Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Qədim türklərin unudulan adəti, Musa Qasımlının dəyişən siması…

Oktyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Qədim türklərin çox gözəl bir adəti varmış: Yeni doğulan körpəyə dərhal ad qoymazlarmış, gözləyərmişlər vu insan özünü hası cəhətdən göstərərmişsə, uğuru, yaxud qüsuru nəylə bağlı olarmışsa adı da ona uyğun seçərlərmiş Zaman keçdikcə bu adət unudulub, tamamilə itib. Düzdür xalq yenə də tarixi yaddaşından gələn instinktlə rəsmi adlara həmin şəxslərin əməlinə, şəxsi keyfiyyətlərinə uyğun ayamalar qoşub. Amma bu durumu tam ehtiva etmir. Təəssüf… Bax qədim türklərin o adəti qalsaydı yəqin bu gün tarixşünaslığa, parlamentə özünü pərçim edən Qasımlı soyadlı şəxsin adı Musa olmazdı. Ən azından tarixdə Fironla haqqa görə üz-üzə gələn, simasını, mövqeyini dəyişməyən, mübarizə və ləyaqət simvolu olan Musa peyğəmbərin adına görə!… Sərt oldu, bir az, əziz oxucu? Məncə yox, az oldu…
Bu gün ölkə gündəminin əsas mövzusu olan Ramiz Mehdiyev məsələsindən başlayaq. Demək 2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub. Biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA-nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”. O yazır: “Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkisafı ilə bağlı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin olduğu danılmazdır”. Azərbaycanın yaxın tarixi ilə azdan-çoxdan məlumatlı şəxs bilir ki, Heydər Əliyev vəzifədən getdikdən sonra ona qarşı açıq çıxış edənlərdən biri məhz Mehdiyev olub və onun “politiçeyskiy trup” ifadəsi çoxlarının yaddaşındadır. Amma cənab Qasımlının bundan xəbəri yoxmuş…
Bu xəbərsiz tarixşünas bir az da qabağa gedib həmin məqaləsində yazır: “1980-ci illərin sonlarında Ermənistandan – tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmağa, onların suallarını cavablandırmağa mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi.” Yalanın bu qədəri də olmaz, axı. Elə həmin dövrdə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına milli düşüncəli alimlərin etirazını Ramiz Mehdiyev “Bu vahid sovet ailəsinə qarşı təxribat, milli ədavət yaratmaqdır deyə” yatırtmaq istəyib. Elə həmin iclasda gənc alim İsa Qəmbərovun “Ermənilər Azərbaycan torpaqlarını ələ keçirəcəksə, xalq sizi birdəfəlik siləcək” cümləsi də hər kəsin yadındadır. Amma cənab Qasımlı bunları bilməz, çünki o zaman özünə başı də sovet ideologiyasını təbliğ edən tarixi araşdırmara qarışmışdı. Amma İsa bəyi xatırlamamış olmaz. Axı Qasımlı heç zaman milli demokratik düşərgədə olmadan birdən birə qatı Müsavatçıya çevrilmişdi. 2003-cü il oktyabrın 14-də yaxınlarına “İsa bəyin yanında olun, iki gün sonra gec olacaq” deyən bu şəxs, oktyabrıjn 17-də Lider kanalında İlham Əliyevin seçki qələbəsindən ağızdolusu danışırdı. Özünü Ramiz Mehdiyev komandasından bilməyən Qasımlı unudur ki, onun izni olmadan nə Akademiyanın müxbir üzvü olmaq olardı, nə də inistut direktoru. Bütün bunları əlbəttə ki, bilir və Mehdiyevin ona verdiyi çörəyin də fərqindədir. Amma 2003-də Müsavata olduğu kimi, indi də Mehdiyevə xəyanət edənlərin, dünən dediyini bu gün dananların başında məhz Qasımlı gəldi…

Parlamentin ikinci şəxsi olmaq mövqeyinə gedən yol belə əməllərdən keçib. Adam bütün situasiyalarda mövqeyini və sözünü dəyişməklə bir pillə də yüksələcəyindən o qədər əmindir ki, seçildiyi Yardımlı rayonu belə umurunda deyil. Yardımlı rayonu tükənib, reanimasion durumdadır, əhali kəndləri tərk edib, iş yerləri yoxdur, o boyda turizm potensialı olan rayonda bir dənə də olsun şərait yaradılmayıb, rayonda 1 işıqfor var, onun da ancaq sarı işığı yanır. Axı sən alimsən, bu boyda mandat hərisliyi nəyə lazımdır?! Axı səndə Yardımlının problemlərini həll etməyə, rayonun inkişafı üçün inqilabi addımlar atmağa güc-iradə yoxdur, dişə vurulası bircə cəsarətli çıxışın da gözə dəymir. İncimə cənab Qasımlı gedib meşədə, təbitə qoynundan özünə xudmani villa tikdirməklə deyil ki… Demək bu şəxs 2023-cü ildə bir dəfə cəsarətlənib parlamentin iclasında “Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi. 2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir” deyib. Elə dərhal da Təhsil Nazirliyi tərəfindən cavabın alıb: ““Təəssüf edirik ki, deputat Musa Qasımlı məktəb barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yanlış təəssürat yaradıb. Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat “Reyhan MMC” tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur”. Bu şəxs, deputatı olduğu yox eee, doğulduğu mahaldan da xəbərsizmiş….
Bütün bunlardan sonra XII əsrdə yaşamış filosof İbn Rüşdün bir fikrin xatırlatmaq yerinə düşər: elm nüfuzunu, alim isə ağlını itirdikdə zərər görən – ziyan çəkən insan, cəmiyyət və dövlət olur. Amma müasir təcrübə həm də “alim” adının arxasına sığınaraq, adi məmur hikkəsi ilə ziyanlı fəaliyyət göstərməklə dövlətə zərər verməyə çalışanların da mənfi nümunəsini göstərir…
Nəsimi Şərəfxanlı

Əvvəlki Yazı

Regional əməkdaşlıq nümunəsi

Növbəti Yazı

Ağ xalatlı “əzrayıl” – Sənan Mehdiyev cəzadan necə yayınır?

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.