Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Paytaxtda taksi sayına limit – qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?

Oktyabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Xəbər verildiyi kimi, qərarı baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir.

Yeni qərar taksi xidmətinin keyfiyyətinə və qiymətlərə hansı təsiri göstərəcək?

Ekspertlər bildirirlər ki, taksilərin sayının məhdudlaşdırılması bazarda keyfiyyətin artmasına, xidmət standartlarının yüksəlməsinə və yol hərəkətində nizam-intizama müsbət təsir göstərə bilər. Bununla yanaşı, mütəxəssislər limit tətbiqinin qiymətlərə artım şəklində əks olunacağı qənaətindədirlər.

Bəzi iqtisadçılar hesab edirlər ki, taksi şirkətləri və sürücülər arasında rəqabətin azalması sərnişin daşıma xidmətlərində qiymət artımına və əlçatanlığın azalmasına səbəb ola bilər. Digər tərəfdən, xidmət keyfiyyətinin yüksəlməsi və təhlükəsizlik standartlarının sərtləşdirilməsi ilə sərnişinlərin məmnunluğunun artacağı da gözlənilir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, belə bir məhdudiyyətin tətbiq olunacağı gözlənilən idi: “Qanunda açıq şəkildə yazılıb ki, aidiyyəti qurum tərəfindən Bakı şəhərində taksi minik avtomobillərinə kvota müəyyənləşdirilə bilər. Ötən müddət ərzində biz bu məsələni bir neçə dəfə müzakirə etdik, sayın 30-35 min civarında müəyyənləşdiriləcəyini gözləyirdik. Amma 25 min müəyyən edildi. Görünür, beynəlxalq təcrübə əsas götürülüb. Çünki AYNA-nın yaydığı açıqlamada da bu əks olunmuşdu. Beynəlxalq təcrübədə hər min nəfərə səkkiz taksi hesablanır.

Qərar noyabrın 1-dən qüvvəyə minir, lakin həmin müddətdən icra olunacaq deyə taksi sürücülərinin kənarda qalacağını deyə bilmərik. Çünki bunu tam həyata keçirmək üçün bir xeyli müddət lazımdır. Ən azı 3 il vaxt aparacaq. İndidən taksi sürücüləri narahat olmasınlar, əllərində icazələri varsa, rahat şəkildə işlərini görə bilərlər. Sadəcə olaraq, müəyyən bir müddətdən sonra avtomobilin ili köhnəlir, sənədlərin vaxtı bitir. Bu artırma zamanı AYNA tərəfindən bir reqlament müəyyənləşdiriləcək və növbəlilik prinsipi ilə icazələr veriləcək. Ümumilikdə hazırda 34 mindən artıq taksi sürücüsü qeydiyyatdan keçib. Onun 20 mini fiziki şəxsdir, yerdə qalanlar isə hüquqi şəxslərdir. Hər hansısa taksi parkı burada öz işini qurub, qeydiyyatdan keçib və fəaliyyət göstərir.

Hər halda, şəhər nəqliyyatı aspektindən baxsaq, bəli, burada yanaşma doğrudur. Sırf sosial məsələ kimi yanaşdıqda qərar müəyyən çətinliklər yaradacaq. Bir sıra taksi sürücüləri işsiz qala bilər. Ümid edirik ki, bu məsələ hansısa bir formada tənzimlənəcək”.

Ekspert qərarın keyfiyyət və qiymətlərə təsirindən də danışıb: “Təbii ki, taksilərin sayının azalması qiymətə də təsir göstərəcək. İndiki dövrdə də belədir. Tələbat artdıqca operatorlar qiyməti fərqli tətbiq edirlər. Gələcəkdə say məsələsi reallaşarsa, qiymətdə müəyyən artım baş verəcək.

Taksilərin keyfiyyətində isə hazırda bir problem yoxdur. Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qərar veriləndən sonra keyfiyyət xeyli yüksəlib. Köhnə maşınlar sıradan çıxıb, sürücülərin əksəriyyəti təlimlər keçib, sertifikat alıblar, imtahan veriblər. Demək olar ki, xeyli inkişaf var”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu kvota sürücülərə tətbiq edilmir, söhbət istismar olunan nəqliyyat vasitəsindən gedir: “Bu zaman fikir yaranar ki, 25 min taksidən söhbət gedirsə, deməli, 25 min sürücü nəzərdə tutulur. Lakin belə deyil, bir maşını bir neçə sürücü idarə edə bilər. Sutka ərzində bir neçə sürücü bir maşından növbəli olaraq istifadə edə bilər. Bu qərarın verilməsində məqsəd, ola bilər ki, Bakı şəhərində sıxlığın aradan qaldırılması, avtomobil axınının azaldılması və taksidə keyfiyyətin artırılmasıdır. Bu məhdudiyyət sırf Bakıya aid olan məsələdir, bütün Azərbaycana şamil olunmur.

Düşünmürəm ki, Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı qıtlıq yaranacaq. Hazırda paytaxtda 30 mindən çox taksi fəaliyyət göstərir. Bir anda onların sayı azalmayacaq və dərhal qadağalar qoyulmayacaq. Mərhələ ilə 25 minlik kvotaya gəlinəcək.

Əgər taksi çatışmazlığı olmayacaqsa, hesab etmirəm ki, qiymətlər qalxacaq. Taksi qiymətləri dəyişən tarifdir. Qar yağanda qiymət yüksəlir, bayram günlərində iş olmayanda qiymət düşür. Dəyişən tarif sistemi qalacaq. Lakin ola bilər ki, hansısa taksi şirkətləri bu fürsətdən istifadə edib, süni şəkildə qiyməti qaldırsınlar, lakin buna imkan vermək olmaz”.

Əvvəlki Yazı

Ən zərərli yağların ölkədə satışı artır – xəbərdarlıq

Növbəti Yazı

Ramiz Mehdiyevin çevrəsi və yaxınları təlaş içində: hamı mülklərini, torpaqlarını satışa çıxardı – notariuslara tapşırıq gəldi

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.