Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

SOS! Qış gəlməmiş dəm qazı fəlakəti başladı – əhaliyə xəbərdarlıq

Oktyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

“Səssiz qatil” işə düşdü, Gəncədə bir ailə zəhərləndi – ekspertlər bu faciədən çıxış yollarını açıqladı

Havaların soyuması ölkə üzrə qış istilik rejiminə keçidi yaxınlaşdırır. Bu isə xüsusilə kombi sistemi olmayan mənzillərdə və fərdi evlərdə qaz sobalarının yenidən işə salınması deməkdir. Təəssüf ki, hər il eyni mənzərə ilə qarşılaşırıq: payız-qış mövsümü başlayar-başlamaz “səssiz qatil” adlandırılan dəm qazı insanların həyatına son qoyur.

Bütün xəbərdarlıqlara, maarifləndirici kampaniyalara baxmayaraq, bu ilin soyuq mövsümünə də faciə xəbərləri ilə daxil olmuşuq. Artıq Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əminə Səmədova və onun üç azyaşlı övladı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əfsus ki, payızın ilk aylarından belə hadisələrin sayı artır və hər il bu dövr “dəm qazı fəsli”nə çevrilir. Məsələ təkcə fərdi məsuliyyətsizliklə izah olunmur – burada həm texniki, həm sosial, həm də maarifləndirmə problemləri var.

Mütəxəssislərin fikrincə, dəm qazından zəhərlənmə hallarının çoxalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, qaz sobalarının və qazanların köhnəlməsi, texniki cəhətdən yoxlanılmaması faciələrin əsas qaynağıdır. Sobalarda qaz tam yanmadıqda karbonmonoksit – ölümcül qaz əmələ gəlir. Rəngsiz və qoxusuz olan bu qaz hiss olunmur və çox qısa zamanda ölümə səbəb olur.

Digər vacib amil ventilyasiya sistemlərinin işləməməsidir. Bir çox evlərdə, xüsusilə də hamam və mətbəxlərdə havalandırma kanalları ya yoxdur, ya da bağlanıb. Soyuq havalarda bəzi insanlar ventilyasiya deşiklərini örtür, bu isə qazın toplanmasına şərait yaradır. Qaz cihazlarının qeyri-peşəkar quraşdırılması da təhlükəni artırır.

Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, dəm qazından zəhərlənmə əsasən texniki şərtlər gözlənmədikdə baş verir: “Dəm qazından zəhərlənmə əvvəllər daş kömür sobalarında baş verirdi. Zəhərlənmə ondan ayrılan karbon oksid vasitəsilə reallaşırdı. Bundan əlavə, müxtəlif qaz sobalarından istifadə zamanı texniki şərtlər gözlənilmədikdə də zəhərlənmə olur. Dəm qazı nəfəs aldıqda iy hiss etmədiyimiz, selikli qişada qıcıqlanma törətməyən bir qazdır. Nəfəs yolları ilə bədənə daxil olur, daha sonra hemoqlobini özünə birləşdirir və karboksihemoqlobin əmələ gətirir.

Karboksihemoqlobin əmələ gətirdiyinə görə hemoqlobin artıq oksigeni özünə birləşdirə bilmir. Müəyyən miqdardan sonra toxumalar oksigensiz qalır. Problemin mahiyyəti budur. Orqanizmdə həyati funksiyaları saxlamaq imkanına qədər hemoqlobin qalıbsa, həmin insanlar sağ qala bilir. Əgər bütün hemoqlobin birləşirsə, belə xəstələr ayılmırlar”.

“Azəriqaz” İstehsalat Birliyinin sabiq şöbə rəisi Nüsrət Qasımovun sözlərinə görə, dəm qazından zəhərlənmə hallarının böyük əksəriyyəti hamamlarda baş verir ki, bunun da səbəbi var: “Səbəb budur – tüstü bacaları təmizlənmir. Tüstü bacaları evin damından yarım metr hündürlükdə olmalıdır. Həmçinin başında xüsusi qoruyucusu olmalıdır ki, gəmiricilər içinə girməsin, quşlar yuva qurmasın. Buna heç kim məhəl qoymur. Ümumiyyətlə, əhaliyə başa salan yoxdur ki, tüstü bacaları necə təmizlənməlidir. Bu barədə əhali maarifləndirilməlidir”.

Ekspert bildirir ki, havalandırma sisteminə də diqqət etmək lazımdır: “Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin dəm qazı gözü acışdırır. Hamam otağında digər təsirlərdən bunu hiss etməyə bilərsiniz. Ona görə də hamam otağının ölçülərinə də diqqət etmək lazımdır. Hamamın həcmi 7.5 kubmetr olmalıdır. Hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında deşiklər olmalıdır. Səbəb də xaricdən havanın daxil olaraq, yanma prosesinə kömək etməsidir. Havalandırma elə işləməlidir ki, 1 saatda 3 dəfə içərinin havası dəyişsin. Heç kim bu normativlərə fikir vermir. Eyni zamanda vətəndaş özü qaz sobasını qurmalı deyil. Bunun üçün də ustalar var. Qazla məşğul olan ustaların da lisenziyası olmalıdır. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənib ölür.

Bundan başqa, qaz cihazı olan yerdə mütləq qaz sızması və dəm əleyhinə dedektor qoyulmalıdır. Dəm qazı əleyhinə olan dedektor dəm qazı əmələ gələndə bu barədə istifadəçiyə siqnal verir, istifadəçi də otaqda dəm qazının olduğunu bilir. Bu zaman dərhal otaqlar havalandırılmalıdır. Qaz sızmasının əleyhinə olan detektor isə qaz sızma zamanı anında qazın təchizatını dayandırır, istifadəçi bu barədə məlumatlı olur”.

Əvvəlki Yazı

Rusiyada daha bir azərbaycanlı iş adamı qondarma maddələrlə həbs olundu – FOTO

Növbəti Yazı

Neft su qiymətinə – Azərbaycan üçün risklər

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.