Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

“LUKOİL” BİTDİ? – Vahid Ələkbərovun neft imperiyasına sarsıdıcı zərbə

Oktyabr 30, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

12 Noyabr 25 / 12:07
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Putinin Ukraynadakı müharibəyə son qoymaq istəməməsi səbəbindən Rusiyanın ən nəhəng iki neft şirkətinə – “Rosneft” və “Lukoil”-ə sanksiyalar tətbiq edib. Bu sanksiyalar indiyədək Rusiyaya qarşı yönəldilən ən ağır və ağrılı sanksiyalardan biri hesab olunur.

Xüsusilə “Lukoil”-in bu sanksiyalardan daha ciddi zərbə alacağı bildirilir. Qeyd edək ki, zatən Ukrayna PUA-larının tez-tez baş verən hücumlarından ən çox ziyan çəkənlərdən biri məhz “Lukoil”-in neft infrastrukturu, zavodları və anbarlarıdır. Sanksiyalar isə şirkətin vəziyyətini daha da ağırlaşdırır.

Qərb mətbuatı yazır ki, bu sanksiyalar Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun neft səltənətinə son qoya bilər. Məsələn, “Forbes”-in iddiasına görə, 28 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı neft maqnatı olan Vahid Ələkbərovun onilliklər ərzində qurduğu neft imperiyası, son aylarını yaşayır. Qeyd olunur ki, ABŞ sanksiyalarına məruz qalan və Ələkbərovun 28% paya sahib olduğu “Lukoil”, 11 ölkədəki xarici aktivlərini məcburən satmağa başlayır: “Bunlara Bolqarıstan, Rumıniya və Hollandiyadakı neft emalı zavodları, Avropa Birliyindəki yanacaqdoldurma məntəqələri şəbəkəsi və Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Latın Amerikası, Qərbi və Mərkəzi Afrikadakı istehsal müəssisələri daxildir”. 

Şirkətin keçmiş top meneceri isə “Politico” nəşrinə açıqlamasında deyib ki, “Lukoil bitdi”. O, xarici aktivləri olmadan “Lukoil”-in gəlirinin 30%-ni itirəcəyini təxmin edir. Keçən il şirkətin gəlirləri 8,4 trilyon rubla çatmışdı ki, bunun da 1 trilyondan çoxunu “Lukoil” səhmdarlara ödəyib: “Neft sənayesi mütəxəssisinin nəslindən çıxan və SSRİ-nin Neft Sənayesi nazirinin son müavini olan Vahid Ələkbərov şəxsən ötən 2 milyard dollardan çox pul qazanıb. O, 1990-cı illərin səhm müqabilində kredit hərraclarından sonra varlanıb”.

“Sanksiyalar və məcburi satışlar səbəbindən indi “Lukoil” ümumi karbohidrogen istehsalının 15-17%-ni itirə bilər”. Bunu isə “Alfa Bank”-ın analitikləri bildiriblər. Onlar qeyd ediblər ki, “Lukoil” öz neftinin 6,5%-ni və qazının demək olar ki, tam yarısını xaricdə istehsal edir. 5000 yanacaqdoldurma məntəqəsi şəbəkəsini təmin edən xaricdəki neft emalı zavodları isə “Lukoil”-in ümumi neft emalı həcminin dörddə birini təşkil edir. “Alfa Bank” xəbərdarlıq edir ki, xarici aktivlərin itirilməsi “Lukoil”-in maliyyə göstəricilərinə çox əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirir ki, Ələkbərov təxminən 10 milyard dollar dəyərində neft emalı zavodlarını, yanacaqdoldurma məntəqələrini və neft yataqlarındakı paylarını demək olar, dəyər-dəyməzinə satmalı olacaq. “Kasatkin Consulting” şirkətinin başçısı Dmitri Kasatkinin sözlərinə görə, “Lukoil” Rusiyaya “dost olmayan” ölkələrin yurisdiksiyalarındakı aktivlərinə 70%, neytral və dost yurisdiksiyalarda isə 50%-ə qədər endirim təklif etmək məcburiyyətində qalacaq.

ABŞ Xəzinədarlığı tərəfindən verilən lisenziyaya əsasən, “Lukoil” bütün əməliyyatları 21 noyabr tarixinə qədər başa çatdırmalıdır. Lakin hər şeyi bir ay ərzində satmaq qeyri-realdır. Kasatkinin sözlərinə görə, bu cür aktivlərin satışı üçün tipik müddət 6-12 aydır. Ona görə də “Lukoil” böyük ehtimalla lisenziyanın uzadılması üçün müraciət edəcək. Lakin bu müraciətə müsbət cavab veriləcəyi ehtimalı çox deyil.

Mütəxəssislər bununla yanaşı, hesab edirlər ki, “Lukoil”-in İraq, Qazaxıstan və Azərbaycandakı böyük istehsal müəssisələri onun mülkiyyətində qala bilər. Məsələn, Qazaxıstanın “Tengizchevronoil” şirkəti və “Lukoil”-in Xəzər Boru Kəməri Konsorsiumundakı payı ABŞ sanksiyalarından azad edilib. İraqda isə “Lukoil” Qərbi Qurna layihəsində qalmaq üçün payını azaltmağa məcbur olacaq. Qeyd olunur ki, çox şey şirkətin fəaliyyət göstərdiyi ölkələrin siyasi iradəsindən və Ələkbərova münasibətindən asılı olacaq.

