Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı

Oktyabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

“Ölkədə ən çox şikayət daxil olan elektronik əşyalar satan mağazalar “Kontakt Home” və “Baku Electronics”dir. Bu iki şirkətlə bağlı şikayətlərin ardı-arası kəsilmir.

“Yeni Müsvat” xəbər verir ki, bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Todaypress” TV-yə açıqlamasında bildirib. İB sədri qeyd edib ki, illərdir bu sahədə vəziyyət acınacaqlı həddədir: “Ən acınacaqlı vəziyyət ”Kontakt Home”dadır. Artıq “Baku Electronics” də ona çatmaq üzrədir. Biz şikayətlərin 80 faizini danışıq yolu ilə həll edirik, amma bu iki şirkətlə mümkün olmur”.

E.Hüseynov əlavə edib ki, “Music Gallery”dən əvvəllər şikayətlər yox dərəcəsində idi. Bu şəbəkəni “Kontakt Home” alandan sonra problemlər çoxalıb: “İndi artıq ”Music Gallery”dən də şikayətlər yağış kimi gəlir”.

Ekspert insanları belə şirkətləri boykot etməyə çağırıb.

Göründüyü kimi, istehlakçı hüquqlarını müdafiə edən QHT rəhbəri konkret adlar çəkir. Sosial şəbəkələrdə də bu firmalardan kütləvi narazılıqları görmək olar.

Bəs vətəndaşlar nədə diqqətli olmalıdırlar?

Azərbaycanda istehlakçıların hüquqlarını qorumaq üçün qanunvericilik mövcuddur, lakin praktiki tətbiqlərdə problemlər qalır. Bu səbəbdən istehlakçılar daha diqqətli olmalı, alış-veriş zamanı bütün sənədləri (qəbz, zəmanət talonu və s.) toplamalı və onları saxlamaq vərdişinə yiyələnməlidirlər. Məhsulun istismar qaydaları, zəmanət müddəti və dəyişdirilmə şərtləri yazılı şəkildə təqdim edilməlidir. Elektronika məhsullarını alarkən onu dərhal yoxlamaq, nasazlıq halında gecikmədən rəsmi şikayət vermək vacibdir.

Ekspertlər daha geniş həll yolu kimi Azərbaycanda alternativ mübahisə həll mexanizmlərinin yaradılması, onlayn şikayət sisteminin sadələşdirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi tövsiyə olunur. Eyni zamanda tez-tez şikayət edilən şirkətlər üçün qara siyahıların rəsmi şəkildə ictimaiyyətə təqdim olunması və bu cür şirkətlərə qarşı maliyyə sanksiyalarının tətbiqi də problemin qarşısını ala bilər.

İstehlakçılar yalnız şikayət etməklə deyil, həm də hüquqlarını bilməklə və tələbkar olmaqla daha güclü mövqe qazana bilərlər. Bazar iqtisadiyyatının sağlam inkişafı üçün ilk növbədə istehlakçının hüquqları ön planda olmalıdır.

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Vətəndaşların elektronika məhsulu alarkən diqqət etməli olduqları əsas məqamlardan biri həmin məhsula istehsalçı və ya distribütor şirkət tərəfindən rəsmi zəmanətin təqdim olunub-olunmamasıdır. Əgər zəmanət üçün əlavə ödəniş tələb edilirsə, bu məbləğ ayrıca göstərilməli və mütləq şəkildə istehlakçıya zəmanət talonu təqdim olunmalıdır. Zəmanət talonunda istehlakçı üçün mühüm olan bütün detallara – o cümlədən hansı məhsullara və hansı hallarda “qızıl zəmanət”in şamil olunduğuna dair müddəalar aydın şəkildə göstərilməlidir. Həmçinin talonda məhsulun hansı müddət ərzində və hansı şərtlərlə geri qaytarıla biləcəyi də qeyd olunmalıdır. Əgər bu məlumatlar talonda əksini tapmayıbsa, o zaman Azərbaycan qanunvericiliyinə əsasən, istehlakçı məhsuldan narazı qaldığı halda 14 gün müddətində həmin malı satıcı şirkətə geri qaytara bilər”.

Vəkil qeyd edir ki, bəzən vətəndaşlar şifahi formada aldadılırlar: “Şirkət zəmanət verdiyini bildirir, lakin bu barədə məlumat yazılı şəkildə qeyd olunmur. Nəticədə, sonradan həmin öhdəlikdən imtina edilir. Buna görə də bütün zəmanət şərtləri mütləq yazılı şəkildə, bənd-bənd göstərilməli, zəmanət talonuna satıcı şirkətin möhürü vurulmalı və səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır.

Əgər bu tələblər yerinə yetirilmirsə, vətəndaşlar öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər. Bu zaman onlar həm pozulmuş hüquqlarının tanınmasını, həm də vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilərlər. Bundan əlavə, hüquqların müdafiəsi məqsədilə çəkilmiş hüquqi xərclər də qarşı tərəfdən tələb oluna bilər”.

Hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Pozuntu varsa, vətəndaş danışıqla həll etməlidir, məsələ həll olunmursa, o, məhkəməyə şikayət edə bilər. Eyni zamanda istehlakçının Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət vermək hüququ var. Söhbət elə şirkətlərdən gedir ki, demək olar, bu sahədə bazar elə “Kontakt Home” və “Baku Elektroniks”in əlindədir. Biz deyək ki, gəlin bunları boykot edək. Bəs insanlar lazım olan əşyaları kimdən alsınlar? Həm də elektronika malları ən geniş alınan mallardır. Hesab edirəm ki, bu halda vətəndaşlar malı alanda keyfiyyətə fikir versinlər. Onlarla müqavilə bağlanır, zəmanət talonu verilir. Əgər problem varsa, əvvəldə qeyd etdiyim qurumlara şikayət etsinlər. Eyni zamanda məsələni ictimailəşdirsinlər ki, şirkətlər də müştəri itirəcəklərinə görə narahat olsunlar”.

Əvvəlki Yazı

Tramp İsrail və HƏMAS arasında sülh planının imzalandığını elan etdi

Növbəti Yazı

Zəngəzur dəhlizinə ilginc hədə – Trampın imzasını “sabotaj” edənlər…

EKSKLUZİV

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 Noyabr 2025 / 20:06
2
“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

07 Noyabr 2025 / 18:54
4
Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

07 Noyabr 2025 / 16:59
19
8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1

XƏBƏR LENTİ

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Onların hamısını elə bir gündə, birnəfəsə həbs etmək lazımdır”

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.