Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Kredit kartlarının ikiüzlü təsiri – ARAŞDIRMA

Oktyabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

12 Noyabr 25 / 12:07
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların sayı ilbəil artır. Bu, Mərkəzi Bankın açıqladığı məlumatlarda da özünü göstərir. 
Bu ilin 8 aylıq statistikasına nəzər salsaq, görərik ki, həmin dövr ərzində kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 488 milyon manat təşkil edib. Bu göstərici isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5% və ya 1 milyard 13 milyon manat artıb.
Ekspertlər düşünür ki, kredit kartlarına olan marağın artmasının əsas səbəbləri arasında iqtisadi davranışlarla bərabər, psixoloji səbəblər də var.
Qaynarinfo mövzunu maliyyə eksperti İsmayıl Məmmədov və Psixologiya Elmi Tədqiqat İnstitunun sədri Elnur Rüstəmov ilə müzakirə edib.
Bu həm də müasir maliyyə davranışının dəyişməsidir
Maliyyə eksperti İsmayıl Məmmədov bildirir ki, kredit kartları ilə əməliyyatların artması ilə bağlı açıqlanan rəqəmlər cəlbedici səslənsə də, bu artım təkcə istehlak marağı ilə yox, müasir maliyyə davranışının dəyişməsi ilə bağlıdır:
“Dünyanın aparıcı iqtisadiyyatlarında kredit kartları çoxdan təkcə “borc aləti” deyil, likvidlik və maliyyə planlaşdırma vasitəsi kimi qəbul olunur.
Bu tendensiya artıq Azərbaycanda da formalaşır. Rəqəmsal ödənişlər, “cashback”, “taksit”, “miles” kimi modellər insanların kartlara olan münasibətini dəyişib”.
Həmsöhbətimiz vurğulayır ki, əgər bir neçə il öncə kredit kartı borclanma simvolu idisə, bu gün o, gündəlik həyatın rahatlıq alətidir:
“Bu dəyişiklik həm bank sektorunun məhsul innovasiyalarına, həm də Mərkəzi Bankın rəqəmsal ödəniş ekosistemini inkişaf etdirməsinə bağlıdır. Kredit kartı – girovsuz, daim açıq və tam çevik məhsuldur”.
Yüksək faiz həm də riskin dəyəridir
İsmayıl Məmmədov onu da əlavə edir ki, kredit kartları bank üçün ən yüksək likvidlik riski deməkdir:
“Müştəri istənilən an borc götürə və ödənişi gecikdirə bilər. Bu riskin idarəsi faizdə əks olunur. Yəni yüksək faiz – bankın əlavə qazanc istəyi deyil, riskin dəyəridir. Bu faizlər müştərinin məsuliyyətli istifadəsi halında ümumiyyətlə ödənmir. Çünki kredit kartında “grace period” (faizsiz dövr) mövcuddur. Müştəri borcu vaxtında ödədikdə faiz sıfırdır. Yəni məsuliyyətli davranış bankla müştərinin maraqlarını birləşdirir”.
Kredit kart istifadəçiləri harda səhv edir?
Kart istifadəçilərinin əsas səhvləri haqqında danışan maliyyə eksperti deyir ki, həmin müştərilərin etdiyi bir neçə əsas səhv var:
“Bunlardan biri minimum ödənişlə kifayətlənməkdir. Bu, borcun uzun müddət yığılmasına səbəb olur. Əslində, kart yalnız təcili və qısamüddətli ehtiyac üçün nəzərdə tutulmalıdır. Daha bir səhv nağdlaşdırma əməliyyatlarından sui-istifadə halıdır. Belə olanda kartdan nağd pul çəkmək əlavə komissiya və faizlə nəticələnir.
Ən böyük səhvlərdən biri isə vaxtında ödəniş etməməkdir. Cəmi bir günlük gecikmə belə əlavə faiz və mənfi kredit tarixçəsi deməkdir. Kredit kartlarına qoyulan limitə psixoloji bağlılıq da səhv hesab oluna bilər. Bəzi müştərilər limitin “əlində olan pul” kimi düşündüyü üçün planlaşdırmadan xərcləyir. Halbuki bu, gələcəyin xərcləridir”.
Kredit kartları üçün banklara müraciət edən şəxsləri maraqlandıran suallardan biri də bankların həmin kartlara limiti necə təyin etməsidir. Müştərilər üçün bu limit necə təyin olunur? Ekspert deyir ki, banklar artıq hər müştərinin gəlirini, xərclərini, digər borclarını analiz edərək fərdi limit təyin edir ki, bununla da borclanma daha ağıllı, daha idarəolunan hala salınır.
Kredit kartları ilə aparılan əməliyyatların aparılmasının bank sektoruna təsirləri haqqında danışan İsmayıl Məmmədov vurğulayıb ki, bank sektoru kredit kartı əməliyyatlarının artımını iqtisadi aktivliyin göstəricisi kimi dəyərləndirir:
