Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir

Oktyabr 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Xeyli müddətdir Göygöl rayon sakini Mövlayev Namiq Sədir oğlunun hüquqlarının pozulması ilə bağlı ölkə mediasında xəbərlər yayılır.
Bu gün Mediaxeberleri.Az-a Göygöl rayon sakini Mövlayev Namiq Sədir oğlunun Prezident İlham Əliyevə müraciəti daxil olub.
Müraciəti olduğu kimi dərc edirik:
Möhtərəm Cənab Prezident,
Sizin, ölkəmizdə həyata keçirdiyiniz böyük transformasiya və islahatlara, vətəndaşların hüquq və ədalət mühafizəsinə daim rəğbət bəsləyən bir vətəndaş kimi, özümün və ailəmin talehini alt-üst edən ağır bir ədalətsizlik və hüquq pozuntusu barədə müraciət etməyə məcbur olmuşam.
2023-cü ildə imzaladığınız Sərəncamla, qaz təsərüfatında təhlükəsizlik müayinələrinin aparılması vəzifəsi “Azəriqaz” İstehsalat Birliyinə tapşırıldı. Lakin, təəssüflər olsun ki, Birlik tərəfindən Sizin fərman və sərəncamlarınızda nəzərdə tutulan böyük məsuliyyət, lazımi texniki və kadr təminatı olmadan, ixtisassız fəhlələrin, o cümlədən mənim çiyinlərimə qoyuldu. Bizlərə nə xüsusi ölçmə cihazları verildi, nə də bu qədər mürəkkəb məsuliyyəti daşımaq üçün kifayət qədər ixtisas artırma təlimi keçirildi. Ancaq sistemdən qaynaqlanan bu çatışmazlıqların bütün ağır nəticələri və cəza tədbirləri indi yalnız və yalnız biz, sahədəki işçilərin fərdi məsuliyyətinə yazılır.
Bu vəziyyətin ən ağır nümunəsi ilə indi üz-üzəyəm. Göygöl rayonunda baş verən və 4 nəfərin faciəvi ölümü ilə nəticələnən hadisə ilə bağlı mən, yalnız vizual yoxlama həyata keçirə bilən bir nəzarətçi kimi, “vəzifə borcunu pozmaqla” ittiham olunaraq həbs təhlükəsi altındayam. Halbuki, istintaq tamamilə səthi və qərəzlidir.
Ona istinad edirlər ki, mən 7 ay əvvəl aparılmış yoxlamada nöqsanları qeydə almamışam. Lakin, həmin gecə ölümlərin real səbəbi mənim yoxlamamla deyil, zərərçəkənlərin yüksək dozada spirtli içki və narkotik vasitə qəbul etməsi ilə əlaqədardır. Bu bir tibbi fakt olmalı idi, lakin istintaq bu istiqamətdə heç bir ciddi araşdırma aparmır. Əksinə, hadisə yerində heç bir dəm qazı əlaməti olmadığı, hətta zirzəmi qapısının açıq olduğu şahidlər tərəfindən təsdiq edildiyi halda, bütün diqqət yalnız mənim üzərimə cəmlənib.
Daha ağırı odur ki, qanında etil spirt aşkarlaya bilməyən bir tibbi ekspertin və əli cibində gəlib rüşvət alıb yalnız “vizual baxış” əsasında verdiyi qərəzli rəy, istintaq orqanı tərəfindən mənə qarşı yeganə “texniki sübut” kimi istifadə olunur. Məni həbs etmək istəyənlər, ölümün real səbəbini araşdırmaq əvəzinə, asan hədəf olan bir sahə işçisini günah keçisi etməyə çalışırlar. Sistemin çatışmazlıqlarının, qeyri-kafi təchizatın və ixtisassız kadrların yaratdığı problemlər hamısı ilə yalnız mən hesablaşıram.
Cənab Prezident,
Sizin dəfələrlə vurğuladığınız kimi, qanun qarşısında hər kəs bərabərdir və ədalət hər bir vətəndaş üçün əlçatan olmalıdır. Bu hadisə ilə bağlı ədalət yalnız o vaxt bərpa olunar ki, həqiqi səbəblər – narkotik və spirtin təsiri, ev sahiblərinin qanunsuz quraşdırmaları və nəhayət, qaz təsərüfatındakı sistem çatışmazlıqları – tam və tərəfsiz şəkildə araşdırılsın. Mən isə, öz vəzifə borcunu vicdanla yerinə yetirmiş bir işçi kimi, yalnız sistemin qüsuru üçün cəzalandırılmaq istənirəm.
Xahiş edirəm, mənim taleyimdə olduğu kimi, digər əməkdaşlarımızın da taleyi sistemin qüsurlarının qurbanı olmasın. Bu məsələyə şəxsi müdaxiləniz və aidiyyəti qurumlara göstərişiniz çox sayda ailələri fəlakətdən xilas edə bilər. Sizin bu məsələni nəzarətə götürməniz və yenidən, tərəfsiz bir istintaqın aparılması, həqiqi günahkarların məsuliyyətə cəlb edilməsi və məsum bir vətəndaşın həbs olunmaqdan xilas edilməsi üçün lazımi tədbirlər görülməsini sizdən xahiş edirəm.

Hörmət və ehtiramla,
Mövlayev Namiq Sədir oğlu
Vəzifə: “Azəriqaz” İB-nin işçisi
Ünvan: Göygöl rayonu, N. Nərimanov küç., ev 72
Telefon: 0556183095

Əvvəlki Yazı

İrəvan Azərbaycan Prezidentinin bəyanatını alqışladı

Növbəti Yazı

Partiya sədrindən dərin siyasi TƏHLİL – Tramp “Şər yuvası”nı dağıdır

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.