Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bir sevgi, bir qaçış, bir nikah: Azərbaycanlılar niyə əcnəbilərlə evlənir?

Oktyabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
Ədliyyə Nazirliyi bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşlarının əcnəbilərlə evlənməsi ilə bağlı statistikanı açıqlayıb.
Statistikaya əsasən, Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır. Məlumata görə, azərbaycanlılar daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb.
Əvəllər Azərbaycan vətəndaşlarının xaricilərlə evliliyi cəmiyyətdə birmənalı qarşılanmırdı. Xüsusi ilə də qadınların əcnəbi vətəndaşla evliliyi bölgə və kənd yerlərində qınağa səbəb olurdu. Kəndlərdə qızın xarici ilə evliliyi həmişə ata və anaya başqaxıncı olub. Amma bu gün cəmiyyətdə əcnəbi kişi ilə evlilik məsələsində vəziyyət fərqlidir. İstər bölgələrdə, istərsə də paytaxtda əcnəbi ilə ailə quran qadınlara həmkarları, qohumları belə desək, həsəd aparanlar var.
Görünən odur ki, Azərbaycan qadınlarının xarici oğlana ərə getməsi səbəbsiz deyil. Sual olunur, filankəsin qızı niyə qara dərili oğlanla evləndi? Belə qadınlardan birinin Qaynarinfo-ya dediklərindən:
“Ailəm rayonda yaşayırdı, çox gözəl münasibətlərimiz, sayılıb-seçilən nəslimiz var idi. Amma bir gün… Hamı kimi mən də sevib-seçdim. Ən başlıcası isə inandım. Bir də baxdım ki, hamiləyəm. Bunu oğlana deyəndə ailəsi daş atıb baş tutdu. Dedilər ki, “Bizə qarnıburnunda olan gəlin lazım deyil”. İş böyüdü, bütün kənd, rayon məndən danışmağa başladı. O qədər stress keçirdim ki, hamiləliyim sonuclandı, uşaq tələf oldu. Beləcə məni həmin evliliyə aparan səbəb qalmadı. Ondan sonra qaragünlərim başladı, nəsil, kənd, kim gəldi başqaxıncı edirdi. Atam bu utanca üzləşməmək üçün kəndən köçməyə qərar verdi. Baxdım ki, atam doğulduğu kəndi qoyub getməyə qərarlıdır, onu durdurmağın bircə yolu var idi – evdən qaçdım, Bakıya gəldim. Burada kafe və restoranlarda iş tapdım. Həmin vaxtlar işlədiyim kafeyə tez-tez qara dərili tələbələr gəlirdi. Onların biri ilə dostlaşdım. Bu münasibətlər bizi daha da yaxınlaşdırdı və bir gün dedi ki, gəl bir yerdə yaşayaq. Beləcə bu təklifə razılıq verdim. Əlacım da yox idi, hara getsəydim yaşadıqlarım məni qarabaqara izləyəcəkdi”.
Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əvvəl Azərbaycanda xarici oğlanla ailə quran yox idi:

“Biz mühafizəkar cəmiyyətdə yaşayırdıq, ictimai qınaq böyük idi. Uşaqlar əsgər gedəndə deyirdilər ki, xidmətdən sonra vətənə dön, başqa millətin nümayəndəsi ilə ailə qurma, gələrsən öz millətinlə ailə qurarsan və s. kimi bir yanaşma var idi. Azərbaycan qlobal dünyaya açıldı, açıq cəmiyyətə inteqrasiya etdi xarici ölkələrə gediş-gəliş, seriallar, kliplər və s. bütün bunlar insanları düşüncəsində dəyişdi.  İctimai qınaq zəiflədi, insanlar ailə qurmaq qərarlarında sərbəst seçim etməyə başladılar. Əvvəl Azərbaycan  qadını xarici oğlanla ailə qurmazdı. Amma bu gün edilən təklifə dərhal “hə”  deyir. Səbəbləri var. Qızın nişanı qayıdır, yaxud da ailə qurur, evlilik həyatı qaydasında olmayan kimi boşanmağa qərar verir. Azərbaycan cəmiyyətində belə qadınlarla ailə qurmaq bir qədər qəribə qarşılanır. Qızlar da fikirləşir ki, əgər cəmiyyət mənim ikinci dəfə ailə qurmağımı pis qarşılayırsa, o zaman xarici vətəndaşla da ailə quraram. Xarici vətəndaş qadını sorğulamır, nişanlı, yaxud ərdə olub-olmayıb, niyə boşanıb deyə. Ona görə də qadın əcnəbiyə gedir”.
Sosioloq bu gün Azərbaycan kişilərinin də əcnəbi qadınlarla ailə qurmasının müxtəlif səbəbləri olduğunu xatırladıb:  “Kişilər çox vaxt işləmək üçün üz tutduğu ölkədə daimi yaşamaq kimi məqsədlərlə ailə qururlar. Belə olanda onlara həmin ölkədə dəyib-dolaşan olmur”.
Üzeyir Şəfiyev hər bir halda bunun yaxşı bir tendensiya olmadığını diqqətə çatdırıb:
“Yaxşı olardı ki, öz vətəndaşlarımızla ailə qursunlar. Bu genefond təhlükəsizliyi baxımından bizi sığortalamış olar, həm də bütövlükdə Azərbaycanın ailə dəyərlərini, ailə institutunu qoruyub saxlayardı”.
Bahar Rüstəmli
Əvvəlki Yazı

Zəngəzur dəhlizinə ilginc hədə – Trampın imzasını “sabotaj” edənlər…

Növbəti Yazı

Şahin Bağırov büdcə imtahanından niyə kəsildi?

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
2
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
19
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.