“Çünki hər əməliyyat, hər ödəniş – dövriyyədə olan pulun şəffaflaşması və vergi bazasının genişlənməsi deməkdir. Müasir bankçılıqda “riskin idarə olunması” prinsipi “riskdən qaçmaqdan” daha vacib sayılır. Yəni məqsəd kartı məhdudlaşdırmaq deyil, müştərinin onu düzgün idarə etməsinə dəstək olmaqdır. Məhz buna görə bir çox banklar, maliyyə savadlılığı proqramları həyata keçirir. Bankın ən etibarlı müştərisi o şəxsdir ki, borc almasını da, ödəməsini də düzgün idarə edə bilir”.
Maliyyəçi ekspert son olaraq əlavə edib ki, kredit kartı artıq “borc aləti” yox, maliyyə çevikliyi alətidir: “Bu, insanların həyat keyfiyyətini yüksəldir, istehlakı tənzimləyir, iqtisadi dövriyyəni sürətləndirir. Əsas məsələ odur ki, hər bir vətəndaş kredit kartına məsuliyyətli münasibət formalaşdırsın. Məsuliyyətli istifadə həm bankın sabitliyini, həm də müştərinin maliyyə təhlükəsizliyini təmin edir”.
Kredit kartlarına marağın artması – “psixoloji məsafə effekti”
Psixologiya Elmi Tədqiqat İnstitunun sədri, psixoloq Elnur Rüstəmov isə bildirir ki, insanların kredit kartlarına, bu kartlarla olan əməliyyatlara marağının artması elmdə “psixoloji məsafə effekti” ilə izah olunur:
“Bu fenomenə görə, nağd alış-veriş zamanı insanın cibindən çıxan pul konkret və görünən olduğundan o, real itkini hiss edir. Amma kart və ya rəqəmsal ödəniş zamanı pul simvolikləşib, “rəqəm” forması aldığından insanın beynində “itki ağrısı” sanki zəifləyir”.
Elnur Rüstəmov əlavə edib ki, neyroiqtisadi tədqiqatlar da qeyd edirlər ki, kartla ödəniş zamanı beynin “ağrı mərkəzi” daha az aktivləşir: “Başqa sözlə, pul xərcləməyin verdiyi narahatlıq hissi azalır, bu da insanda daha çox alışa, impulsiv xərcləməyə səbəb olur. Bundan başqa, kart sistemləri daha çox  “indiki məmnuniyyət-gələcək öhdəlik” prinsipi ilə işləyir. Yəni insanlar bu gün alış-verişdən emosional zövq alır, ödəniş isə gələcəyə ötürülür. Bu da onlarda “gecikdirilmiş məsuliyyət” effektini yaradır”.
Kredit kartları – azadlıqdan nəzarətsizliyə gedən yol
Psixoloq vurğulayıb ki, insanın şəxsiyyət tipindən, maliyyə davranışı vərdişlərindən asılı olaraq kartla ödəniş bir qismində azadlıq, başqa bir qismində isə nəzarətsizlik yarada bilər: “Belə ki, psixoloji baxımdan kartla ödəniş bir tərəfdən maddi sərbəstlik və rahatlıq hissini gücləndirir, digər tərəfdən isə nəzarətin zəifləməsi və planlaşdırmanın pozulması riskini artırır. Maliyyə intizamı zəif olan insanlarda kart istifadəsi emosional alış-veriş tendensiyasını gücləndirir. Yəni stres, yorğunluq və ya özünü mükafatlandırma ehtiyacı zamanı o insanlarda kart xərcləmələri daha impulsiv olur. Digər mühüm amil isə “təxirə salınmış reallıq” anlayışıdır. Nağd pulda büdcə limiti konkret və vizualdır, kartda isə xərcləmə sərhədi rəqəmsaldır. Bu səbəbdən bəzi insanlar borclanma riskini dərk etmədən məsrəfi artırır, nəticədə nəzarət mexanizmləri zəifləyir”.
Elnur Rüstəmov deyir ki, kart texnologiyaları həyatımızı asanlaşdırsa da, maliyyə savadlılığı və özünüidarəetmə bacarıqları inkişaf etmədiyi halda, bu rahatlıq nəzarətsizliyə çevrilə bilir: “Psixoloji cəhətdən düzgün yanaşma ondan ibarətdir ki, insan xərclərini vizual şəkildə izləsin (mobil tətbiqlərdə aylıq limitlər təyin etmək və ya “büdcə gündəliyi” aparmaq), kartı vasitə kimi, emosional “güvənlik simvolu” kimi yox, məqsədli alət kimi qəbul etsin. Xüsusən hər ödənişdən öncə “Bu alış mənim real ehtiyacımdırmı” sualını özünə versin. Sualına cavab olaraq bildirim ki, kartla ödəniş nə tam azadlıq, nə də tam risk deməkdir. Bu, davranış mədəniyyəti və psixoloji özünənəzarətin balansında olan bir mexanizmdir. Bu istiqamətdə insanları maarifləndirmək vacib məqamdır”.
Əvvəlki Yazı

