Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Qərəz, nifrət və təxribat: Kabanovun Azərbaycana qarşı növbəti hücumu

Oktyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb.

Kabanovun son yazısı təkcə jurnalistikanın etik prinsiplərini pozmur, həm də açıq şəkildə Azərbaycana qarşı qərəzli və təxribatçı ritorika nümayiş etdirir.

Musavat.com xəbər verir ki, o, Rusiya vətəndaşının – “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıxın saxlanılmasını və sonradan mübadiləsini Azərbaycanı aşağılamaq, ölkəmizi “girov saxlamaq” kimi təqdim etmək üçün istifadə edib.

Əslində isə söhbət Azərbaycanın suveren hüquqlarını həyata keçirməsindən, milli təhlükəsizlik maraqlarını qorumasından gedir.

YEOQR.jpg (49 KB)

Azərbaycan Respublikasında həyata keçirilən hüquqi addımlar tam qanun çərçivəsində, dövlət təhlükəsizliyini təmin etməyə yönəlib. Hər bir dövlətin, o cümlədən Rusiyanın da hüquq-mühafizə orqanları xarici təsir, casusluq və yaxud qanunsuz maliyyə əməliyyatları şübhəsi doğuranda dərhal tədbir görür. Azərbaycanda da bu proses eyni prinsiplərlə aparılıb. Kabanovun yazdığı kimi, “rusların əsir saxlanılması” barədə ittiham absurddur, çünki söhbət heç bir əsirlikdən deyil, konkret cinayət işindən gedir.

Kabanovun ritorikasında sovet dövründən qalan təkəbbürlü ton açıq görünür. O, Azərbaycanı “Zaqafqaziyalı dostlar” adlandıraraq, xalqa qarşı alçaldıcı ifadələr işlədir, rus cəmiyyətində köhnə imperiya təsəvvürlərini diri saxlamağa çalışır. Bu cür yanaşma jurnalistika deyil, açıq siyasi təxribatdır.

O, faktlara əsaslanmır, heç bir sübut təqdim etmir, yalnız stereotiplər üzərində manipulyasiya aparır. Halbuki Azərbaycan müstəqil dövlətdir, onun hüquq sistemi Rusiya vətəndaşlarını da eyni qaydada qanun qarşısında məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir.

Kabanovun arqumentləri həm məntiq, həm də etik baxımdan kökündən yanlışdır.

Birincisi, o, hüquqi prosesi istisna edir və məhkəmənin qərarına qədər şəxsi təqsirkar elan edir. Bu, həm beynəlxalq hüquq, həm də media etikasına ziddir. İkincisi, o, Azərbaycanı etnik əsasda hədəf alır, “etnik cinayətkarlıq” kimi ifadələr işlədərək, azərbaycanlılara qarşı nifrət dili formalaşdırır.

Bu isə Rusiyada yaşayan milyonlarla azərbaycanlının heysiyyatına toxunmaqla bərabər, iki ölkə arasında münasibətlərin zədələnməsinə yönəlib.

AAAAAAA.jpg (103 KB)

Azərbaycanın həyata keçirdiyi əməliyyatlar heç bir halda “dostluğa zidd” deyil, əksinə, dövlətlərarası münasibətlərdə hüquq və məsuliyyət prinsipinin qorunmasına xidmət edir.

Əgər Rusiya da bu prinsipləri eyni səmimiyyətlə tətbiq etsəydi, bu gün beynəlxalq səviyyədə informasiya manipulyasiyasına bu qədər yol verilməzdi. Azərbaycan hər zaman hüquqi və diplomatik münasibətlərdə açıq və şəffaf siyasət yürüdüb.

Kabanovun yazısında “dost Bakı əsirliyindəki ruslar” ifadəsi isə xüsusilə təxribatdır. Bu, dövlətlərarası münasibətlərə kölgə salmaq, ictimai rəydə Azərbaycana qarşı düşmənçilik formalaşdırmaq məqsədi daşıyır.

Halbuki Bakıda heç kim əsir deyil, cinayət işinə cəlb edilən şəxslər qanunla müəyyən edilmiş qaydada istintaqa cəlb olunublar.

Rusiyalı təbliğatçıya və onun kimi qərəzli “yazarlar”a xatırlatmaq lazımdır ki, Azərbaycan heç bir dövlətin tabeçiliyində deyil, onun qərarlarını Moskvada, Brüsseldə və ya Vaşinqtonda diktə edən yoxdur.

Azərbaycan qanunları burada yaşayan və fəaliyyət göstərən hər bir şəxs üçün bərabər tətbiq olunur. Əgər kiminsə fəaliyyəti dövlətin təhlükəsizlik maraqlarına ziddirsə, o zaman hüquqi ölçü götürülməsi ən təbii addımdır.

BAKU EN SON.jpg (244 KB)

Kabanovun yazısının məqsədi açıq-açığına Azərbaycana qarşı informasiya hücumu yaratmaq, ölkənin beynəlxalq imicini ləkələmək və ictimai rəydə çaşqınlıq yaratmaqdır. Lakin bu cür manipulyasiyalar artıq effekt vermir. Azərbaycan cəmiyyəti təxribatları tanımağı çoxdan öyrənib, Kabanov kimi köhnə təbliğatçılar isə öz nifrət və qərəz ritorikası ilə sadəcə Rusiyanın reputasiyasına zərbə vururlar.

Azərbaycan dövləti öz vətəndaşını da, ərazisini də, informasiya məkanını da qorumaqda qətiyyətlidir. Heç bir qərəzli yazı, heç bir köhnə imperiya təfəkkürü bu həqiqəti dəyişə bilməz. Kirill Kabanovun yazısı isə sadəcə bir daha göstərir ki, bəzi rus təbliğat dairələri hələ də müstəqil və azad Azərbaycan reallığı ilə barışa bilmirlər. Ancaq onlar da gec-tez həqiqəti dərk edəcəklər. Kabanovun kaba davranışları isə özlərinə zərər verəcək…

Musavat.com

Əvvəlki Yazı

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

Növbəti Yazı

Rusiyada daha bir azərbaycanlı iş adamı qondarma maddələrlə həbs olundu – FOTO

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.