Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

Oktyabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun general Raul Zeynalov da daxil olmaqla 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilməsi barədə məlumat vermişdik. “Qafqazinfo” bu dəfə cinayət işinin təfərrüatını əldə edib. Kapitanın müttəhim, generalın zərərçəkmiş kimi tanındığı işi Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyev araşdırır.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən kapitanla generalı bağlayan şabalıd alveridir. Belə ki, Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirib. Şəhərə TIR-larla çatdırılan şabalıd daha çox “Meyvəli” Ticarət Mərkəzindəki mağazalara paylanılıb. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər. Zərərçəkmişlərin dilindən desək, ölkədə şabalıd monopoliyası qurublar. Amma zabitlərin birgə alveri sonda iflasa uğrayıb.

Malların batmasına görə təqsirləndirilən şəxslə Raul Zeynalov arasında münasibətlər pozulub. Sonuncu şabalıd gətirməsi üçün verdiyi 1 milyon manatı Ayazdan geri ala bilmədiyini iddia edərək prokurorluğa şikayət edib.

Generaldan əlavə, polkovnik-leytenant da alverə pul yatırıbmış

Cinayət işində adı keçən ikinci zərərçəkmiş isə Raul Zeynalov və Ayaz Bayramovla eyni nazirlikdə şöbə müdiri işləyən polkovnik-leytenant Yasin Muradovdur. İstintaq müəyyən edib ki, Ayaz general Zeynalovdan əlavə, Yasin Muradovla da iş görüb. Muradov da şabalıd alverindən qazanc əldə etməsi üçün Ayaza 200 min manatdan artıq pul verib. Yekunda pulu batmaqla yanaşı o, nazirlikdəki vəzifəsini də itirib.

Bu da son deyil. Eyni nazirlikdə baş leytenant rütbəsi ilə işləmiş Toğrul Kazımzadə də şabalıd alverinə qoşulub aldananlardandır. O da məsələlərin üstü açılandan sonra işdən çıxarılıb.

Kazımzadənin sözlərinə görə, Ayazın birdən-birə varlanması onun diqqətini çəkib. Üstəlik, generalla işləməsi onun inamını daha da artırıb: “Kazarmada yaşayan adam idi. Birdən-birə maşın, ev aldı. Hamı bildi ki, Raul Zeynalovla işləyir. Sonra elə oldu ki, mənə də işləmək təklif etdi. Dedi ki, nə qədər pul qoysan, şabalıdın satışından olacaq

gəlirin 10 faizi sənindir. Birinci dəfə 77 min manat vermişdim. Hər dəfə pulu götürməyə bahalı maşınlarla gəlirdi. Amma bilirdim ki, o maşınlar Raul Zeynalovundur. Sonra qəfil yoxa çıxdı. Zəng edib dedi ki, guya güclü yağış yağıb, mal batıb. Ümumilikdə ona 125 min yox, 145 min manat vermişəm. Həmin puldan da cəmi 60 min qaytarıb, hazırda 84 min borcludur”.

Şüşə qəfəs arxasında əyləşən Ayaz isə Toğrulun yalan danışdığını, onu  Raul Zeynalovun öyrətdiyini deyib: “Bu adam heç bilmir nə qədər pul verib. Gah deyir 125, gah deyir 145 min… Raul Zeynalovun ssenarisi ilə danışır. Yaxşı, Toğrulu aldadırdımsa, 77 min manatını qaytarandan sonra niyə 145 min də verdi? Raul mənə demişdi ki, sənin bütün ailəni tutduracağam. Bunlar mənim üstümdən oyun oynayırlar. Birlikdə xeyli qazanmışıq, amma iş tərs gətirib axırda batdıq. Belə çıxır ki, bunlar pulu faiz kimi verirlərmiş. Toğruldan da nə almışamsa, hamısını qaytarmışam”.

İş üzrə digər zərərçəkmiş isə Cəmilə Seyidovadır. Seyidova deyir ki, Ayazı uşaqlıqdan tanıyıb, ikisi də Qəbələdə böyüyüblər. Ayazın müxtəlif vaxtlarda ondan borca pul alıb, sonradan artıqlaması ilə qaytardığını deyir. Şabalıd alverinə başlayandan sonra isə məbləğ böyüyüb, sonuncu dəfə ondan 120 min manat pul götürüb: “Heç vaxt Ayaza bu qədər pul verməzdim. Özünü varlı kimi göstərməsi məni aldatdı. “Range Rover”, “Lexus” kimi maşınlar sürürdü. Bir dəfə maşını açdı, içində külli miqdarda pul var idi. Dedi ki, bəs sən 150 min manat ver, nə qazansam, yarısı sənindir. Birinci dəfə 30 min verdim, 1 həftə ərzində artıq 3 min qaytardı.

Özünü ölkədə şabalıd monopoliyasına baxan adam kimi təqdim edirdi. Çoxlu pullar göstərib, “görürsən yerlin nə oyun çıxarır, hamısı generalların, polkovniklərin pullarıdır. Yaxında milyonçu olacağam”, – deyirdi.

Bundan sonra güvənim artdı. Oğlumun da maşınını satıb, 120 min manat da verdim. Haradasa ondan bu günə qədər 40 min qaytarıb. Sonradan öyrəndim ki, bunun hamıya borcu olub”.

Təqsirləndirilən şəxs isə xanımın dedikləri ilə qətiyyən razılaşmayıb. Onunla heç vaxt şabalıd alveri etmədiyini, pulları faizə götürdüyünü deyib: “Bu bütün pulları mənə faizə verib. Həmişə də aldığım pulu faizi ilə qaytarmışam. İndi də o birilər kimi Raul Zeynalovun ssenarisi ilə danışır. Cəmiləyə heç bir borcum yoxdur”.

Cəmilə həmyerlisi ilə mübahisə edə-edə zaldan çıxıb.

Proses gələn həftə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən Raul Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini işləyib. O, hazırda heç bir dövlət qurumunda çalışmır, biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Əvvəlki Yazı

Putin Düşənbədə Əliyevə NƏLƏR DEYİB? – İmişli detalı, Mehdiyevin “ÇEVRİLİŞ KOMANDASI”NDAKI ŞOK ADLAR

Növbəti Yazı

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.