərəflərinin əmlakına münasibətdə həyata keçirilə bilər.

Xatırladaq ki, ötən il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında “Piknik” qrupunun çıxışı ərəfəsində terror aktı törədilmişdi. Naməlum şəxslər zala daxil olaraq tamaşaçılara atəş açmış, nəticədə 145 nəfər həlak olmuş, 550-dən çox insan yaralanmışdı.

Musavat.com-un təhlil qrupuna görə, Rusiya istintaqının Ağalarovlarla bağlı bu qərarı Moskva-Bakı münasibətlərində tonun qismən dəyişdiyini göstərir. Analitiklərin fikrincə, Kreml mühitində Azərbaycan və onunla əlaqəli şəxslərə münasibətdə tədricən yumşalma müşahidə olunur.

Bir müddət əvvəl, iki ölkə arasında gərginlik yaşandığı dövrdə, Ağalarov ailəsinin biznesinə təzyiqlər artmışdı. Məsələn, “Crocus” kompleksinin sahibi Araz Ağalarov o zaman Moskvadan Bakıya köçməyə məcbur qalmış, Rusiya mediası bunu “qaçış” kimi təqdim etmişdi.

KROKS.jpg (112 KB)

İndi isə həm istintaq ritorikasında, həm də hüquqi addımlarda fərqli bir ton sezilir.

Maraqlı budur ki, qərar haqqında məlumat Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabrda Qəbələdən Rusiya Prezidenti Vladimir Putinə doğum günü münasibətilə etdiyi telefon zəngindən cəmi bir gün sonra yayılıb. Bu, 2025-ci ildə iki lider arasında baş tutan ilk birbaşa telefon təması olub.

Xatırladaq ki, son telefon danışığı 2024-cü ilin sonunda baş vermişdi — o zaman Rusiya Müdafiə Nazirliyi Azərbaycanın mülki təyyarəsini vurmuş, faciə nəticəsində onlarla azərbaycanlı həyatını itirmişdi. Bir müddət sonra Putin Əliyevə zəng edərək o qədər də məqbul olmayan tərzdə üzr istəmişdi. Lakin həmin hadisə və ondan sonra Moskvanın atmadığı addımlar Azərbaycan cəmiyyətində dərin narazılıq yaratmış, münasibətlərdə soyuq dövr və informasiya müharibəsi başlamışdı.

İndi isə Qəbələdən gələn zəng Kremlin ritorikasında və istintaq orqanlarının qərarlarında mülayimləşmənin ilk əlaməti kimi qiymətləndirilir.

Bununla belə, Qəbələdə keçirilən Türk Dövlətləri Sammiti və oradan yayılan xəbərlər fonunda bu müsbət tendensiya Rusiya informasiya məkanında yenidən arxa plana keçib. Kremlə yaxın media orqanları sammiti “anti-Rusiya mesajı” kimi təqdim edir və Bakı ilə Ankaranın bölgədə yeni güc mərkəzi formalaşdırdığını yazır.

ERDOSS.jpg (178 KB)

Ağalarov ailəsinin Rusiya və Azərbaycan arasında simvolik önəmi də diqqət çəkir. Araz Ağalarov həm məşhur iş adamı, həm də Azərbaycan Prezidentinin nəvələrinin babasıdır. Buna görə də bu ailəyə qarşı atılan hər bir addım — istər müsbət, istər mənfi – Moskvanın rəsmi Bakıya münasibətinin göstəricisi kimi dəyərləndirilir.

Nəticə etibarilə, “Crocus işi” üzrə Ağalarovlarla bağlı istintaqın yumşaq qərarı Moskva-Bakı xəttində emosional gərginliyin azaldığını, lakin tam etimadın hələ bərpa olunmadığını göstərir. Yeni mərhələnin konturları isə artıq Qəbələdən Moskvaya doğru uzanır.

Musavat.com

Əvvəlki Yazı

İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub

Növbəti Yazı

Türkiyədə ƏMƏLİYYAT KEÇİRİLDİ – Tanınmış sənət adamları SAXLANILDI

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
2
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
19
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.