Tramp Nobel Sülh mükafatın ala bilmədi – FOTO

Növbəti Yazı

“Okean Avtosalon”unda 1,5 milyon manat vergidən yayınma

EKSKLUZİV

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

17 Noyabr 2025 / 13:53
0
Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

17 Noyabr 2025 / 13:52
0
Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

17 Noyabr 2025 / 13:50
0
Əhali kəndləri niyə tərk edir? – VİDEO

Əhali kəndləri niyə tərk edir? – VİDEO

17 Noyabr 2025 / 13:48
0

XƏBƏR LENTİ

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

Əhali kəndləri niyə tərk edir? – VİDEO

Doğum, nikah, boşanma azalıb, ölüm artıb

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub

Azərbaycan adına qürur ünvanı: Raul İsmayılın uğur hekayəsi

Artım və azalmalar – Hesabat

Neft-qaz sektorunda maaşlar – Başqa maaşlardan nə qədər üstündür?

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Şanlı Apreldən Qarabağa gedən Zəfər yolu 

 Gəzlənilməyən qətlin izi ilə…

Kino Bülbüloğlunun tabeçiliyində olmayıb – Açıqlama

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Parlamentdə 3 gün ardıcıl toplaşacaq – SƏBƏB

“Müharibə qapımızdadır, amma biz kredit götürüb ev tikirik” -ŞƏRHLƏR

Sahib Məmmədovun “islahatları” AHİK-nı borca salıb -Düşünür ki, yeni seçilib

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ

Kiyevdə korrupsiya bombası partladı: 100 milyon dollarlıq izlər

Xanhüseyn Kazımlının oğlu İpoteka və Kredit Zəmanət Fondunun bahalı maşın sərgisinə çevirib: biri 160 minə 4 maşın alır

Təhsil Nazirliyindən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək

“Traktorsazi”nin prezidenti: “Biz türklər olmasaydıq, bu gün İran yox idi”

Putin TŞ-nin müşavirəsini keçirib – Lavrov müşavirəyə qatılmayıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.