Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq…” – Sərt açıqlamalar

Oktyabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

“Çox təəssüf edirəm ki, kənd təsərrüfatında, yemçilikdə ciddi problem olduğunu uzun illərdir, vurğulayırıq. Nə etmək lazımdırsa, hökumətə bununla bağlı məsləhətlərimizi veririk. Buna baxmayaraq, hökumət, xüsusən, Kənd Təsərrüfatı Nazirliyi, demək olar, təkliflərimizi “iqnor” edir, heç bir iş də görə bilmirlər. Çox təəssüf… Əlbəttə, Azərbaycan çoxsaylı ölkələrlə ticari əlaqələrində ət idxalını getdikcə artırır, coğrafiya genişlənir. Əvvəllər Hindistandan, Braziliyadan, Rusiyadan, Qazaxıstandan, Gürcüstandan, Ukraynadan və digər ölkələrdən, son illər Monqolustandan ət idxal edirdisə, indi də Pakistandan ət idxal etməyi planlaşdırır. Əksər dünya ölkələri heyvandarlığın inkişafı ilə bağlı xüsusi qərarlar qəbul edirlər. Artıq dünya ölkələrində də çalışırlar ki, heyvanların baş sayını azaltsınlar, özlərini təmin edəcək həcmdə ət və ət məhsulları istehsal etsinlər. Dünyanın ən çox heyvandarlıq məhsulları ixrac edən ölkələrindən Braziliya, Amerika, o cümlədən Avropa ölkələri də son bir neçə ildə heyvanların baş sayının azalmasını qarşıya məqsəd qoyublar. Buna nail olurlar. Qlobal istiləşmə örüş ərazilərində seyrəklik yaradıb. Məhsuldarlıq aşağı düşüb. Buna görə də özlərinə əziyyət vermək istəmirlər. Ehtiyaclarını ödəyəcək həcmdə ət istehsal etməyə üstünlük verirlər. Daha çox istehsal edib, ixrac etməyi yox, yalnız öz tələbatlarını ödəməyi qarşılarına məqsəd qoyublar. Bu da bizim kimi ölkələr üçün problem yaradır”.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli deyib.

Ekspert bildirib ki, Azərbaycan özünü ətlə, təxminən, 40%-ə qədər təmin edir: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma adambaşına il ərzində 78 kiloqramdır. Bu normanı həm də FAO (red. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) təsdiq edib. Əksər ölkələr bu normanı əsas götürərək ona uyğun istehsalla məşğuldur. Azərbaycan isə adambaşına daxili istehsal hesabına özünü, təxminən, 30-32 kiloqram, idxal edilən diri heyvanların hesabına isə 7-8 kiloqram təmin edir. Ümumilikdə, il ərzində adambaşına istehlak 42-43 kiloqramdır. Azərbaycan nəyə görə ət istehsal edə bilmir?

Birincisi, uzun müddətdir, deyirik ki, bu sahədə mütəxəssislər – müasir dövrün tələbatına cavab verən yaxşı zootexniklər, baytar həkimlər yetişdirmək lazım idi. Bu gün ölkədə geniş yayılan dabaq xəstəliyinin nədən yarandığını bununla əsaslandıra bilərik. Vaxtlı-vaxtında qabaqlayıcı tədbirlər görülmür, çünki xəstəliyi müəyyən edən mütəxəssislər yoxdur, yaxud çox azdır, çatdıra bilmirlər. Əsas səbəb isə budur ki, ölkədə yem istehsalı kifayət qədər deyil. Hətta sovet hökumətinin dövründə hər heyvan başına indikindən daha çox ot istehsal edilirdi. Həm də indi silos, senaj və şirəli yem, xüsusən yem çuğunduru, demək olar, istehsal edilmir. Belə halda əlbəttə, bu, yem çatışmazlığına gətirib çıxarır.

Nəticədə, heyvanların fiziki durumu zəifləyir, məhsuldarlığı azalır, bir çox halda xəstəliyə yoluxur. Tələfat hallarının da olduğunu görürük.

Digər tərəfdən məhsuldarlığın aşağı olması kəndlilərimizə sərf etmir. Onların əksəriyyəti bu sahədən uzaqlaşır. Heyvanlarını kəsimə verirlər, yaxud satıb, Bakıya köçürlər. Yem istehsalının az olmasının digər səbəbi budur ki, ölkədə kifayət qədər aqronom yoxdur. Sahə bu gün elə məmurlara həvalə olunub ki, onların sahə üzrə təhsilləri yoxdur.

Dəfələrlə deyirik, kənd təsərrüfatı naziri iqtisadçıdır. Onun kənd təsərrüfatına heç bir aidiyyəti yoxdur. Müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssisdir. Başqa bir müavini isə siyasətçidir – politoloq. Aparat rəhbəri də hüquqşünasdır. Nazirlikdə rəhbər vəzifədə bir nəfər də olsun, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis yoxdur. Eləcə də Nazirlər Kabinetində, Prezident Administrasiyasında eyni vəziyyətdir – nə aqronom, nə baytar həkim, nə də zooteknik var. Çox təəssüflər olsun, Milli Məclisdə də deputatlardan heç biri kənd təsərrüfatı üzrə mütəxəssis deyil. Sahə üzrə qanunlar, proqramlar qəbul edilir, tapşırıqlar verilir, mütəxəssis yoxdur. Əlbəttə, belə olan halda kənd təsərrüfatında məhsuldarlıq aşağı düşür, məhsulun maya dəyəri artır, rəqabət qabiliyyətliliyi olmur. Kənddə yaşayan əhalinin, demək olar, 90%-i bu gün işsizdir. Nə edəcəklərini bilmirlər. Buna görə də hələ uzun müddət ət idxal edəcəyik. Get-gedə idxal da azalaq. Səbəbləri isə izah etdik. Kəsim üçün əvvəl Gürcüstandan diri heyvanlar idxal edirdiksə, indi Pakistana gedib çıxmışıq. Hələ çalışacağıq, Afrika ölkələrindən də nəsə gətirək…”

Əvvəlki Yazı

Türkiyə PA Azərbaycanla bağlı sərsəm iddiaları yalanladı: “İnanmayın, bu…”

Növbəti Yazı

General Raul Zeynalovun bir milyonu: necə ələ keçirilib? – Sensasion məlumat yayıldı

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
2
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
19
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.