Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir – İDDİA

Oktyabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

12 Noyabr 25 / 12:07
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53

Sanksiyalar tətbiq edilən şirkətin Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası fəaliyyət göstərir – SOCAR rəhbəri “Qazprom”un sədri ilə niyə görüşüb?

“Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı Azərbaycan tərəfi ilə həm yüksək, həm də işçi səviyyədə dialoq aparır”. “İnterfax”  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Hazırda gərgin iş gedir. Prezident bütün bu məsələləri qaldırıb və onlar işçi səviyyəsində qaldırılır. Dialoqumuzu davam etdiririk”, – Peskov Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi üçün Rusiyanın gördüyü tədbirlərlə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Vladimir Putinin Bakıya zəngindən sonra Bakı məhkəməsi saxlanılan Rusiya vətəndaşlarının həbs müddətini daha 3 ay uzadıb. Bu da Rusiya ilə müzakirələrdə prioritet mövzunun heç də həbsdəkilərlə bağlı olmadığını göstərir. Çünki indi Rusiyanın əsas gündəmi Azərbaycanda da fəaliyyəti olan neft-qaz şirkətlərinə ABŞ-nin tətbiq etdiyi sanksiyalarıdır. “Lukoil” artıq rəsmi press-relizdə bildirib ki, yaranmış vəziyyətlə əlaqədar beynəlxalq aktivlərini satır.

“Lukoil”in satmaq niyyətində olduğu konkret layihələr və aktivlər hələ açıqlanmayıb. Bunlara onun “Şahdəniz” layihəsindəki payı, Azərbaycandakı yanacaqdoldurma məntəqələri şəbəkəsi, yoxsa ölkəmizdə yerləşən neft bazasının daxil olduğu hələ dəqiqləşdirilməyib. “Lukoil”in “Şahdəniz” yatağındakı payı formal olaraq sanksiyalardan azaddır, lakin bu, aktivlərin satılmamasına zəmanət vermir. “Lukoil” Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası ilə fəaliyyət göstərir.

İqtisadi sektordan məlumatlı olan mənbənin bildirdiyinə görə, yaxın günlərdə“Lukoil”in səhmlərinə nəzarət paketinə sahib olan Vahid Ələkbərovun Bakıya gələcəyi  gözlənilir. Təbii ki, bu, qeyri-rəsmi səfər xarakteri daşıya, informasiya yayılmaya bilər. Maraqlıdır ki, bu ərəfədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Sankt-Peterburqda “Qazprom”un sədri Aleksey Millerlə görüşüb. “Qazprom” bu barədə məlumat yaysa da, digər təfərrüatlar bəlli deyil.

Bəs Rusiya  şirkətləri ilə alqı-satqı alınacaqmı? Kreml sözçüsünün həbsdəkilərin azadlığı ilə müzakirələr aparılması barədə açıqlaması daha çox nəyə hesablanıb?

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında son 9 ayda yaşanan Rusiya-Azərbaycan münasibətlərindən söz açdı: “Rusiya-Azərbaycan münasibətlərində prezidentlərin Düşənbə görüşündən sonra gərginliyin aradan qaldırılması istiqamətində addımlar atılmağa başladı. Lakin AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin vurulması səbəbindən yaranmış gərginliyin dərhal aradan qalxacağı gözlənilən də deyildi.

Rusiya-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Lakin buna baxmayaraq, münasibətlərdə 9 ay davam edən gərginliyin sayılı günlər ərzində aradan qaldırılması mümkün deyil və bu təbii ki, zaman tələb edir. Düşənbə görüşündən sonra münasibətlərdə yaranmış düyünlərin açılmasına start verildi. Hər iki tərəf ölkələrimiz arasında münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasında maraqlıdır. Lakin yaddaşı zəif olan “5-ci kolon”un tör-töküntülərinə bir də xatırladıram ki, Azərbaycan müstəqil dövlətdir, o, regionda və dünyada özünün balanslaşdırılmış xarici siyasəti ilə digər dövlətlərdən fərqlənir və öz dövlət maraqlarını hər hansı maraqlara dəyişmək fikrindən çox uzaqdır. Sanksiya altında olan Rusiya şirkətlərinin problemlərinin həlli isə bizə aid deyil. Biz bu məsələdə ABŞ başda olmaqla, Qərbə qarşı gedə bilmərik. Lakin əgər Rusiyanın Azərbaycanda çalışan hər hansı bir şirkəti öz payını satmaq istəyirsə və bu Azərbaycanın maraqlarına cavab verə biləcək bir əməliyyat olarsa, o halda nədən Azərbaycan bu payları almasın. “Lukoil” şirkətinin sahibinin Azərbaycan kökənli olması da belə alqı-satqı əməliyyatının baş tutmasına təsir edən amillərdən biri ola bilər. Yox, əgər Qərb tərəfindən bu əməliyyatlar sanksiyalara qarşı bir addım kimi dəyərləndirilərsə, o halda onların baş tutması mümkün deyil. Biz ABŞ və AB ilə münasibətlərimizin yaxşılaşdığı bir dönəmdə bu məsələlərdə daha diqqətli olmalıyıq”.