“Lukoil”-in Rusiyada istehsal etdiyi və sonra Hindistana və Çinə ixrac etdiyi neftə gəldikdə isə onun gələcək taleyi 2026-cı ilin əvvəlinə qədər qeyri-müəyyən olaraq qalacaq. Çinə tədarük yəqin ki, davam edəcək, lakin hazırda ABŞ ilə ticarət danışıqları aparan Hindistanla problemlər yarana bilər. Çünki ABŞ Hindistanla anlaşmanın açıq şəkildə şərtlərindən birinin Rusiya neftindən imtina etmək olduğunu bildirib.

Son məlumatlara görə, “Lukoil” neft şirkəti xarici aktivlərini beynəlxalq əmtəə treyderi “Gunvor”-a satacaq. Bu barədə “Lukoil”-in rəsmi məlumatı yayımlanıb. Təklif olunan satınalma sanksiyalar səbəbindən satışa çıxarılan “LUKOIL International GmbH”-nin 100%-nə aiddir. Onun dəyəri 3-4 milyard dollar qiymətləndirilir. “Gunvor” 1997-ci ildə İsveçli iş adamı Thorbjorn Tornqvist və Vladimir Putinin yaxın adamı milyarder Gennadi Timçenko tərəfindən təsis edilib. Şirkət uzun müddət xaricdə Rusiya neftinin ən böyük satıcısı və dünyanın ən böyük üç neft treyderindən biri idi. Krımın ilhaqından sonra, ABŞ sanksiyalarının tətbiqi ərəfəsində Timçenko bütün səhmlərini tərəfdaşına satıb. ABŞ Maliyyə Nazirliyi isə iddia edir ki, Putinin hələ də “Gunvor-a çıxışı var. Bu isə yenə gözlənilən alış-verişi sual altına alır.

Bütün bunlar “Lukoil”-i olduqca ağır günlər gözlədiyindən xəbər verir. Şirkətin bu zərbələrdən nə qədər böyük itkilərlə çıxacağını, ümumiyyətlə, bu neft imperiyasının davam gətirə bilib-bilməyəcəyini yaxın aylarda görəcəyik.

C.Məmmədli

“AzPolitika.info” 

Əvvəlki Yazı

NATO ölkəsindən Kremlə xəbərdarlıq: “PUTİN BUNU ETSƏ, BİZ DƏ MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”

Növbəti Yazı

Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR

EKSKLUZİV

Azərbaycan adına qürur ünvanı: Raul İsmayılın uğur hekayəsi

Azərbaycan adına qürur ünvanı: Raul İsmayılın uğur hekayəsi

17 Noyabr 2025 / 13:40
2
Artım və azalmalar – Hesabat

Artım və azalmalar – Hesabat

17 Noyabr 2025 / 13:37
0
Neft-qaz sektorunda maaşlar – Başqa maaşlardan nə qədər üstündür?

Neft-qaz sektorunda maaşlar – Başqa maaşlardan nə qədər üstündür?

17 Noyabr 2025 / 13:35
0
Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

17 Noyabr 2025 / 13:32
0

XƏBƏR LENTİ

Azərbaycan adına qürur ünvanı: Raul İsmayılın uğur hekayəsi

Artım və azalmalar – Hesabat

Neft-qaz sektorunda maaşlar – Başqa maaşlardan nə qədər üstündür?

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Şanlı Apreldən Qarabağa gedən Zəfər yolu 

 Gəzlənilməyən qətlin izi ilə…

Kino Bülbüloğlunun tabeçiliyində olmayıb – Açıqlama

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Parlamentdə 3 gün ardıcıl toplaşacaq – SƏBƏB

“Müharibə qapımızdadır, amma biz kredit götürüb ev tikirik” -ŞƏRHLƏR

Sahib Məmmədovun “islahatları” AHİK-nı borca salıb -Düşünür ki, yeni seçilib

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ

Kiyevdə korrupsiya bombası partladı: 100 milyon dollarlıq izlər

Xanhüseyn Kazımlının oğlu İpoteka və Kredit Zəmanət Fondunun bahalı maşın sərgisinə çevirib: biri 160 minə 4 maşın alır

Təhsil Nazirliyindən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək

“Traktorsazi”nin prezidenti: “Biz türklər olmasaydıq, bu gün İran yox idi”

Putin TŞ-nin müşavirəsini keçirib – Lavrov müşavirəyə qatılmayıb

İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar

Almaniya müharibəyə hazırlaşır – Yeni “Hərbi Plan” razılaşdırıldı

Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndində

Simonyandan Xocalı canilərinə ağır sözlər

Türkiyə polisi 11 ölkə ilə HƏRƏKƏTƏ KEÇDİ: Siyahıda Azərbaycan da var

“Azərsilah”ın zavodunda partlayış olub, bir nəfər ölüb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.