İqtisadçı ekspert Günay Hüseynovanın sözlərinə görə, danışıqlar diplomatik görünsə də, əsas məsələ iqtisadi xarakter daşıyır: “Məlumdur ki, Avropa ittifaqı və ABŞ-nin sanksiyası nəticəsində enerji sektorunda Rusiyanın gəlirləri azalıb. Avropa ittifaqı ilə ticari tərəfdaşlıq edən ölkələr Rusiya ilə əməkdaşlıqda maraqlı deyillər. Məlum məsələdən sonra şirkətlərin hissə sənədləri qiymətlərində də enmə müşahidə olunub. Diplomatik ad altında görünən mövzunun görünməyən iqtisadi tərəfləri isə odur ki, Rusiya Azərbaycan vasitəsilə enerji təchizatını həyata keçirmək niyyətindədir. Elə məhz bu səbəbdən də SOCAR və “Qazprom” rəsmilərinin görüş və mövzu müzakirəsi təsadüfi deyil. İqtisadi aspektdən yanaşsaq, ABŞ və Aİ Rusiyaya sanksiya tətbiq edir, enerji gəlirləri azalır. Bu zaman Azərbaycanla əməkdaşlıq vasitəsilə üçüncü  ölkəyə tranzit  və ya digər bir çıxış yolu axtarılır. “Lukoil”in Şahdənizdəki hissəsini və ya neft anbarını satışa çıxarması, SOCAR-ın hissə sənədi eniş qiymətindən yararlanaraq onları alması və regionda supergücə çevrilməsi müzakirə obyektidir.

Həbsdəki vətəndaş mövzusu isə siyasi pərdə rolunu oynayır. Sadəcə, “Lukoil” Azərbaycanda artıq 35 ildir fəaliyyət göstərir. ABŞ sanksiyaları nəticəsində beynəlxalq bazarda aktivlərinin bazar dəyəri olduqca düşüb. Əsas maraqlı olan tərəf isə “Lukoil”in sonrakı taleyi, həmçinin ticari tərəfdaşlıqda Rusiyanın Azərbaycana marağıdır.

İlk növbədə “Lukoil”in sonrakı taleyini proqnoz etsək, ya satışa çıxarılacağı, ya da gəlirlərdən pay sahibi olaraq ofşor satış həyata keçiriləcəyi görünür. Mən belə düşünürəm. 2023-2024-cü illərdə bir sıra Rusiya şirkətləri bu vasitə ilə satış həyata keçiriblər. Yəni satış olsa da nəzarət edir və ya gəlirlərin bir hissəsinə sahib olur. Hazırda nominal satış mühitinin olması gözlənilir, Rusiya tərəfinin gəlirlərini qorumaq baxımından.

Əgər SOCAR tərəfindən birgə həyata keçirilsə, bu, ölkəmiz üçün regionda nüfuz deməkdir. Bundan əlavə, enerji qiymətlərinin qorunub saxlanması kimi qiymətləndirilə bilər. Məsələnin riskli tərəflərinə gəldikdə isə yeni sanksiya dalğası real təhlükə yarada bilər. Bunun üçün də düşünürəm ki, əgər real və ya nominal alqı-satqı olacaqsa, beynəlxalq hüquq prinsipləri əsasında həyata keçiriləcək. Sanksiya riski real təhlükədir. İlk növbədə, əgər sanksiya tətbiq olunarsa, sığortalanma məsələsi həll olunmalıdır. Bundan əlavə, əgər aktivlərin real bazar dəyəri 25%-ə enibsə, gələcəkdə hansı gəlirlilik ola bilər, bu, analitiklər tərəfindən hesablanmalıdır”.

Əvvəlki Yazı

TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi

Növbəti Yazı

Tramp–Putin sammiti ləğv edildi – Moskva Vaşinqtona sərt şərtlər göndərib

EKSKLUZİV

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

17 Noyabr 2025 / 13:53
0
Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

17 Noyabr 2025 / 13:52
0
Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

17 Noyabr 2025 / 13:50
0
Əhali kəndləri niyə tərk edir? – VİDEO

Əhali kəndləri niyə tərk edir? – VİDEO

17 Noyabr 2025 / 13:48
0

XƏBƏR LENTİ

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

Əhali kəndləri niyə tərk edir? – VİDEO

Doğum, nikah, boşanma azalıb, ölüm artıb

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub

Azərbaycan adına qürur ünvanı: Raul İsmayılın uğur hekayəsi

Artım və azalmalar – Hesabat

Neft-qaz sektorunda maaşlar – Başqa maaşlardan nə qədər üstündür?

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Şanlı Apreldən Qarabağa gedən Zəfər yolu 

 Gəzlənilməyən qətlin izi ilə…

Kino Bülbüloğlunun tabeçiliyində olmayıb – Açıqlama

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Parlamentdə 3 gün ardıcıl toplaşacaq – SƏBƏB

“Müharibə qapımızdadır, amma biz kredit götürüb ev tikirik” -ŞƏRHLƏR

Sahib Məmmədovun “islahatları” AHİK-nı borca salıb -Düşünür ki, yeni seçilib

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ

Kiyevdə korrupsiya bombası partladı: 100 milyon dollarlıq izlər

Xanhüseyn Kazımlının oğlu İpoteka və Kredit Zəmanət Fondunun bahalı maşın sərgisinə çevirib: biri 160 minə 4 maşın alır

Təhsil Nazirliyindən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək

“Traktorsazi”nin prezidenti: “Biz türklər olmasaydıq, bu gün İran yox idi”

Putin TŞ-nin müşavirəsini keçirib – Lavrov müşavirəyə qatılmayıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.